Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1708/2022 08.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253.5.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs MMC-in Azərbaycan Respublikası İXM-nin 253.5.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Qaçaq Nəbi küçəsində tikinti işləri aparılan zaman 2 ədəd yaş kök üstə tut ağacının üst budaqlarının ağacın təbii inkişafına mane olmayacaq şəkildə kəsilərək zədələnməsi müəyyən edilmişdir. Buna görə də Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 253.5.1cimaddəsi ilə məhkəməyə verilmişdir. Şəxs MMC-in qanuni təmsilçisi tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 253.5.1-ci maddəsinin təsiri altına düşən əməli ilkin araşdırma zamanı sübuta yetirilmişdir. Belə ki, baxış zamanı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş, MMC-in nümayəndəsi həmin aktı imzalamaqdan imtina etmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Şəxs MMC tərəfindən qanunun tələbləri pozularaq müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələrinin rəyi olmadan özbaşına köküstə yaş vəziyyətdə 2 ədəd tut ağacı zədələnmişdir. Məhkəmədən gələcəkdə bu cür halların qarşısının alınması və digər vətəndaşların da bu cür hallara yol verməkdən çəkinməsi üçün, həmçinin ekoloji tarazlığın qorunmasının dövlətin təməl prinsiplərindən birinin olmasını nəzərə alaraq Şəxs MMC-nin qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək, izahatında göstərmişdir ki, sözügedən ərazidə MMC tərəfindən tikinti işləri aparılmışdır. Küçədəki 2 ədəd tut ağacının budaqları həmin küçə sakinlər tərəfindən kəsilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı protokol qanunsuzdur, əsasssızdır və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar çıxanla bilməz. Tərtib edilmiş protokol, ona əlavə edilmiş akt və fotoşəkillərdən nələrisə anlamaq mümkün olmamışdır. Şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qaçaq Nəbi küçəsində yaşayır. Həmin küçədə abadlıq işləri aparılır. Küçədə yerləşən iki tut ağacının budaqlarını atası kəssə də həmin budaqları küçədə abadlıq işləri aparan şirkətin əməkdaşları tərəfindən qoparılmışdır. X1 izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qaçaq Nəbi küçəsində yaşayır. Həmin küçədə abadlıq işləri aparılır. Küçədəki ağacların budaqları budanmışdır. Lakin həmin ağacların budaqları kim tərəfindən budanıldığını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 75948 nömrəli aktın surətindən görünür ki, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Qaçaq Nəbi küçəsində abadlıq və tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Belə ki, həmin ərazidə tikinti işlərinin Şəxs MMC tərəfindən aparılması, həmçinin MMC-in əməkdaşları tərəfindən 02 ədəd tut ağacının budağının kəsilərək götürüldüyü müəyyən edilmişdir. - Fotoşəkillərdən görünür ki, 02 ədəd tut ağacının budağı kəsilmiş və həmin ərazidə Şəxs MMC-yə məxsus traktor küçədə abadlaşdırma işləri görür. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 253.5.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 253.5.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsinə əsasən meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən normanın tələbinə görə hər bir şəxs (fiziki və ya hüquqi şəxs) yaşıllıqların mühafizəsini təmin etməklə tikinti və abadlaşdırılma işləri görə bilər. Tikinti və abadlaşdırma işlər aparılarkən yaşıllıq sahəsinin mühafizəsi təmin edilməli, zərurət yaranarsa müvafiq icazə alınmalı, yaşıllıq sahəsinin yerdəyişməsi təmin edilməlidir. Yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən zədələnməsinə yönələn hərəkətlərdən çəkinilməlidir. Əks halda inzibati məsuliyyət yaranır. Belə ki, həmin işləri aparılarkən məsul şəxslər hər bir ağac və ya kol əkillərin zədələnməsinə görə inzibati məsuliyyət daşıyırlar. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Qaçaq Nəbi küçəsində abadlıq işləri aparılarkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan 02 ədəd tut ağacının budağı kəsilərək zədələnmişdir. Beləliklə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla, 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş aktla, ona əlavə edilmiş fotoşəkillərlə və digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə işin faktiki hallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara qiymət verərək hesab edir ki, nümayəndənin göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 253.5.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər üzrə İcra İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1708/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1708/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver