Məhkəmə qərarları › İş №3(012)-1726/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1726/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1726/2022 22.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X1 sədri Rüfət Fətullayev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 sədri Rüfət Fətullayev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Abşeron Xızı regional şöbəsi hüquqi şəxs Masazır bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsini rəhbər tutaraq həmin Məcəllənin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində inzibati qaydada 800 manat məbləğində cərimə tənbeh növü tətbiq edilərək xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN MN ******* saylı qərarı əsassız və qanunsuzdur. Belə ki, qurum tərəfindən bu qərarın qəbul edilməsinə əsas şikayətçi X7 əmək müqaviləsinə xitam verildiyindən son haqqhesabın ödənilməsində əmək qanunvericiliyində nəzərdə tutulmuş vaxtda verilməməsi olmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə büdcəsi hüquqi və fiziki şəxslərdən ödənilən vergi, rüsum, icarə haqqı və digər ödənişlər əsasında formalaşır. İşçi və işəgötürən arasında əmək müqaviləsi ləğv edilərkən Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən Masazır bələdiyyəsinin hesablaşma-hesabına maliyyə sanksiya qoyulmuşdur. Maliyyə sanksiyası olduğu vaxtda bələdiyyə büdcəsində pul vəsaiti də olmamışdır. Vergi ödəyicilərindən toplanan vergilər əsasında formalaşan büdcəyə daxil olan pul vəsaiti maliyyə sanksiyasına görə hesabdan silinir. Abşeron rayon İcra və probasiya şöbəsinin "xxxx" MMC-nin Abşeron poçt filialına 17/75- 30 271 və 17/75-30 272 saylı, 14 iyul 2022-ci il tarixli müraciət göndərmişdir. Müraciətdə Abşeron rayon Məhkəməsinin 2-(012)-1261/2021 saylı. 11 oktyabr 2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə inkasso sərəncamları icra olunması üçün göndərilməsi göstərilmişdir. Maliyyə sanksiyasına görə bələdiyyə büdcəsində pul vəsaiti olmadığından, maliyyə sanksiyası olduğundan işçilərin son haqq-hesabı 6. 12. 14. 19 sentyabr 2022-ci il tarixlərində verilmişdir. Bu baxımdan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli. MN MN ******* saylı qərarı əsassız və qanunsuzdur. Ona görə də məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə proseslərində iştirak etmiş Masazır Bələdiyyəsinin nümayəndəsi, X3 şikayətlə eyni məzmunlu izahat verdi və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə proseslərində iştirak etmiş qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 bildirmişdir ki, X9 ilə bağlanmış Masazır Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respulikası ƏM-nin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmiş və işçinin xx.xx.2022-ci il tarixə qədər istifadə edilməmiş 22,5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilməsi qərara alınmışdır. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bürün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Ona görə də Masazır Bələdiyyəsinin sədri Rüfət Fətullayev barəsində inzibati qərar qəbul olunmuşdur. Hesab edir ki, şikayətin əsassız olduğundan təmin edilməməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan MN ******* saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, işəgötürən tərəfindən X6 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilmiş və nəticədə X4 Azərbaycan Respulikası İXM-nin 192.4-cü maddəsilə təqsirli bilinməklə 800 manat cərimə olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, X9 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respulikası ƏM-nin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmiş və işçinin xx.xx.2022-ci il tarixə qədər istifadə edilməmiş 22,5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan sərəncamdan görünür ki, xx.xx.2022-ci il tarixdə X2 MMC-də olan və bank hesablarına Abşeron rayon məhkəməsinin 2(012)-1261/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında borc məbləğinin ödənilməsilə bağlı inkasso sərəncamı qoyulmuşdur. İş materiallarında olan Azərpoçt MMC Abşeron poçt filialından Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli məktulara əsasən Masazır Bələdiyyəsinin cari hesabından 21 iyul 2022-ci il tarixdə 1930 manat, 22 iyul 2022-ci il tarixdə 1390 manat, 20 iyul 2022-ci il tarixdə isə 5240 manat Abşeron rayon İcra Şöbəsinə köçürülmüşdür. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X9 ilə bağlanmış Masazır Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respulikası ƏMnin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmiş və işçinin xx.xx.2022-ci il tarixə qədər istifadə edilməmiş 22,5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilməsi qərara alınmışdır. Masazır Bələdiyyəsinin nümayəndəsi məhkəmədə son haqq hesabın gec verilməsinin səbəbi kimi onlara məxsus hesablar üzərində olan inkasso sərəncamının olması ilə əlaqələndirmişdir. Lakin məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X2 MMC-də olan və bank hesablarına Abşeron rayon məhkəməsinin 2(012)-1261/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında borc məbləğinin ödənilməsilə bağlı inkasso sərəncamı qoyulmuşdur. Lakin məhkəmənin sorğusu əsasında Abşeron rayon İcra və Probasiya şöbəsindən təqdim edilmiş məktubdan görünür ki, həmin məbləğ X2 MMC Abşeron poçt filialında olan cari hesabından 21 iyul 2022-ci il tarixdə 1930 manat, 22 iyul 2022-ci il tarixdə 1390 manat, 20 iyul 2022-ci il tarixdə isə 5240 manat olmaqla tam olaraq ödənilmiş və inkasso sərəncamının qoyulmasına əsas olan Abşeron rayon məhkəməsinin 2(012)-1261/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra olunmuşdur. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bürün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. X9 ilə bağlanmış Masazır Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respulikası ƏM-nin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmiş və işçinin xx.xx.2022-ci il tarixə qədər istifadə edilməmiş 22,5 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilməsi qərara alınsa da son haqq hesab həmin gün deyil qismən olmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə olmaqla ödənilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Abşeron-Xızı regional şöbəsinin Abşeron rayon Masazır Bələdiyyəsinin sədri X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 21 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1, 135.1.1 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Abşeron-Xızı regional şöbəsinin Abşeron Rayon Masazır Bələdiyyəsinin sədri X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbehin tətbiq edilməsinə dair MN № ******* saylı, 21 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar