Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1714/2024 20.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, X2 iştirakı ilə, X5 Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin polis baş X1 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın qanunsuz olduğundan ləğv edilməsi, əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC” markalı sərnişin avtobusu ilə saat 13:12 radələrində 20 Yanvar dairəsindən Moskva prospekti ilə üzü “Şamaxinka” istiqamətində hərəkətdə olarakən, onunla eyni istiqamətə hərəkət edən **-YS-*** dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin sürücüsü, idarən etdiyi avtobusun sol yan arxa hissəsini vuraraq yolnəqliyyat hadisəsi törətdi. Dərhal DİN-nin 102 zəng mərkəzinə məlumat verib hadisəni qeydiyyata aldırdı. Hadisə yerinə adını və soyadını bilmədiyi mayor rütbəli Bakı şəhəri DYPİ Polisi İdarəsinin əməkdaşı yaxınlaşaraq sənədlərini aldı və səhər, yəni xx.xx.2024cü il tarixində saat 09:00-da Bakı şəhər DYPİ-nə yaxınlaşmaqlarını bildirdi. xx.xx.2024-cü il tarixində saat 09:00-da Bakı DYPİ-nə yaxınlaşdı və onu Bakı şəhəri DYPİ Polis baş leytenantı X6 qəbul edərək hadisə barədə yazılı izahatını aldı və bildirdi ki, protokolla qərarı sonra gəlib götürər. Müəyyən müddət keçdikdən sonra inspektorun heç bir sənəd göndərməyəcəyinə əmin olaraq Bakı şəhəri DYPİ-yə özü getməyi qərar verdi. xx.xx.2024cü il tarixində yenidən Bakı şəhəri DYPİ yaxınlaşdıqda inspektor hadisəni araşdırmadan, hadisəni əks etdirən videogörüntü olmadan, onun təqsirini sübuta yetirə biləcək hər-hansı bir sübut olmadan və ən əsası hadisənin baş verməsi barədə yazılı izahatını nəzərə almadan öz şəxsi subeyktiv fikirlərinə əsaslanaraq barəmdə İXM-nin 327.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və eyni tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı onun təkidi nəticəsində ona təqdim etdi. Təbii ki, inspketora etirazını bildirdi və izahatının əsasında hadisəni ətraflı araşdırmasını tələb etdi. Lakin, hadisənin baş vermə anını əks etdirən videogörüntüləri hadisə inspektoruna təqdim edib, araşdırmanı düzgün aparılmasını tələb etsə də, barəsində ədalətsiz və haqsız qərar qəbul edildi. Həmin qərardan o Abşeron rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etdi və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yol nəqliyyat hadisəsinin yenidən araşdırılması və qərar verilməsi üçün BŞDYPİ-nə göndərilməsi qərarını verdi. Lakin, məhkəmə qərarının icrası yenidən Bakı şəhəri DYPİ Polis Baş X1 həvalə edilmiş və adıgedən şəxs yenidən eyni məzmunlu qərar vermişdir. "xxxx" MMC-nin sifarişi əsasında istehsalçı tərəfindən sərnişin avtobuslarında quraşdırılmış videoqeydiyyatçıda hadisənin necə olması və nə cür baş verməsi tam olaraq əks olunub. Belə ki, o idarə etdiyi **-JU-*** DQN-lı “BMC” markalı sərnişin avtobusununda quraşdırılmış təhülkəsizlik kameralarında yuxarıda qeyd etdiyi hadisənin baş vermə anı tam olaraq əks olunub. Videoda tam aydın şəkildə görünür ki, **-YS-*** dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin sürücüsü dairəyə çıxarkən hərəkət istiqaməti yalnız sola olduğu halda yol hərəkəti nişanın tələbini kobud şəkildə pozaraq zolağı düz istiqamətə dəyişir və hadisə baş verir. "xxxx" MMC- nin hüquq sektoru tərəfindən hadisə araşdırılan zaman onun günahsız olmağı öz təsdiqini tapdı. Lakin, inspektor tərəfindən aparılmayan araşdırma və verilən ədalətsiz qərar, baş vermiş hadisədə avtobusa dəymiş maddi ziyanın ondan tutlması ilə nəticələnəcək. İnspektor tərəfindən onun bütün hüquqları pozuldu və eyni zamanda maddi cəhətdən onun vəziyyətini daha da pisləşdirdi. Bakı şəhəri DYPİ polis baş X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz hesab edir. Odur ki, o, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şkayətçi X7 şikayəti müdafiə edərək, şikayətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclası müvafiq olaraq 20 sentyabr 2024-cü il tarixə, saat 15:15-ə təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs Bakı şəhər DYPİ məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında Bakı şəhər DYPİnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Abşeron DYP-nin 13.08.4.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixində, saat 13.12-də 20 Yanvar dairəsi ərazisində BMC PROCİTY 12 M CNG Avtobus markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində barəsində Azərbaycan Respublikası 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdildiyi bildirilərək, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati təhbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X5 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmamışdır. Belə ki, işdə olan disk vasitəsilə məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, X7 **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC” markalı sərnişin avtobusunu idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmədiyi müəyyən olunmuşdur. Bunun əksinə olaraq videogörüntüdən X5 idarə etdiyi **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC” markalı sərnişin avtobusunu onunla eyni istiqamətə hərəkət edən **-YS-*** dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin sürücüsün onun idarən etdiyi avtobusun sol yan arxa hissəsini vuraraq yol-nəqliyyat hadisəsi törətdiyi görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X5 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilməsi haqqında Abşeron DYP-nin xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilməsi haqqında Bakı şəhər DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(012)-1714/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1714/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver