Məhkəmə qərarları › İş №3(012)-1708/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1708/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1708/2024 21.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X1, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis leytenantı X9, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “X14”ndə mühafizəçi vəzifəsində işləyən, Cəbrayıl rayonu, Minbaşı kəndində ünvanında qeydiyyatda olmaqla ünvan 2zil 26-da yaşayan Şəxs barəsində Zəngilan Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Zəngilan RPŞ-nin İTBnin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İŞnin sahə rəisi, polis leytenantı X9 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon Masazır qəsəbəsi, Zəngilan şəhərciyində ictimai yerdə ictimai qaydanı pozmuş, ünvansız nəlayiq ifadələr işlətmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.Bu fakt ərizə, izahatlar, sərxoşluq vəziyyətinin müayinəsi aktı ilə təsdiq edilir. Odur ki, bütün bunları nəzərə alaraq anlarov Məzahir İsmayıl oğlu barəsində qanuna müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, Abşeron MKİS-in rəisi vəzifəsində işləyir. Məzahirin qızı MKİS-ə gəlmiş, ona Zəngilan şəhərciyində verilmiş evin kirayəyə verdiyini bildirmişdir. O, da ona vəzifələrini izah edərək o evin kirayəyə verilməsinin düzgün olmadığını, əks təqdirdə məhkəməyə müraciət edəcəklərini söyləmişdir. Bu zaman MKİS-nin qarşısında səs-küy olduğunu eşitmiş, xidməti otağından çıxanda Şəxs nalayiq ifadələr işlətmiş və iş rejimini pozmuşdur. Məzahirin qızı həmin zaman atası ilə anasının ayrıldığını, atası ilə münasibətinin olmadığını söyləmişdir. Buna görə də Şəxs barəsində qanuna müvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən MKİS-ə getdi qızına məxsus olan evdə qalan yeznəsinin çıxarılması üçün getmişdi. Həmin gün isə içki qəbul etmişdi. Özünü təqsirli hesab edir. 60 yaşı var. Ona görə də məhkəmədən ona inzibati tənbeh kimi cərimə verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahatında bildirdi ki, MKİS-də fəhlə vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixində MKİS-in inzibati binasında idi. Məzahir adlı şəxs inzibati binaya yaxınlaşdı. Məzahirin içkili olduğu hiss edilirdi və ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməyə, iş rejimini pozmağa başladı. Elnur müəllim Məzahirə yaxınlaşaraq nalayiq ifadələr işlətməməsini xahiş etdi. Daha sonra Məzahir inzibati binanı tərk edərək çıxıb getdi. Müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 məhkəmə iclasında Şəxs törətdiyi əməldən peşman olduğunu bildirmiş, məhkəmdən onun haqqında daha yüngül cəza verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, şahidi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan Zəngilan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən tərtib edilmiş MN № ******* saylı protokoldan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon Masazır qəsəbəsi, Zəngilan şəhərciyində ictimai yerdə ictimai qaydanı pozmuş, ünvansız nəlayiq ifadələr işlətmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.Bu fakt ərizə, izahatlar, sərxoşluq vəziyyətinin müayinəsi aktı ilə təsdiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq olaraq 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 100 (bir yüz manat) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq olaraq 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar