Məhkəmə qərarları › İş №3(012)-1713/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1713/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1713/2022 19.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, şikayətçi X1 iştirakları ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elçin Rəcəbov tərəfindən qəbul edilmiş MN1182020 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elçin Rəcəbov tərəfindən qəbul edilmiş MN1182020 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 ərizəsini belə əsaslandırdı ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, “Məzunlar Evi" Y/K-nin həyətində onunla X2 arasında mübahisə olmuş, sonradan X2 102 xidmətinə zəng edərək, guya ki, onun tərəfindən döyülməsi ilə bağlı şikayətçi olduğunu bildirmişdir. Halbuki, onunla arasında olan mübahisənin şahidi olan qonşular da təsdiq edirlər ki, həmin mübahisədə o, Sevda Abbasova ilə ancaq söz ilə mübahisə etmişdir. Aralarında hər hansı bir dava-dalaş olmamışdır. X2 tez-tez qonşularla mübahisə edir və bununla bağlı 102 xidmətini yığaraq polis çağırır. Bu adamın şikayəti əsasında dəfələrlə Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmışdır. Bina sakinləri X2 barəsində bina dövlət müəssisəsinin balansında olduğu üçün aidiyyatı üzrə dəfələrlə şikayət ərizəsi ilə müraciət edərək, onun mənzili boşaltması ilə bağlı tələb irəli sürmüşlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəblə hesab edirəm ki, xx.xx.2022-ci il tarixli, MN№ ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Sonda o, Abşeron Rayon Polis İdarəsinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş MN1182020 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə işin obyektiv araşdırılması üçün inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elçin Rəcəbov tərəfindən qəbul edilmiş MN1182020 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətə baxılması ilə əlaqədar materialın təqdim olunmasını inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Abşeron RPİ-dən xahiş etmiş və məhkəmə təqdim olunmuş materialı nəzərdən keçirmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elçin Rəcəbov tərəfindən qəbul edilmiş MN1182020 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati material araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan: Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elçin Rəcəbov tərəfindən qəbul edilmiş MN1182018 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 300 (üç yüz) manat məbləğində inzibati tənbeh tədbiri növü tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, inzibati xəta haqqında material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən baxılması əsası ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İstinad edilən qanunun normasından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə Abşeron Rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş materialı nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsi İTŞ-nin polis sahə rəisi X3 tərəfindən iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin izahatlarını alınmamış, hadisə olan yerdə olan videogöntünü əldə edib araşdırma aparmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Məhkəmə belə hesab edir ki, şikayət qismən təmin edilməli, X4 barəsində Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elçin Rəcəbov tərəfindən qəbul edilmiş MN1182020 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4 və- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elçin Rəcəbov tərəfindən qəbul edilmiş MN1182020 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsinə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar