Məhkəmə qərarları › İş №3(012)-1722/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1722/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1722/2024 27.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs şəxs Abşeron DYP Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X4, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 X15 Polisi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs şəxs Abşeron DYP Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X7 protokola uyğun izahat verməklə X2 şikayətinin əsassız olduğunu, X2 şikayətinin əsassız olmasına dair sübutların olduğunu, inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X5 şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Abşeron DYP polis mayoru X6 xx.xx.2014-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Buna görə də qanunla müəyyən edilmiş qaydada 400 manat məbləğində cərimə olunmuşdur. O qəti şəkildə Abşeron DYP molis mayoru X6 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə razı deyil. Ona görə ki, bu qərarın yazılmasında göstərilən səbəblər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2024 -cü il tarixli İXP6491104 nömrəli protokol tərtib edilmiş və onun AR İXM-nin 329.3-cü və 333.1-ci maddələrini pozduğu və guya içkili vəziyyətdə avtomobili idarə etdiyi aşkar edilmişdir. O isə dəfələrlə içkili olmadığını bildirməyə çalışsa da, yenə də əsassız şəkildə ona cərimə tətbiq edilmişdir. Hətta X3 bilmədiyi bir sənədi imza etdirdi və o da içkili olmadığını dedi və həmin sənədin də özlərini lazım olması səsəbindən ona imzalatdığını izah etdi. O da Nəsib Əsədov polis nəfəri olduğu üçün onun dediklərinə inanıb istəklərini bir-bir yerinə yetirdi. Daha sonra ona sənədi göstərdi guya içkili olduğu aşkar olunduğu üçün onun Toyoto Prius (Hibrid) minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilini cərimə meydançasına apardı. xx.xx.2024-cü il tarixli İXP6491104 nömrəli protokol tərtib edilən günü o Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsinə müraciət etdi. Belə ki, xx.xx.2024-cü il tarixli İXP6491104 nömrəli protokol saat 18:01 radələrində yazılmışdır. O da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” müayinə üçün 01:00 radələrində getdi və sərxoş olmağı öz əksini tapmışdır. Ona görə də düçünür ki, xx.xx.2024-cü iltarixli İXP6491104 nömrəli protokol və Abşeron DYP polis mayoru X6 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı həqiqətləri əks etdirmədiyi üçün ləğv edilməlidir. O hadisə günü 102 qaynar xəttinə zəng etdi və o çox kobud bir cavab ilə qarşılaşdı. Hara istəsən müraciət et bildirildi və Nəsib Əsədov barəsində şikayəti heç nəzərə alınmadı. X9 belə işləyirəm, özüm bilər, get kimə istəyirsən şikayət et deyə bildirdi. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun əslini o şikayət ərizəsinə əlavə etmişdir. Buna görə də xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X15 Polisi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 “Toyoya prius (hibrid)” minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. Abşeron DYP Baş yol patrul xidməti inspektoru, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən “Toyoya prius (hibrid)” minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi hallarına yol vermişdir. xx.xx.2024-cü il tarixli Alkotester yoxlanışının nəticəsindən görünür ki, ** DG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü normadan artıq alkoqol qəbul etmişdir. Həmin Alkotester yoxlanışının nəticəsi əks olunan kağız daşıyıcının üzərində qərardan şikayət vermiş şəxs X2 öz əlyazısı ilə pivə içdiyi, bir daha içkili avtomobil idarə etməyəcəyi və alkotesterin nəticəsi ilə razı olması qeyd edilmişdir. X15 Polisi İdarəsi tərəfindən məhkəmə iclas zamanı təqdim edilmiş səsyazısını dinləmə zamanı “Toyoya prius (hibrid)” minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 xx.xx.2024-cü il tarixli alkotester yoxlanışı zamanı pivə içdiyini söylədiyi müəyyən olunmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayət vermiş şəxsi dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Belə ki, X5 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclasında sübutlar və səs yazısı araşdırılarkən müəyyən edilmişdir ki, X5 içki qəbul etmiş, bu onun alkotester yoxlanışı əks olunan kağız daşıyıcıya öz əl yazısı və səsyazısı ilə öz təsdiqini tapmışdır. X1 məhkəmə iclası zamanı alkotester yoxlanışı əks olunan kağız daşıyıcıdakı əl yazısının və səsyazısının ona məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X2 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Abşeron DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar