Məhkəmə qərarları › İş №3(012)-1717/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1717/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1717/2024 23.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarda İnzibati Xətalar Məcəlləsinin 228 və 271-ci maddələrinə əsasən ona vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Sözügedən qərarda tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsində icazə olmadan yerin təkindən istifadə olunması və tullantıların qalaqlanması müəyyən olunmuşdur. Lakin qərarda göstərilmiş nöqsan tamamilə qanunsuz və əsssızdır, formal xarakter daşıyır. Onun vaxtilə işlədiyi yerlə həmin yer arasında xeyli məsafə vardır, İİİ qrup əlildir və müavinət alır. Ümumiyyətlə heç bir yerdə işləmir. Hesab edir ki, barəsində qanunsuz və əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN №1440413 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır. Məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 protokola uyğun izahat verməklə məhkəmədən X3 şikayətinin əsassız olduğunu, 20 oktyabr 2023-cü il tarixində protokol tərtib edilmişdir. Fərdi sahibkar X5 barəsində Abşeron rayonu, Güzdək qəsəbəsində icazə olmadan yerin təkindən istifadə olunmsı, tullantıların qalaqlanması müəyyən edilmişdir. X2 tərəfindən Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 228 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında X5 şikayətini müdafiə etdi və izahat verərək bildirdi ki, iş materiialrına əlavə edilmiş fotoşəkillərdəki ərazi onun ərazisi deyildir. Onun vaxtilə işlədiyi yerlə həmin yer arasında xeyli məsafə vardır. Qeyd olunanları nəzərə alaraq, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən fərdi sahibkar X5 barəsində Abşeron rayonu, Güzdək qəsəbəsində icazə olmadan yerin təkindən istifadə olunmsı, tullantıların qalaqlanması müəyyən edilmişdir. X2 tərəfindən Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 228 və 271-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, 2500 manat məbləğində cərimə edilmişdir. Gömrük Bələdiyyəsinin sədri Həsən Hacıağayev tərəfindən verilmiş arayış aəsasən Abşeron rayon Güzdək Bələdiyyəsinin ərazisində X=390900,8731 Y=4470143,0332 koordinantda yerləşən daş karxanasında X8 fəaliyyət göstərir, 40,3802490, 49,6558910 koordinantında yerləşən daş karxanasında isə X5 bələdiyyə ilə müqaviləsi olmadan və bələdiyyəyə icarə haqqını ödəmədən fəaliyyət göstərir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. X5 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclası zamanı xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara, iş materiallarına əlavə edilmiş arayışa baxış keçirilərkən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228 və 271-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X3 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar