Məhkəmə qərarları › İş №3(012)-1729/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1729/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1729/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, X1 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ1812678 nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş EQ1812678 nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə məhkəməyə müraciət etmiş və qərarın ləğv edilməsi barədə şikayəti xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ1812678 nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunmuşdur. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul eidlmiş edilmiş EQ1812678 nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar