Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1718/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, protokolu tərtib edən şəxs Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1975-ci il tarixdə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respulikasının Ədliyyə Nazirliyi Abşeron Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-90/2024 saylı icra sənədinə əsasən, Şəxs 4040 manat məbləğində pul və 37,1 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 9/4667 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bu fakt protokola əlavə edilmiş materiallar ilə təsdiq edilir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokola uyğun izahat verməklə onun Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsı izahatında bildirdi ki, qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin Apellyasiya Məhkəməsinin qərarı hələ ona təqdim olunmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, heç bir məbləğ ödənilməmişdir. Məhkəmədən maddi ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə izahatında bildirdi ki, Şəxs vaxt verilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-90/2024 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, iddia qismən təmin edilmiş, cavabdeh Şəxs 4040 manat məbləğində pul və 37,1 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, Şəxs Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 9/4667 nömrəli ekspert rəyi ilə 1400 manat qiymətləndirilmiş mətbəx mebelinin çərçivəsinin Zərərçəkmiş şəxs geri almaq hüququnun olmasının izah edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 9/4667 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-90/2024 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-891/2024 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsı haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, tərəflərin izahatlarından müəyyən edildi ki, borclu borcunu ödəməkdən yayınır, icra məmurunun qanuni tələblərini yerinə yetirmir, məhkəmə qətnaməsini icra etmir. Məhkəmə hesab edir ki, hazırda ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati qaydada cərimə edilməsi daha məqsədəuyğundur və onun həbs edilmədən də islah edilməsi mümkündür. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsa 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(012)-1718/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1718/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver