Məhkəmə qərarları › İş №3(012)-1712/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1712/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1712/2024 20.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X13 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X4 X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək, X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 xx.xx.2023-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı ilə o- X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. O cərimə edilməsi barədə məlumatı xx.xx.2024-cü il tarixində Binəqədi rayon İcra şöbəsinə dəvət edilərkən öyrənmişdir. Onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan onun xəbəri olmamış və qərar ona rəsmi qaydada təqdim edilməmişdir. Buna görə də o xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli ərizələrlə X9 Xidmətinin Bakı şəhər İdarəsinə müraciətlərindən sonra Bakı şəhər idarəsi ona xx.xx.2024-cü il tarixli məktubla xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətini ona göndərmişdir və o həmin qərarı xx.xx.2024cü il tarixində poçt vasitəsilə almışdır. Hesab edir ki, X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır, qərar qanunvericiliyin tələblərinin pozulması ilə çıxarıldığından ləğv edilməlidir. X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X9 Xidmətinin nümayəndəsi X8 protokola uyğun izahat verməklə məhkəmədən X4 şikayətinin əsassız olduğunu, X2 xx.xx.2023-cü il tarixdə X4 işlətdiyi obyektdə rəhmətə getdiyini, prokurorluqda araşdırma gedən zaman X2 əmək müqaviləsi bağlamadan həmin obyektdə masajist işləməsinin müəyyən edildiyini bildirmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilən şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə iclası müvafiq olaraq xx.xx.2024-cü il tarixə, saat 15:10-a təyin edilmiş və şikayətçi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X11 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən vətəndaş X5 vəzifəli şəxs X7 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, 4000 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində Nəsimi RPİ-nin 22-ci PB-dən ünvan 1 ünvanında yerləşən “Park Hamam” adlanan obyektdə masajist işləyən xx.xx.1982-ci il təvəllüdlü X2 iş yerində ölməsi barədə məlumat rayon prokurorluğuna daxil olmuşdur. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətindən rayon prokurorluğuna daxil olmuş məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” (ƏMAS) altsisteminə baxış keçirilərkən hadisə baş verən dövrdə X5 ilə hər hansı işəgötürən arasında qüvvədə olan əmək müqaviləsinin bağlanmasına dair qeydiyyat mövcud olmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. X7 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclası zamanı xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara, iş materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilərkən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi müəyyən edilmişdir. Həmçinin həmin protokolu öz əl imzası ilə təsdiqləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X4 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar