Məhkəmə qərarları › İş №3(012)-1727/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1727/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1727/2021 02.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: 28.08.2021ci il tarixdə Sumqayıt TTYS-dən Mehdiabad PB Abşeron rayonu, Mehdiabad-Novxanı avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisə zamanı 1994-cü il təvəllüdlü X3 “sağ diz və dirsək nahiyələrinin əzilməsi”, 1970-ci il təvəllüdlü X1 isə “qapalı kəllə-beyin travması, təpə nahiyəsinin əziyi” xəsarətləri alaraq xəstəxanaya müraciət etmələri barədə məlumatlar daxil olmuşdur. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, 27.08.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində Mehdiabad qəsəbəsində Mehdiabad Novxanı yolunun sağ tərəfində torpaqlı ehtiyat hissəsindən Mehdiabad yoluna çıxıb sol tərəfə dönüb Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi istiqamətinə getmək istəyərkən hava qaranlıq olduğu üçün bir qədər diqqətsizlik edib soldan gələn Toyota Prado markalı **-VC-*** dövlət nəqliyyat nişanlı avtomobili gözləmədən onun yoluna çıxıb həmin Toyota Prado markalı avtomobilin sağ arxa hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisə nəticəsində Toyota Prado markalı avtomobil bir dəfə sola fırlanaraq aşmışdır. Bundan sonra Toyota Prado markalı avtomobilinin sürücüsünə və 2 nəfər sərnişininə kömək etmişdir. Hadisədən əvvəl spirtli içki içməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən xəsarət almamışdır. Törətdiyi əməldən peşmandır. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 10.09.2021-ci il tarixli, 2128 saylı rəyindən görünür ki, 1971-ci il təvəllüdlü X2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi, hər iki təpə gicgah ənsə nahiyəsində dərialtı hematoma, boyun nahiyəsinin yumşaq toxumalarının əziyi, sol bazu oynağının, sol ayağın əzilməsi, sol çanaq nahiyəsinin, sağ və sol diz nahiyələrinin qançırları-bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 27.08.2021-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 06.09.2021-ci il tarixli, 2129 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X3 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ diz, sağ dirsək oynağı nahiyələrinin, boyun nahiyəsinin döş qəfəsinin ön səthinin, sol bazu nahiyəsinin geniş sahəli qançırları və əziyi bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 27.08.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində travması, baş-beyin silkələnməsi, hər iki təpə gicgah ənsə nahiyəsində dərialtı hematoma, boyun nahiyəsinin yumşaq toxumalarının əziyi, sol bazu oynağının, sol ayağın əzilməsi, sol çanaq nahiyəsinin, sağ və sol diz nahiyələrinin qançırları-bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 27.08.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşə əlavə edilmiş, sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, sürücülər X4 və Şəxs hadisə vaxtı ayıq olmuş, onlarda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz ifadəsindən başqa, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 31.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar