Məhkəmə qərarları › İş №3(012)-1728/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1728/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1728/2022 01.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1983-cü il tarixdə Abşeron rayounda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1674/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 22000 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iclasında dindirilən Abşeron rayon İcra Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1674/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 22000 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Aparılan icra hərəkətləri zamanı borclu Şəxs mülkiyyətində Hyundai Sonata markalı, 99SC614 dövlət qeydiyyat nişanlı avtomobil və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0, 0028 ha torpaq sahəsi aşkar edilmişdir. Onun mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə Abşeron rayon Məhkəməsinə təqdimat verilmişdir. Hal-hazırda 19400 (on doqquz min dörd yüz) manat borcu var. Borclu icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmış, icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1674/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 22000 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Borcdan 2550 (iki min beş yüz əlli) manat ödəmişdir. Aylıq 250 manat əmək haqqı alır və hər ay 150 (yüz əlli) manat Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1674/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası üçün tutulur. Abşeron rayon Məhkəməsinin 8(012)-524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0, 0028 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1674/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 22000 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Abşeron rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatı əsasında borclu Şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0, 0028 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur Abşeron rayon Məhkəməsinin 2(012)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs məxsus avtomobilin üzərinə məxsus avtomobilin üzərinə həbs qoyulması və açıq hərracda satılması barədə Abşeron rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatı rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun vəkilini və protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati qaydada tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Şəxs 22000 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1674/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə borclu tərəfindən 2550 (iki min beş yüz əlli) manat ödənilmiş, aylıq 250 manat əmək haqqından isə hər ay 150 (yüz əlli) manat tutulur. Abşeron rayon Məhkəməsinin 8(012)-524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0, 0028 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi məhkəmə zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar