Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1734/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ6952109 nömrəli, xx.xx.2021-ci il tarixli X3 haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ6952109 nömrəli, xx.xx.2021-ci il tarixli X3 haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi və şikayəti xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon məhkəməsinə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəmdə tərtib edilmiş EQ6952109 nömrəli, xx.xx.2021-ci il tarixli X3 Haqqında Elektron qərarın ləğv edilərək başlanmış icraata xitam qərarı qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon məhkəməsinin hakimi S.Quliyeva xx.xx.2023-cü il tarixdə 3(012)-829/2023saylı qərardadı ilə şikayəti geri qaytarmışdır.Şikayəti yenidən Abşeron rayon məhkəməsinə təqdim etmişdir. Lakin Abşeron rayon məhkəməsi(hakim:C.Səfıyeva) xx.xx.2023-cü il tarixli, 3(012)-1333/2023 nömrəli qərardadı ilə sənədləri geri qaytarmışdır. Həmin Qərardadı xx.xx.2023-cü il tarixdə məhkəmədə qəbz imzalayaraq almışdır. Məhkəmə əvvəlki qərardadında EQ-rı hansı yolla əldə etməyim barədə heç bir məlumat olmadığına görə geri qaytardığını göstərirdi. Ona görə təfsilatı ilə mübahisələndirilən EQ -rı Sumqayıt İnzibati məhkəməsi vasitəsi ilə xx.xx.2023-cü ildə qəbz imzalayaraq aldığını, bir gün sonra -xx.xx.2023-ci tarixdə Abşeron rayon məhkəməsinə şikayətlər verdiyini göstərmişdir. Sübut qismində şikayətinə Sumqayıt İnzibati məhkəməsinin hakimi Ceyhun Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli arayışı,səncamı və s. əlavə etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN-yi BDYPİ-in EQ6952109 nömrəli, xx.xx.2021 il tarixli barəsində tərtib etdiyi EQ-rı 15 may 2023-cü il tarixdə rəsmi qaydada aldığına görə buraxılmış müddəti üzürlü hesab edib bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin: 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasın buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ6952109 nömrəli, xx.xx.2021-ci il tarixli X3 haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi ərizəçi vəsatətini əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ6952109 nömrəli, xx.xx.2021-ci il tarixli X3 haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunsun və sənədlər geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1734/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1734/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver