Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1714/2020 16.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X2 katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli, TP-3903540 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğvi barədə şikayətinə xx xxxxxx 2020-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli, TP-3903540 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X3 bildirdi ki, Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsində yerləşən 129 saylı evdə ailə üzvlərim ilə birlikdə yaşayır. 13.08.20İ&^ci il tarixdə onun inzibati xəta törətməyi barədə İXP ******* saylı protokolu ilə cərimə edilmişdir. O, həmin protokol və qərar ilə razı olmadığı üçün Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X4 şikayət ərizə ilə müraciət etmiş və videokameri görüntüləri ilə günahsız olmağını aşkar edərək tərtib edilmiş cərimədən azad olunmağına köməklik göstərilməsini xahiş etmiş, onun ərizəsinə əsasən Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X6 tərəfindən xx.xx.2020-ci il tarixli məktub verilərək, məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O, qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli, EQ-3462719 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki inzibati işin materiallarında olan “asan pay” internet portalından çıxarılmış çıxarışdan görünür ki, X3 barəsində tərtib olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli, TP-3903540 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən hər qərara görə 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Dövlət X5 xx.xx.2020-cu il tarixli məktubundan görünür ki, onun yol hərəkəti qaydasını pozmadığı halda yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılaraq barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edilməsi haqda Bakı Şəhər Baş Polis İdarəsi Dövlət idarəsinin rəhbərliyinə ünvanladığı müraciətinə baxılmış, araşdırma zamanı YPX əməkdaşının qanunsuz hərəkətləri barədə müraciətində göstərdiyi xüsusatlar təsdiqini tapmamış, yol hərəkəti qaydasını pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək təqsiri sübut olduğu üçün 60 manat məbləğində cərimə edilməyi haqda inzibati tənbeh tətbiqetmə barədə qərarın qəbul edilməsi müəyyən olunmuşdur.Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən araşdırmanın nəticəsindən narazı qaldığı halda məhkəməyə müraciət etmək hüququ olmağı ona izah edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinə pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X3 haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli, TP-3903540 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli, TP-3903540 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1714/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1714/2020
16.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver