Məhkəmə qərarları › İş №3(012)-1716/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1716/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1716/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 23 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət vermişdir. Şikayət ərizəsində qeyd etmişdir ki, tikinti sahəsində sahibkarlıqla məşqul olmaq üçün cari ilin əvvəllərində Abşeron rayonu. Güzdək əhəng daşı yatağında əhəng daşı hasilatına başlamaq niyyəti ilə Azərbyacan Respublikası ETSN X10 X2 müraciət etmişdir.Həmin Agentlikdən ona bildirildi ki, bu sahədə fəaliyyət göstərilməsi üçün ilk əvvəl geoloji ekspertizanın keçirilməsi mütləqdir. Elə həmin gün, yəni, 11 yanvar 2022-ci il tarixdə mənimlə 19/188 saylı “Dövlət geoloji ekspertizası xidmətinin göstərilməsi haqqında” Müqavilə imzalandı və bildirildi ki, tezliklə ekspertiza həyata keçiriləcək və ona rəsmi sənədlər təqdim ediləcək. Hazırki şikayət ərizəsinə surəti əlavə edilən 10 fevral 2022-ci il tarixli 24791 nömrəli ödəniş qəbzindən də göründüyü kimi müqavilə üzrə 2305 (iki min üç yüz beş) manat xidmət haqqı da Agentliyin təqdim etdiyi hesaba ödənilmişdir. Hətta həmin vaxt o, fəaliyyətə başlayıb-başlamamaq barədə soruşduqda ona fəaliyyətin mümkün olduğu bildirilmişdir. Qeyd edilən müqavilədən sonra o, Abşeron rayonu, Güzdək əhəng daşı yatağında hasilata başladı. Maraqlıdır ki, müqavilədən bir neçə gün sonra həmin sahəyə baxış keçirilərək ekspertiza keçirilmiş və Azərbaycan Respublikası ETSN X10 X1 mütəxəssisləri orada fəaliyyət göstərdiyi gördükləri halda yenə də fəaliyyətin dayandırılması haqqında xəbərdarlıq etmədən getmişlər. Bu yoxlamadan 7 ay sonra, yəni, 23 sentyabr 2022-ci il tarixdə Azərbyacan Respublikası ETSN X10 X5 tərəfindən yoxlama həyata keçirilmiş və 23 sentyabr 2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir.Həmin qərarla o, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə barəsində 2500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmiş, həmçinin, törətilmiş inzibati xəta nəticəsində vurulan əmlak zərəri 297 m3 əhəng daşına görə 7276,50 manat zərərin tərəfindən X8 bərpası üzrə Dövlət Fonduna ödənilməsi qərara alınmışdır. Belə hesab edirəm ki. barəsində çıxarılan 23 sentyabr 2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Bu səbəbdən də ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, artıq yuxarıda da qeyd etdiyim kimi o, Abşeron rayonu. Güzdək əhəng daşı yatağında əhəng daşının hasilatına başlamaq üçün icazənin verilməsi barədə yanvar ayında Azərbyacan Respublikası ETSN X10 X3 müraciət etsə də həmin Agentlik bilərəkdən ona icazə sənədinin verilməsini gecikdirmiş və bu yolla ’’Lisenziya və icazələr haqqında" Azərbyacan Respublikası Qanununun normalarını pozmuşdur. Məhz bu səbəbdən də icazə sənədini gecikdirən Azərbyacan Respublikası ETSN X10 X5 ünvana gələrək protokol tərtib etmiş və qərar qəbul etmişdir. Onu da qeyd edir ki, Agentlik aparılan yoxlama barədə onu məlumatlandırmadan yoxlama aparmış və bununla bir digər qanunu, yəni, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun (bundan sonra Həmin qanunun) tələblərini pozmuşdur. Bu qanunvericiliyin tələblərindən də göründüyü kimi yoxlamanın aparılması müəyyən prosedur qaydalar çərçivəsində aparılmalıdır. Lakin, maraqlıdır ki, Azərbyacan Respublikası ETSN X10 X5 bu tələblərin heç birinə riayət etməmişdir. Belə ki, aparılacaq yoxlama barədə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə heç bir məlumat daxil etməmiş, yoxlama başlamazdan əvvəl ondan tələb edilən qərarı və digər məlumatları təqdim etməmiş, yoxlama bu pozuntularla müşaət olunmuşdur. Sadəcə olaraq yoxlamaya gələn özünü təqdim etməyən şəxs əlində olan xüsusi ölçmə cihazı vasitəsi ilə ölçmə işləri aparmaqla kifayətlənmiş, həmin ərazidə hansı tarixdən hasilata başlamaqlarını dəqiqləşdirmədən 10 il əvvəldən olmaqla zərər hesablamışdır. Məhz bu səbəbdən də qərarda İXM-nin maddələri ilə nəzərdə tutulan pozuntularla yanaşı guya tərəfindən zərərin vurulması barədə də hissəyə qiymət verilmişdir. Bu səbəbdən də düşünür ki, zərər hissəsində də qərar əsassızdır. Məhz bu cür pozuntularla qəbul edilmiş qərar nəinki yuxarıda qeyd edilən qanunvericilik aktlarını, eyni zamanda İXM-nin prinsiplərini də kobud şəkildə pozmuşdur. Qeyd edilən normaların pozulması ilə bağlı qeyd etməlidir ki. barəsində aparılan icraat barədə ona ümumiyyətlə məlumat verilməmiş və ondan izahat alınmadan, sənədlərlə tanış olmağa imkan verilmədən icraat aparılmışdır. Qeyd edilən hallardan, şikayət ərizəsinə əlavə edilən sənədlərdən və qanunvericiliyin tələblərindən də görünür ki, barəsində Azərbyacan Respublikası ETSN X10 X1 23 sentyabr 2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Bu səbəbdən də o qənaətdədir ki, bu qərar məhkəmə qaydasında ləğv edilməli və barəsində başlanılmış icraata xitam verilməlidir. Şikayət verən şəxs X6 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə lazımi qaydada məlumat verilsə də məhkəməyə gəlməmiş səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə şikayət verən şəxs X6 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Güzdək əhəngdaşı yatağında dağ mədən ayırması aktı olmadan faydalı qazıntı hasilatı aparılmışdır. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs İXM-nin 228-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Göstərilən Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar