Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1725/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, şikayətçi Abşeron rayon Masazır Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şikayətçi Abşeron rayon Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayev şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron Xızı regional şöbəsi hüquqi şəxs Masazır bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsini rəhbər tutaraq həmin Məcəllənin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində inzibati qaydada 1600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilərək xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı əsassız və qanunsuzdur. Belə ki, qurum tərəfindən bu qərarın qəbul edilməsinə şikayətçi X4 əmək müqaviləsinin pozulması ilə bağlı işə götürənə təqdim etdiyi ərizə əsas olmuşdur. Yəni ərizəçi işdən çıxarkən ərizəsində işdən çıxdığı günü göstərməli idi. Əgər göstərməyibsə işəgötürən bələdiyyə tərəfindən bir təqvim ayı bitdikdən sonra işçinin işdən çıxarılması ilə bağlı əmr verə bilər. Lakin işçi öz ərizəsində 31 avqust 2022-ci il göstərmiş və eyni zamanda bələdiyyənin sədr müavini Elşad Sadıqova ərizəsini təqdim edərkən, bildirmişdir ki, “ sabahdan işə çıxmayacaqdır. İşçi növbəti və eyni zamanda digər günlərdə də işə çıxmamışdır. İşçi çalışdığı bələdiyyədə əmək haqqısı ilə bağlı son haqq-hesabını almış, bununla işdən çıxmasını təsdiqləmişdir. İşçi işəgötürənə özünün etirazını yazılı qaydada bildirməmiş və hətta baş mühasibdən son haqq-hesabla bağlı dəqiqləşmə aparmaq üçün mobil telefona zəng vurmuşdur. Bu baxımdan Masazır bələdiyyəsi tərəflər arasında bağlanmış əmək miiqaviləssinin işçi tərəfindən ləğv edilməsi ilə bağlı ərizəsini və sabahdan işə çıxmamasını bildirməsini nəzərə alaraq, tərəflər arasında bağlanmış müqaviləni ləğv etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Abşeron rayon Masazır Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X8 şikayətin əsassız olduğunu qeyd edərək bildir ki, X4 əmək müqaviləsinə xitam verilərkən sonuncunun xahişi nəzərə alınması qeyd edilmiş, araşdırma zamanı işəgötürən tərəfindən Əmək Məcəlləsinin 69.2-ci maddəsinin tələblərinin pozulması aşkar edilmişdir. Bununla bağlı X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN seriyalı, ******* saylı protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarla 1600 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin, inzibati orqanın nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli MN seriyalı, ******* saylı protokoldan görünür ki, X4 müraciətinə baxılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68.2-ci maddələrinin tələblərinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, vəzifəli şəxs X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1600 manat məbləğində cərimə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.6-cı maddəsinə əsasən 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, işəgötürən Abşeron rayon Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayev işçi X9 ilə aralarında bağlanmış əmək müqaviləsini ləğv etməkdə haqlı olmamışdır. Belə ki, Abşeron rayon Masazır bələdiyyəsində X9 öz xahişi ilə tutduğu vəzifədən azad olunması barədə ərizəsi xx.xx.2022-ci il tarixdə qeydə alınmış, həmin bələdiyyənin sədri yəni işəgötürən ərizə verildiyi gündən bir təqvim ayı bitməsini gözləmədən xx.xx.2022-ci il tarixli 01-09/127-K saylı əmrlə işçinin əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinin pozulduğuna dəlalət edir. Halbu ki, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmçinin əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman səlahəyyətli orqan tərəfindən hər hansı qanun pozuntusuna yol verməmiş, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, inzibati tənbehin vermə haqqında qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, Abşeron rayon Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayevin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, Abşeron rayon Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayevin həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Abşeron rayon Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1725/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1725/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver