Məhkəmə qərarları › İş №3(012)-172/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-172/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-172/2025 10.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, X1 iştirakı ilə, X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24756792 saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli EQ 24756792 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, barəsində tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə xx.xx.2024-cü il tarixində EQ24756792 nömrəli qanunsuz inzibati xəta haqqında protokol/elektron qərar tərtib edilmişdir. Həmin inzibati xəta haqqqmda protokolla/elektron qərarla o Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmiş və 3 cərimə balı tətbiq edilmişdir. İXM-nin 327.2-ci maddəsi ilə müəyyən edilimiş yolayrıcım keçmə qaydalarını pozmadığı halda barəsində İXM-nin tələbləri pozulmaqla tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24756792 nömrəli inzibati xəta haqqında protokol/elektron qərar ləğv edilməlidir. Belə ki, protokolda qeyd olunan tarixdə "Yol hərəkəti haqqında" Qanunun hər hansı bir tələbi tərəfindən pozulmadığı halda qanunsuz və tam əsassız olaraq barəsində İXM-nin 327.2-ci maddəsi ilə EQ24756792 nömrəli protokol/elektron qərar tərtib edilmişdir. Göründüyü kimi, barəmdə qeyd olunan tarixdə xx.xx.2024-cü il tarixində tərtib edilmiş EQ24756792 nömrəli protokolun/elektron qərarın heç bir hüquqi qüvvəsi yoxdur və beləliklə də "Yol hərəkəti haqqında" Qanunun və İXM-nin tələbləri pozulmaqla tərtib edildiyindən həmin elektron qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24756792 nömrəli protokoldan/elektron qərardan elektron qaydada xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, barəmdə xx.xx.2024-cü il tarixində İXM-nin 327.2-ci maddəsi ilə qanunsuz tərtib edilmiş EQ24756792 nömrəli inzibati xəta haqqında protokolun/elektron qərarm ləğv edilməsini, əks təqdirdə həmin qanunsuz qərardan məhkəməyə şikayət verə bilməyim üçün qərarm surətini mənə rəsmi qaydada təqdim edilməsini və ya elektron poçtla vekil.faigkazimovcq>gmail/com e-mail ünvanına) göndərilməsini xahiş etmişdi. Eyni zamanda DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə həmin tarixdə (xx.xx.2024-cü il tarixində) ərizə ilə elektron qaydada müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 144.1-ci və digər maddələrinin tələblərini rəhbər tutaraq, barəsində elektron qaydada şikayət verdiyi xx.xx.2024-cü il tarixli, EQ24756792 nömrəli inzibati xəta haqqında protokola/elektron qərara EQ24756792 nömrəli inzibati xəta haqqında elektron qərarın surətinin mənə təqdim edilməsi və ya e-mail ünvanıma (vekil.taigkazimov@gmail/com e-mail ünvanıma) göndərilməsi xahiş edilsə də bügünədək həmin mübahisəli elektron qərarın surəti Azərbaycan Respublikası DİN- nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mənə təqdim edilməmişdir. Beləliklə, qeyd etdiklərimdən göründüyü kimi, "Yol hərəkəti haqqında" Qanunun və Azərbaycan Respublikası İXM-nin tələbləri əsaslı dərəcədə pozulmaqla və eyni zamanda tərəfimdən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə barəmdə qanunsuz xx.xx.2024-cü il tarixli, EQ24756792 nömrəli inzibati xəta haqqında protokol/elektron qərar qəbul edilmiş və həmin elektron qərardan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə verdiyim şikayətə İXM-nin, eləcə də "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla baxılmamış, sözügedən inzibati xəta haqqında işin araşdırılması üçün inzibati orqan tərəfindən İXM ilə müəyyən edilmiş tələblər bügünədək yerinə yetirilməmişdir. Bütün bunlar bir daha barəmdə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24756792 nömrəli inzibati xəta haqqında elektron qərarın əsassız və qanunsuz olduğunu sübut edir. Belə olduğu təqdirdə də, hesab edirəm ki, həmin elektron qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla həmin Məcəllənin 327.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24756792 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməklə, həmin inzibati xəta haqqmda iş üzrə başlanmış icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. X4 qərarın icrasının dayandırılması barədə vəsatətlə müraciət etmiş və vəsatətdə bildirmişdir ki, tərəfindən törədilməyən yol hərəkəti qayda pozuntusuna görə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixində EQ24756792 nömrəli qanunsuz inzibati xəta haqqında protokol/elektron qərar tərtib edilmişdir. Həmin inzibati xəta haqqqında protokolla/elektron qərarla mən Azərbaycan Respublikası İXM-nin 327.2 -ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmiş və 3 cərimə balı tətbiq edilmişdir. "Yol hərəkəti haqqında" Qanunun və Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla barəsində tərtib edilmiş EQ24756792 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun/elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə müvafiq şikayətlə Abşeron rayon Məhkəməsinə müraciət etmişəm. Belə ki, 3(012)- 172/2025 nömrəli inzibati xəta haqqında iş hazırda məhkəmənin icraatındadır. Tərəfindən barəsində qanunsuz tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ24756792 nömrəli protokoldan/elektron qərardan elektron qaydada xx.xx.2024cü il tarixində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində xx.xx.2024-cü il tarixində İXM-nin 327.2-ci maddəsi ilə qanunsuz tərtib edilmiş EQ24756792 saylı inzibati xəta haqqında protokolun/elektron qərarın ləğv edilməsini, əks təqdirdə həmin qanunsuz qərardan məhkəməyə şikayət verə bilməyi üçün qərarın surətinin ona rəsmi qaydada təqdim edilməsini və ya elektron poçtla (vekil.faigkazimo v@ gmail/com e-mail ünvanına) göndərilməsini xahiş etmişdi. Eyni zamanda həmin tarixdə - xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq ərizə ilə elektron qaydada müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 144.1-ci və digər maddələrinin tələblərini rəhbər tutaraq, barəsində elektron qaydada şikayət verdiyim xx.xx.2024-cü il tarixli, EQ24756792 saylı inzibati xəta haqqında protokola/elektron qərara baxılanadək həmin qərarın icrasının İXM-nin 144.1-ci maddəsində nəzərdə tutulmuş qaydada dayandırılmasının təmin edilməsini və qəbul ediləcək qərardad barədə mənə yazılı şəkildə məlumat verilməklə, həmin qərardadın rəsmi qaydada ona təqdim edilməsini və ya elektron poçt ünvanıma (vekil.faigkazimov@gmail/com e-mail ünvanına) göndərilməsini də xahiş etmişdi. Lakin qanunvericiliyin tələbləri əsaslı şəkildə pozulmaqla DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qeyd olunan qərardan verdiyi şikayətinə və qərarın icrasının dayandırılması barədə ərizəsinə bugünədək baxılmamışdır və nəticədə xx.xx.2024-cü il tarixli, EQ24756792 saylı qərarın icrasının dayandırılıb-dayandırılmaması barədə ona bugünədək heç bir məlumat verilməmiş, beləliklə də, Azərbaycan Respublikası İXM-nin 144.1-ci maddəsinin tələbi pozulmaqla EQ24756792 nömrəli qərarın icrası dayandırılmadığından həmin qərara əsassız şəkildə dəbbə pulunun hesablanmasına səbəb olmuşdur. Vəsatəti təmin edilərək, xx.xx.2024-cü il tarixli, EQ24756792 nömrəli inzibati xəta haqqında qərardan verdiyim şikayətə məhkəmədə baxılanadək həmin qərarın icrasının İnzibati Xətalar Məcəlləsinin 144.1-ci maddəsində nəzərdə tutulmuş qaydada dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq 10 fevral 2025-ci il tarixə, saat 09:15-ə təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs AR DİN Baş Dövlət Yol Polisi İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında AR DİN Abşeron rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verdi və məhkəmədən şikayətinin və vəsatətinin təmin edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 266.4-cü maddəsində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir, həmçinin şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasını təsdiq edən sübutlar AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, X3 inzibati xəta törətməsi barədə şübhələr hər bir halda şəxsin xeyrinə həll edilməli, şikayət qismən təmin edilməli, tərib olunmuş qərar ləğv edilməli və yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Belə olduğu təqdirdə X3 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə inzibati xətanın tərkibinin olmasını araşdırmaq mümkün olmamış və məhkəmədə sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 144.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın icrasının dayandırılması barədə vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24756792 saylı inzibati tənbeh haqqında iş üzrə qərarı ləğv edilsin və iş baxılması üçün yenidən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 144.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın icrasının dayandırılması barədə vəsatəti təmin edilməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar