Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1737/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X1 və şikayətçi X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 10 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsi tərəfindən qəbul edilmiş 10 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X3 Abşeron rayonu, Novxanı kəndində olan 0,007 ha yaşayış sahəsində qeydi yaşayış tikinti işləri aparılmaqla torpaq sahəsi təyinatından kənar istifadə olunduğundan İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan X7 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 247.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsi tərəfindən MN №1296149 saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsinin müdir əvəzi X2 tərtib etdiyi İnzibati tənbeh vermə haqqında MN№ ******* qərarında göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndində Bağlar massivində mülkiyyətində olan 0,07 ha yaşavış məntəqələri torpaq sahəsində qeyri-yaşayış tikinti inşa olunması göstərilmişdir. Bildirir ki, onun mülkiyyətində göstərilən ərazidə torpaq sahəsi və yaxud digər daşınmaz əmlak yoxdur. Daha sonra bildirir ki, barəsində qəbul edilmiş inzibati tənbeh etmə haqqında qərardan məlumatı olmayıb və bu barədə İcra Şöbəsinə dəvət edildikdən sonra məlumat almışdır. Göründüyü kimi barəsində tərtib olunmuş inzibati icraata başlanması və inzibati tənbeh vermə barədə qərar inzibati xətanın baş verməsindən 3 ay müddət keşdikdən sonra qəbul olunduğuna görə bu əsassızdır .Ona görədə həmin qəralar ləğv olunmalıdır. Bu səbəbdən hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Belə olan halda, onun əməlində inzibati xəta hadisəsi yoxdur və başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin nümayəndəsi X5 protokolu müdafiə edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 10 may 2022-ci il tarixli MN ******* saylı qərardan görünür ki, Abşeron rayonu Novxanı kəndi ərazisində monitorinq keçirilmiş, monitorinq zamanı həmin ərazidə X7 mülkiyyətində olan 0,07 hektar torpaq sahəsində yaşayış məntəqəsi torpaq sahəsində qeyri-yaşayış tikintinin aparılması, torpaq sahəsinin təyinatına uyğun istifadə olunmaması müəyyən olunmuşdur. Məhkəmədə qərardan şikayət verən C.Babayev tərəfindən verilmiş çıxarışdan görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Abşeron rayonu Novxanı kəndində olan torpaq sahəsinin mülkiyyətçisi X4r. İş materiallarında olan 1 saylı Bakı Ərazi dairəsindən X6 verilmiş arayışdan görünür ki, X3 adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmədə müəyyən edilmişdir ki, barəsində protokol tərtib olunan şəxsin mülkiyyətində torpaq sahəsi yoxdur. Ona görə də məhkəmə hesdab edir ki, qərar ləğv edilmli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinə göndərilməlidir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-in 247.1ci maddəsi ilə təqsirli bilinib, 300 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X7 barəsində qəbul edilmiş 10 may 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar ləğv edilsin və yenidən araşdırlması üçün qərarı qəbul etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron ərazi şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1737/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1737/2022
09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver