Məhkəmə qərarları › İş №3(012)-1734/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1734/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1734/2024 27.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Yüzbaşiyev Emil Vaqif oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir şəhəri, Qağacılı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 27 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 25 avqust 2024-cü il tarixdə Şəxs üzərindən 0,012 qram psixotrop maddəni olan metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Emil Yüzbaşiyev oğlunun izahat verərək bildirdi ki, vətəndaş Şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Qeyd olunan məlumat yoxlanılmış və 25 avqust 2024cü il tarixdə, saat 01:50 radələrində Qarayev X2 rayon İcra Hakimiyyətinin qarşısında saxlanılaraq, Abşeron RPİ-nə gətirilmiş, orada keçirilmiş şəxsi axtarış zamanı üzərindən 0,012 qram psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Həmin maddənin çəkisi şəxsi istehlak miqdarından artıq olması səbəbindən Şəxs barəsində tərtib olunmuş tutma qərarı ləğv edilmiş və o, MSY-nə təhil verilmədən tutmadan azad edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 X7-Tibbi Yoxlama tərəfindən verilmiş rəydən görünür ki, Şəxs narkamaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir. Bununla da Şəxs psixotrop maddədən istifadə etdiyi müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, o, 25 avqust 2024-cü il tarixdə gecə saatlarında Abşeron rayon İcra Hakimiyyətinin qarşısından keçərək, evə gedən zaman polis əməkdaşlarını görmüş, həyacanlanaraq oradan qaçmaq istəmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə gətirilmiş, orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet olub-olamadığı soruşulduqda o, könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metafetamini təqdim edərək, 24 avqust 2024-cü il tarixdə Yasamal rayonunda yerləşən “Kaktus” restoranın yaxınlığında adını bilmədiyi tanımadığı şəxsdən 10 manata almışdır. Əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 03:00-dan məhdudlaşdırılmışdır. 25 avqust 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükülü aşkar edilmiş və həmin bükülü açıldıqda içərisində ağ rəngli kristal formalı psxotrop maddə olan metafetaminə bənzəyən vasitə müəyyən edildikdə, sonuncu özünün psixotrop maddə istifadəçisi olmasını, təqdim etdiyi bir ədəd bükülüdə olan maddənin psxotrop maddə olan metafetamin olmasını, 24 avqust 2024-cü il tarixdə axşam saat 22 radələrində Yasamal rayonunun, Kaktus restoranı yaxınlığında tanımadığı şəxsdən 10 manata əldə etməsini bildirmişdir. 26 avqust 2024-cü il tarixli, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən “cinayət işinin başlanmasının rədd olunması barədə” qərar qəbul edilmişdir. 27 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra Hakimiyyətinin yanında olarkən psxotrop maddə daşımaqda şübhəli kimi saxlanılmış, üzərindən 0, 012 qram metafetamin aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4321 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar edilmiş...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,012 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psxotrop maddə - metafetamindir. Tədqiqatdan sonra marixuanadıtəmiz çəkisi: 0,012 qram; sərf edildi: 0,01 qram; qalıq: 0,002 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli 5846 saylı Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs müayinə zamanı narkamaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkamaniya xəstəliyindən əzab çəkmir. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini cəzasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlindən səmimi peşman olmasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün olduğundan onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 24 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə zalından dərhal azad edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq qalmış 0,002 qram psixotrop maddə olan metafetamin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmə məsrəfi hesab olunan 80 (səksən) manat ekspertiza xərci Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 saat hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar