Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1732/2024 26.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi polis kapitanı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, İmişli rayonu, İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 147 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, “Memat Əcəmi” m/s yaxınlığında yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X8 protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə məxsus avtomobillərdən xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərdi ki, maddi ehtiyaclarına görə oğurluq etmişdir. Əməlindən peşmandır. Himayəsində 2 azyaşlı uşağı vardır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil oğlu Şəxs izahatına uyğun izahat verdi. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Masazır kəndi, M.Hadi küçəsi, ev 4-də yaşayan Zərərçəkmiş şəxs1 “Mercedes” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 15 manat dəyərində 1 ədəd piknik bıçağını talamışdır. xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi y/k, ev 26, mənzil 8-də yaşayan Zərərçəkmiş şəxs2 “Mercedes” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən 80 manat dəyərində telefon və 4.5 manat dəyərində siqareti talamışdır. xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi y/k,blok İİ, mənzil 27-də yaşayan Zərərçəkmiş şəxs3 “Mercedes” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 100 manat pulunu talamışdır. xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi y/k,blok İİ, mənzil 10-da yaşayan Zərərçəkmiş şəxs4 İsgəndəroviçin “Mercedes” markalı LL 675 RR dövlət qeydiyyat nişanlı avtomobilindən 5 manat pulu talamışdır. xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Zərərçəkmiş şəxs4 İsgəndəroviçin müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində X1 Abşeron rayonu, Masazır kəndi, H.Əliyev küçəsi 47də saxladığı “Mercedes” markalı avtomobilinin arxa sağ şüşəsini sındıraraq salondan 29 manat dəyərində Maqna markalı siqareti talamışdır. xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı X2 tərəfindən X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. 32-ci maddəsinə əsasən Sahib Ağaquliyevin himayəsində azyaşlı uşaqlarının olması onun yüngülləşdirən hal kimi nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsi Sahib Ağaquliyevin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməyərək, sonuncularınn ondan şikayətçi olmasını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər X10
Məhkəmə qərarları › İş №3(012)-1732/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1732/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver