Məhkəmə qərarları › İş №3(012)-1710/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1710/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1710/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 2000-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, T. Davudzadə küçəsi, ev 37-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: 19.09.2021-ci il tarixdə səhər saat 08 radələrində DSX-nin, N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları X6 və arvadı X2 rayon, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyindən birlikdə Bakı şəhərinə getmək məqsədi ilə çağırtdığı taksi fəaliyyəti həyata keçirən “Hyundai Accent” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş və həmin vaxt sürücünün diqqətsizliyindən baş vermiş YNH-si zamanı, sürücü idarə etdiyi avtomobilin qabaq hissəsi ilə arxa-arxaya gələn dövlət qeydiyyat nişanını dəqiq görmədikləri Ford Transit markalı avtomobilə çırpılmış və nəticədə X1 Yüngül zərər vurmaya aid olan bədən xəsarətləri almışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, qeyd olunan yol nəqliyyat hadisəsində özünü təqsirli bilmir. Həmin hadisə üzrə zərərçəkmiş şəxs özüdü və həmçinin dəymiş ziyana görə sığorta şirkəti avtomobilin təmiri üçün ona pul vermişdir. Məhkəmədən icraata xitam verilməsini xahiş edir. İşə əlavə edilmiş 17 oktyabr 2021-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, “Hunday Accsent” markalı**-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. İşə əlavə edilmiş 17 oktyabr 2021-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X6 araşdırma zamanı verdiyi izahatından Bakı Hərbi Prokurorluğundan Abşeron RPİ-nə daxil olmuş məlumatla tanış olduğunu bildirmişdir. 19.09.2021-ci il tarixdə səhər saat 08 radələrində yaşadığı Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyindən həyat yoldaşı X3 və azyaşlı övladı ilə birlikdə Bakı şəhərinə getmək məqsədi ilə çağırtdırdığı taksi fəaliyyəti həyata keçirən “Hunday Accsent” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindiklərini qeyd etmişdir. Bundan sonra taksi həyətdən çıxan zaman soldan gələn avtomobillərə yol verərkən arxa-arxaya gələn Ford Transit markalı dövlət qeydiyyat nişanını dəqiq görmədiyi avtomobili sürücü gec gördüyü üçün avtomobili yerindən tərpərdərkən avtomobilin qabaq hissəsi ilə həmin avtomobilə çırpıldığı barədə məlumat vermişdir. Bundan sonra o və həyat yoldaşının xəsarət aldıqları üçün başqa avtomobillə xəstəxanaya getdiklərini və bu barədə işlədiyi yerə məlumat verdiyini qeyd etmişdir. Bundan başqa həmin qərarda izahatı alınmış X3 izahatında Bakı Hərbi Prokurorluğundan Abşeron RPİ-nə daxil olmuş məlumatla tanış olduğunu bildirmişdir. 19.09.2021-ci il tarixdə səhər saat 08 radələrində yaşadığı Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyindən həyat yoldaşı X6 və azyaşlı övladı ilə birlikdə Bakı şəhərinə getmək məqsədi ilə ərinin çağırtdırdığı taksi fəaliyyəti həyata keçirən “Hunday Accsent” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindiklərini qeyd etmişdir. Bundan sonra taksi həyətdən çıxan zaman soldan gələn avtomobillərə yol verərkən arxa-arxaya gələn Ford Transit markalı dövlət qeydiyyat nişanını dəqiq görmədiyi avtomobili sürücünün gec gördüyü üçün avtomobili yerindən tərpərdərkən avtomobilin qabaq hissəsi ilə həmin avtomobilə çırpıldığı barədə məlumat vermişdir. Bundan sonra o və həyat yoldaşının xəsarət aldıqları üçün başqa avtomobillə xəstəxanaya getdiklərini və bu barədə işlədiyi yerə məlumat verdiklərini qeyd etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X4 törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar