Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1726/2024 06.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (№ 0010-02132/24) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, 0010- 02132/24 (EP № 0157073) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, “Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/019582 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına 27AAB120/27ASV297 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********9220 sorqu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün qısa idxal bəyannaməsinin tərtib edilmədiyi qeyd edilmişdir. İş üzrə X1 Sistemi informasiya resursuna baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Bakı Baş Gömrük idarəsində **********4822 sorqu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 27AAB120/27ASV297 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 13:12 radələrində “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, qeyd olunan yükə dair **********4956 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi gömrük orqanına rəsmiləşdirmək üçün xx.xx.2024-cü il tarixdə saat 11:57-də elektron formada göndərilmişdir. İs üzrə “Gömrük Xidmətinin X1 Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına 27AAB120/27ASV297 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 13:12-də ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********4956 sorqu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə qətirilməzdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə saat 11:57-də gömrük orqanına rəsmiləşdirmək ücün göndərilmişdir. Həmçinin, 1124500MM956 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinə əlavə edilən xx.xx.2024-cü il tarixli TSVLYEACEB8000 nömrəli invovs və 001367 nömrəli nəqliyyat sənədlərində alıcı qismində Şəxs MMC-nin adı qeyd edilmiş, lakin **********4822 sorğu nömrəli gömrük bəyannaməsinə əlavə edilən xx.xx.2024-cü il tarixli T24LYFJK1GX00 nömrəli invoys və nəqliyyat sənədlərində isə alıcı qismində “Pearl Life" MMC-nin adı qeyd edilməklə gömrük orqanına təqdim edilmiş **********4956 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi və **********9220 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi arasında uyğunsuzluq yaranmışdır. Bu fakt 3- 33-1100/012/019582 savlı xx.xx.2024-cü il raport, **********4822 sorğu nömrəli Gömrük bəyannaməsi, **********4956 sorğu nömrəli qısa idxal bəyannaməsi, Gömrük Xidmətinin “X1 sistemi” informasiya resursundan çıxarışlar və isdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur.Bununla da, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 1124500MM956 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsinə əlavə edilən xx.xx.2024-cü il tarixli TSVLYEACEB8000 nömrəli invovs və 001367 nömrəli nəqliyyat sənədlərində alıcı qismində Şəxs MMC-nin adı qeyd edilmiş, lakin **********4822 sorğu nömrəli gömrük bəyannaməsinə əlavə edilən xx.xx.2024-cü il tarixli T24LYFJK1GX00 nömrəli invoys və nəqliyyat sənədlərində isə alıcı qismində “Pearl Life" MMC-nin adı qeyd edilməklə gömrük orqanına təqdim edilmiş **********4956 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi və **********9220 sorğu nömrəli, xx.xx.2024cü il tarixli gömrük bəyannaməsi arasında uyğunsuzluq yaranmışdır. Göründüyü kimi, Şəxs tərəfindən ölkəyə idxal olunan mallarla bağlı təqdim olunmuş qısa idxal bəyannaməsi ilə sonrakı bəyannamə arasında malların dəyəri barədə uyğun olmayan məlumatlar verilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 131.1-ci maddəsinə əsasən gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı, nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları, nəqliyyat vasitəsinin heyəti və sərnişinləri, təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük, mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük, nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1726/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1726/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver