Məhkəmə qərarları › İş №3(012)-1730/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1730/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1730/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X11 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X5 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron- Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini, həmin qərara əsasən dövlət büdcəsinə ödənilmiş 4.000 (dörd min) manat məbləğində vəsaitin ona geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X8 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 3(012)-1860/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim C.Səfiyeva) "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmış, həmçinin AR ƏƏSMN yanında DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən sözügedən inzibati xəta ilə əlaqədar MMC-nin direktoru X8 barəsində 22 iyul 2024-cü il tarixli, MN1612475 saylı inzibati tənbeh vermə barədə qərarla 4.000 (dörd min) manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. Həmçinin, X8 22 iyul 2024-cü il tarixli, MN1612475 saylı inzibati tənbeh vermə barədə qərar əsasında 4.000 (dörd min) manat məbləğində cəriməni ödəmək məcburiyyətində qalmış və müvafiq qaydada ödənişi həyata keçirmişdir. Daha sonra, Abşeron Rayon Məhkəməsinin 3(012)-1860/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərarından "xxxx" MMC tərəfindən apellyasiya qaydasında şikayət ərizəsi verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-249/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı sözügedən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Hazırda isə, AR ƏƏSMN yanında DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən sözügedən inzibati xəta ilə əlaqədar MMC-nin direktoru X8 barəsində 22 iyul 2024-cü il tarixli, MN1612475 saylı inzibati tənbeh vermə barədə qərardan tərəflərindən şikayət verilməsi zərurəti yaranmışdır. Hesab edirlər ki, eyni inzibati xəta üzrə inzibati xətanın tərkibi olmadığından məhkəmənin yuxarıda qeyd edilən qanuni qüvvəsini almış qərarı olduğundan, 22 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə barədə qərar da məhkəmə qaydasında ləğv edilməli və Taleh Əsədov tərəfindən dövlət büdcəsinə ödənilmiş 4.000 (dörd min) manat məbləğində vəsaitin ona geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsi və icra edilməsi üçün aidiyyəti orqana göndərilməlidir. X4 barəsində qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN1612475 saylı inzibati tənbeh vermə barədə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrlü səbəblərdən ötürülmüşdür. Qeyd edilənlərə əsasən, o cümlədən, AR İXM-nin müvafiq normalarını rəhbər tutaraq, AR ƏƏSMN yanında DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən MMC-nin direktoru X8 barəsində qəbul edilmiş 22 iyul 2024- cü il tarixli, MN1612475 saylı inzibati tənbeh vermə barədə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə (müddətin ötürülməsinin üzrlü hesab edilməsinə) dair müvafiq qərar qəbul edilməsini və şikayətlərinin mahiyyəti üzrə baxılmasından ötrü sonrakı prosessual hərəlkətlərin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 3(012)- 1860/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim C.Səfiyeva) "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmış, həmçinin AR ƏƏSMN yanında DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən sözügedən inzibati xəta ilə əlaqədar MMC-nin direktoru X8 barəsində 22 iyul 2024-cü il tarixli, MN1612475 saylı inzibati tənbeh vermə barədə qərarla 4.000 (dörd min) manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. Həmçinin, vurğulamaq istəyirlər ki, X8 22 iyul 2024-cü il tarixli, MN1612475 saylı inzibati tənbeh vermə barədə qərar əsasında 4.000 (dörd min) manat məbləğində cəriməni ödəmək məcburiyyətində qalmış və müvafiq qaydada ödənişi həyata keçirmişdir. Daha sonra, Abşeron Rayon Məhkəməsinin 3(012)-1860/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərarından "xxxx" MMC tərəfindən apellyasiya qaydasında şikayət ərizəsi verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 249/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı sözügedən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Hazırda isə, AR ƏƏSMN yanında DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən sözügedən inzibati xəta ilə əlaqədar MMC-nin direktoru X8 barəsində 22 iyul 2024-cü il tarixli, MN1612475 saylı inzibati tənbeh vermə barədə qərardan tərəfimizdən şikayət verilməsi zərurəti yaranmışdır. Hesab edirlər ki, eyni inzibati xəta üzrə inzibati xətanın tərkibi olmadığından məhkəmənin yuxarıda qeyd edilən qanuni qüvvəsini almış qərarı olduğundan, 22 iyul 2024-cü il tarixli, MN1612475 saylı inzibati tənbeh vermə barədə qərar da məhkəmə qaydasında ləğv edilməli və Taleh Əsədov tərəfindən dövlət büdcəsinə ödənilmiş 4.000 (dörd min) manat məbləğində vəsaitin ona geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsi və icra edilməsi üçün aidiyyəti orqana göndərilməlidir. Odur ki, qeyd edilənlərə əsasən, AR ƏƏSMN yanında DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən X8 barəsində qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN1612475 saylı inzibati tənbeh vermə barədə qərarı ləğv edilməsini, o cümlədən, Taleh Əsədov tərəfindən həmin qərara əsasən dövlət büdcəsinə ödənilmiş 4.000 (dörd min) manat məbləğində vəsaitin ona geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsini və icra edilməsi üçün aidiyyəti orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəməyə elektron kabinet vasitəsi ilə inzibati tənbeh vermə haqında qərardan şikayət ərizəsinə onun iştirakı olmadan baxılmasını, şikayət ərziəsinin təmin edilərək, qərarın ləğv edilməsini və tərəfindən ödənilmiş 4000 manat məbləğində pul vəsaitinin ona geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə vəsatətə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. X2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)-1860/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə "xxxx" MMC-nin təqsirli bilinib, 20000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edildiyini, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(105)- 249/2025 saylı qərarı ilə DYNAMİC KOMPANY” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edildiyini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(012)- 1860/2024 saylı qərarının ləğv edildiyini və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verildiyini qeyd etsə də, X8 isə xx.xx.2025-ci il tarixində inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət vermiş və inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası ilə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X8 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron- Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üzürlü hesab edilmədiyindən X8 tərəfindən verilmiş vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar