Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1731/2022 02.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Cəbrayıl rayonu, Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin İTŞ-nin sahə rəisi, polis baş leytenantı X6 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Novxanı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs bağından 250 manat dəyərində su matorunu oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. O, göstərilən ərazidə müvəqqəti yaşayır. Həmin ərazidə yerləşən anbarın qıfılnı sındırmaqla oraya daxil olmuş, oradan su matoru və dəmir parçalarını oğurlamışdır. Həmin əşyaları satmaqla şəxsi ehtiyaclarına xərcləmişdir. Ona görə də yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini, əks halda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində cinayətin əlamətləri olduğundan iş üzrə icraata xitam verilməli və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurora göndərilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Belə iş metaiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki: Abşeron rayonu. Novxanı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidməti zəng mərkəzi sisteminə zəng edərək, nəzarət etdiyi bağdan su matoru və dəmir parçalarının oğurlanması barədə məlumat vermişdir. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 501, ev 6A, mənzil 60-da yaşayan X8 xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək, tanışı X4 məxsus, lakin özünün etibarnamə əsasında müvafiq səlahiyyətlərinə malik olduğu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində olan anbardan adını Mamed kimi bildiyi şəxs tərəfindən ümumi dəyəri 1000 manat təşkil edən 1 ədəd su matorunun, eləcə də taxta və dəmir materialların oğurlanması barədə məlumat vermiş, hadisəni törətmiş şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış X8 vermiş olduğu izahatında bildirmişdir ki, tanışı X4 məxsus Novxanı qəsəbəsində torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahəsinə dair etibarnamə əsasında müvafiq səlahiyyətləri vardır. Həmin torpaq sahəsi daş ilə hasara alınmışdır. Torpaq sahəsi kənd təsərrüfatlı olduğundan orada ev inşa olunmamışdır. Həmin torpaq sahəsində olan 3 yardımçı tikili anbar kimi istifadə olunur. Həmin anbara o, dəmir və taxta materialları yığmış və anbarın qapısını qıfılla kilidləmişdir. Buna baxmayaraq adını Mamed kimi bildiyi şəxs anbarın qapısının qıfılını sındıraraq içəri daxil olub oraya qoyduğu dəmir və taxta materialları gizli formada oğurlamışdır. Həmçinin sözü gedən şəxs torpaq sahəsində olan quyudan 250 manat dəyərində İ ədəd su matorunu çıxararaq oğurlamışdır. Torpaq sahəsindən oğurlanmış əmlakın dəyəri təxminən 1000 manat təşkil edirmiş. Həmçinin hadisəni törətmiş şəxs anbardan 1500 manat dəyərində su matorunu da oğurlamaq istəsə də, matoru özü ilə apara bilməmiş küçədə qoyaraq getmişdir. Araşdırma zamanı izahatı alınmış X10 vermiş olduğu izahatında bildirmişdir ki, 2018-ci il tarixdən X4 məxsus torpaq sahəsinə nəzarət edir, eyni zamanda həmin torpaq sahəsində əkilmiş badam ağaclarını suvarır yəni bağbanlıq edir. X3 həmin ərazidə yerləşən yarımtikilidə yaşamışdır. Təxminən iki ildən çoxdur ki Məmməd ailəsindən ayrılandan sonra mütəmadi olaraq spirtli içki qəbul edir və onun nəzarət etdiyi yerdən oğurluq edir. Məmməd 2022-ci ilin avqust ayinda 250 manat dəyərində su matorunu oğurlayıb satmışdır. Bundan əlavə təxminən 2 il bundan əvvəl torpaq sahəsində olan 500-600 manat dəyərində taxtanı öz istiliyini təmin etmək üçün yandırmışdır. Məmməd 2022-ci ilin sentyabr ayında 1500 manat dəyərində su matorunu oğurlamaq istəsə də, apara bilməmiş, həmin su matorunıı darvazanın yanında qoymuşdur. Təxminən 3 il bundan əvvəl isə yaşadığı müddət ərzində hissə-hissə 500-100 manat dəyəri arasında dəmir məmulatlarını oğurlamışdır. X1 və ailəsinə yazığı gəldiyi üçlin barəsində şikayət etməmiş və yaşamağa icazə vermişlər. Lakin son zamanlar Məmmədin yaşamağına narazıdır. Çünki Məmməd mütəmadi olaraq spirtli içki qəbul edir və anbarın qıfılını sındırmaqla oğurluq edir. Beləliklə cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 sentyabr 2022ci il tarixli HK-1/1414 saylı materialların araşdırılması zamanı müəyyən edilmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində şikayət ərizəsi ilə müraciət etmiş şikayətçi X5 250 manat dəyərində su matoru X3 tərəfindən gizli yolla talanaraq ələ keçirilmişdir. Sözügedən əmlakı sonuncu icazə əsasında yaşadığı evdən götürdüyündən həmin hadisə daxilolma kimi qiymətləndirilə bilməz. Bundan başqa Şəxs həmin yerdən böyük su matorunu götürmək istəsə də, götürə bilməmiş yəni cinayət hadisəsi başa çatmamışdır. Lakin məhkəmədə müəyyən edilmişdir ki, həmin ərazidə 2 ildən artıqdır ki, Zərərçəkmiş şəxs adlı şəxs nəzarət edir. X3 isə həmin ərazidə yerləşən başqa bir yarımtikilidə torpaq sahibi icazə verdiyi üçün müvəqqəti yaşayır. Onun oğurluq etdiyi əmlak ona etibar olunmuş yerdən deyil, həmin ərazidə yerləşən saxlanc anbarına 2022-ci ilin avqust ayında qıfılı sındırmaqla daxil olmaqla 250 manat dəyərində su matorunu və başqa dəmir parçalarını talamaqla oğurluq niyyətini həyata keçirmişdir. Daha sonra yenidən həmin anbarın qıfılını sındırmaqla daxil olmuş, təxminən 1000 manat dəyərində olan su matorunun oğurlamaq istəmiş, lakin apara bilmədiyindən niyyətinin tam başa çatdıra bilmədən su matorunu darvazanın yanında qoymuşdur. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, həmin əraziyə o deyil, Rafiq adlı şəxs nəzarət edir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikasının İXM-nin 114.2-ci maddəsinə əsasən məhkəmə . inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrə əsasən xitam olunmalı, iş üzrə materiallar prokurora göndərilməlidır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan xitam verilsin və iş üzrə materiallar prokurora göndərilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon Prokurorluğuna və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1731/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1731/2022
02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver