Məhkəmə qərarları › İş №3(012)-1728/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1728/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1728/2023 09.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Şəxs barəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə daxil xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-91/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə borclular X2 və Şəxs icra sənədi üzrə tələbkar X1 ilə öz aralarında razılığa gəldikləri üçün barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolu baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında material qeri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü maddəsini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar