Məhkəmə qərarları › İş №3(012)-1729/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1729/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1729/2024 27.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, X5 iştirakı ilə, X5 barəsində qəbul edilən İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi, X4 barəsində inzibati xəta haqqında müvafiq protokol qoyulması öhdəliyinin DİN BDYPİ-nin üzərinə qoyulmasına dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini, X4 barəsində inzibati xəta haqqında müvafiq protokol qoyulması öhdəliyinin Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X7 bildirdi ki, o ailəsi ilə Abşeron rayonunun Masazır kəndində yerləşən fərdi yaşayış evlərində yaşayırlar. Yaşayış ərazisinin küçələri həddindən artıq dardır. Onların da yaşadıqları evə gələn dalanın baş hissəsində yerləşən evə tez-tez gələn-gedən özü əslində Yasamal rayonu, Nabat Aşurbəyova 117 ünvanında yaşayan X4 ona məxsus olan 99VM411 nömrə nişanlı avtomobilini həmin evin qarşısında saxlamaqla keçid üçün çox çətin bir vəziyyət yaradır. O və qonşular dəfələrlə ona xəbərdarlıq etsələr də məhəl qoymur və problem yaratmaqda davam edir. Belə günlərdən birində gecə saatlarında evə gələrkən görmə şəraitinin məhdudluğundan və yolun çox dar olmasından dolayı ona məxsus 90OP338 nömrə nişanlı avtomobili ilə yenə çox böyük əziyyətlə küçəni keçməli oldu. Səhər avtomobilinin sağ qabaq küncündə ağ rəngin olduğunu görəndə gecə həmin avtomobilə sürtüb keçdiyindən şübhələndi. X1 avtomobilinə baxış keçirərkən əmin oldu ki, avtomobili ilə keçərkən yüngül sürtünmə olmuşdur. Bir və ya iki gün sonra ona yaxınlaşaraq Yol hərəkəti qaydalarının 52-ci maddəsinin 4-cü bəndini pozaraq dayanma-durma qadağan olan yerdə maşın saxladığını və buna görə də hadisə olduğunu bildirdi. Aralarında mübahisə oldu və o haqsız olduğu halda zərəri ödəməli olduğunu bildirdi. Düşündü ki, səhvini anlayar və öz aralarında razılaşarlar. Səhəri gün o ailəsi ilə Tovuz rayonuna istirahətə getdi. Qayıtdıqdan sonra, təqribən iyul ayının əvəllərində Abşeron rayonu yol polis idarəsindən ona zəng edərək X3 şikayət etdiyini bildirdilər. O polis idarəsinə gedərək qeyd etdiklərini öz izahatında da qeyd etdi. Lakin xx.xx.2024-cü il tarixdə Yol polisi tərəfindən onun telefonuna SMS vasitəsi ilə bildiriş göndərilir ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış və "Asanpay"də yerləşdirilmişdir. O Asanpay elektron kabinetimə baxarkən həqiqətən xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli protokol üzrə qərar verildiyini müəyyən etdi. Göründüyü kimi hadisə iyun ayının ortalarında baş vermiş, hadisə barədə İXP ******* nömrəli protokol xx.xx.2024-cü il tarixdə, bu protokol üzrə qərar isə xx.xx.2024-cü il tarixdə verilməsinə baxmayaraq elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Bu isə Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş prosesual müddətin pozulduğunu açıq-aşkar göstərir. İkincisi, Asanpay elektron kabinetinə gələn məlumata görə o hadisə yerindən yayındığına və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə 4 bal və 100 manat miqdarında cərimə olunur. O heç cür başa düşə bilmir ki, bu qərar hansı məntiqlə verilmişdir. Əgər o hadisə yerindən yayınmışsa onda X4 şikayət edərkən məhz onu niyə qeyd etmişdir. Çünki hadisə gecə saatlarında olduğundan ona məlumat verməsəydi o ümumiyyətlə müəyən edə bilməzdi ki, onun avtomobili ilə qəzaya düşən onun avtomobilidir. Əslində isə İXP ******* nömrəli protokol "Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu"nıın 52 maddəsinin İV bəndinin 3-cii yarımbəndini pozduğuna görə X4 barədə tərtib edilməli idi. Çünki qeyd olunan qaydaların tələblərinə görə dayanmış avtomobillə yol ortasınadək olan məsafə 3 metrdən az olarsa həmin yerdə dayanmaq qadağandır. Bu halda isə nəinki yolun ortasınadək olan məsafə, hətda yolun o biri kənarınadək olan məsafə 3 m-dən azdır. Göründüyü kimi Abşeron rayon yol polis idarəsi nədənsə (səbəbi mənə bəlli deyil) görəgörə yalnış protokol tərtib edərək X4 əvəzinə ona inzibati cərimə təyin etmişdir. Halbuki, o heç bir yol hərəkəti qaydasını pozmamışdır. Protokolda ona şamil edilmiş maddə isə tamamilə absurddur. Hadisə yerindən qaçana daha çox X4 oxşaya bilər. Çünki Masazır kəndi onun yaşayış yeri deyil. O isə qeyd etdiyi kimi burada yaşayır və evindən də harasa qaçası deyil. Hadisə onun evinin yanında olub. Buna necə hadisə yerindən yayınma donu geyindirə bilərlər? Bütün bu qeyd etdikləri ilə əlaqədar olaraq o xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Suraxanı Rayon Məhkəməsinə şikayət etdi. Suraxanı Rayon Məhkəməsi xx.xx.2024- cü il tarixdə 3(010)-3644/2024 nömrəli yekun məhkəmə aktı çıxararaq şikayətini geri qaytarmış və müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi yer üzrə verilməli olduğu qənatinə gəlmişdir. Qeyd olunanlara əsasən, o, şikayətin təmin edilməsini xahiş edir.Protokol əsasında qərar qəbul edilərkən həmin qərar ona verilməmişdi. Protokol və qərar tərtib edilən zaman onun iştirakı təmin edilməmişdir. Bu kamera görüntüləri ilə də sübut edilə bilər. İş üzrə məhkəmə iclası müvafiq olaraq xx.xx.2024-cü il tarixə, saat 15:10-a təyin edilmiş və AR DİN BDYPİ məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında AR DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan 30.07 2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, ərizəçi X7 xx.xx.2024-cü il tarixində, saat 11.00-da Masazır qəsəbəsi istiqamətində Nissan-Xtrail minik markalı markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün hadisə yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri üzrə təqsirli bilinmiş və ona 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, şikayət vermiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan başqa X5 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir, həmçinin sözügedən avtonəqliyyat vasitəsinin hansı yol hərəkəti qaydasını pozaraq nəqliyyat vasitəsi sürücüsünün hadisə yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsini təsdiq edən sübutlar AR DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. X5 izahatına əsasən protokol və qərar tərtib edilən zaman onun iştirakı təmin edilməmişdir, həmin vaxt rayonda olmuş, kamera görüntüləri ilə də sübut edilə biləcəyini bildirmişdir. X2 inzibati xəta törətməsi məsələsini araşdırmaq mümkün olmadığından X4 barəsində inzibati xəta haqqında müvafiq protokol qoyulması öhdəliyinin DİN BDYPİ-nin üzərinə qoyulması məsələsinə baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Belə olduğu təqdirdə X5 əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələri ilə nəzərdə inzibati xətanın tərkibinin olmasını araşdırmaq mümkün olmamış və məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X7 barəsində X13 Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar