Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1736/2022 04.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Husən oğlunun iştirakları ilə xx.xx.1957-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 90/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 rayonu Saray qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.1572 ha torpaq sahəsindən həmin torpaq sahəsinin üzərində tikilmiş tikililərdən çıxarılmas və qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin iddiaçı Zərərçəkmiş şəxs qanuni sahibliyinə qaytarılması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə iclasında dindirilmiş Abşeron rayon İcra Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-90/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 rayonu Saray qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.1572 ha torpaq sahəsindən həmin torpaq sahəsinin üzərində tikilmiş tikililərdən çıxarılmas və qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin iddiaçı Zərərçəkmiş şəxs qanuni sahibliyinə qaytarılması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Borclu icra vərəqəsinin icrasından qərəzli şəkildə boyun qaçırmış, icra məmurunun qanuni tələblərinə məhəl qoymamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsinin zərərçəkmiş şəxsə qaytarılmasına heç bir etirazı yoxdur. Lakin, həmin torpaq sahəsinin koordinatlarını dəyişmiş və icra məmuru həmin torpağın mövcud koordinatlarının müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görməmişdir. Həmin koordinatlar DƏDRX tərəfindən müəyyənləşdirilməmişdir. Odur ki, onun əməlində inzibai xəta tərkibinin olmadığını əsas gətirərək hazırki inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Husən oğlu hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını əsas gətirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-90/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 rayonu Saray qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs mülkiyyətində olan 0.1572 ha torpaq sahəsindən həmin torpaq sahəsinin üzərində tikilmiş tikililərdən çıxarılması və qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin iddiaçı Zərərçəkmiş şəxs qanuni sahibliyinə qaytarılması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Abşeron rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli mütəxəssisin dəvət edilməsi haqqında qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-90/2015 saylı, xx.xx.2015-ci il tarixli sənədində göstərilən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs mülkiyyətində 0,1572 ha torpaq sahəsinin yerləşdiyi ərazinin müəyyən olunması ilə bağlı AR ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazı idarəsindən xx.xx.2022-ci il tarixdə saat 16:00-da mütəxəssis dəvət edilməsi və icra sənədində qeyd olunan əraziyə baxış keçirilərək yerinin müəyyən edilməsi qərara alınmışdır. 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilməsi üçün əlaqə nömrəsi qeyd edilmədiyindən əraziyə baxış keçirilməsi mümkün olmadığı qeyd olunmuşdur. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-90/2015 saylı, xx.xx.2015-ci il tarixli sənədində göstərilən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs mülkiyyətində 0,1572 ha torpaq sahəsinin yerləşdiyi ərazinin müəyyən olunmaması səbəbindən onun icrası mümkün olmamışdır. İcra məmuru AR ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazı idarəsindən xx.xx.2022-ci il tarixdə saat 16:00-da mütəxəssis dəvət edilməsi və icra sənədində qeyd olunan əraziyə baxış keçirilərək yerinin müəyyən edilməsini qərara alsada Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilməsi üçün əlaqə nömrəsi qeyd edilmədiyindən əraziyə baxış keçirilməsinin mümkün olmadığı 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur. İcra məmuru Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini müəyyən etmək əvəzinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi onun vəkilini və protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati qaydada tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Husən oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Husən oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1736/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1736/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver