Məhkəmə qərarları › İş №3(012)-1731/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1731/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1731/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 30 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərardan verilmiş şikayətin baxılmağa hazırlanması zaman M Ü Ə Y Y Ə N E T D İ M: X5 şikayət ərizəsi ilə məhkəmə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 tərəfindən qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət baxılması üçün aidiyyəti üzrə Bərdə rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, törədilməsi ehtimal olunan inzibati xəta, əmək qanunvericiliyinin pozulması ilə bağlıdır. Yəni təqsirli bilinərək inzibati qaydada tənbeh edilmiş X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru - vəzifəli şəxsidir, həmin hüquqi şəxsin ünvanı qərarda - Bərdə şəhəri qeyd olunmuşdur. Belə olan halda, ehtimal olunan inzibati xəta X2 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanında törədilmiş hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir; Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta onun vəzifəli şəxs kimi səlahiyyətlərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün qanunvericilik tərəfindən konkret hallar müəyyən edilmişdir. Belə ki, bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsindən ibarətdir. Odur ki, X5 törədilməsi ehtimal olunan inzibati xətanı iş yeri üzrə törədə bilərdi. Göstərilənlərə əsasən hazırki iş üzrə törədilməsi ehtimal olunan inzibati xəta "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxs olaraq öz vəzifələrini yerinə yetirdiyi, direktoru olduğu müəssisədə, Bərdə şəhərində törədilmişdir və hazırkı şikayətə onun yaşayış yeri üzrə baxılması haqqında vəsatət əlavə edilməmişdir. Beləliklə də, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 30 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 110-cu maddələrini rəhbər tutaraq, qərara aldım: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 30 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar