Məhkəmə qərarları › İş №3(012)-1739/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1739/2022

22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1739/2022 22.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi Vəkil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 noyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Bas İdarəsindən daxil olmuş 1000-154/150- 25/018849 nömrəli xx.xx.2022-ci il tarixli məktubun icrası ilə əlaqədar bildiririk ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına Türkiyə Respublikasından daxil olmuş yüklər **********0991, **********6892, **********0258 və **********6924 sorğu nömrəli gömrük bəyannamələri üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilən malın adında sübhə yarandığından, XİFMN kodunun müəyyən edilməsi məqsədilə X4 İdarəsinə müraciət olunduğu, aidiyyəti üzrə 31NBA15/31NBA16, 31MAJ79/31NM270, 31NFP06/31NFP07 və 31 N6631/31 N6632 nömrəli nəqliyyat vasitələri malın baxışa təqdim edilməsi mümkün olmadığı üçün öhdəlik və ərizə yazılaraq yerinə buraxıldığı, X4 İdarəsindən daxil olan məktublara əlavə olunaraq BBGİvə göndərilmiş ekspert rəylərinə əsasən əlavə gömrük ödənişləri yarandığı, lakin öhdəliyin tələbləri yerinə yetirilmədiyi qeyd edilmişdir. ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində aparılan araşdırma ilə əlaqədar olaraq həmin MMC-və ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1400-013/0xx-xx/001025 saylı məktubla şirkətin səlahiyyətli nümayəndəsi Bakı Bas Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə dəvət olunmuşdur. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı **********0991, **********6892, **********0258 və **********6924 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən malların X4 İdarəsindən alınmış rəylərdə göstərilən XİFMN üzrə müvafiq kod altında sinifləsdirildivi təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə Şəxs tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə (hər bir bəyannamə üzrə ayrı-ayrılıqda) Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/003395 nömrəli.xx.xx.2022-ci il tarixli raportla sorğu verilmişdir. Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən sorğuya cavab olaraq Təhqiqat şöbəsinə daxil olmuş 34/012/003813 saylı, xx.xx.2022-ci il tarixli raporta əsasən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği aşağıda göstərilən qaydada müəyyən edilmişdir. **********0258-idxal vergisi üzrə-4169.76 AZN, ƏDV üzrə-13481.89 AZN **********0991-idxal vergisi üzrə-4107.79 AZN, ƏDV üzrə-11948.10 AZN **********6924idxal vergisi üzrə-1701.07 AZN, ƏDV üzrə- 7717.01 AZN **********6892-ƏDV üzrə- 10839.22 AZN. Həmçinin, aparılan araşdırma zamanı Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X5 izahatı alınmışdır. X10 izahatında nümayəndəsi olduğu Şəxs MMC-nin xx.xx.2021-ci il tarixdə vergi orqanında dövlət qeydiyyatına alındığını, MMC-nin direktoru doğma oglu X14 oglu olduğunu, Cəmiyyətin əsas fəaliyyətinin iri buynuzlu malların saxlanılmasından ibarət olduğunu qeyd etmişdir. X17 oglu bildirmişdir ki, Şəxs MMC Türkiyə Respublikasının “X18 X24.Mak.İns. San ve Tic.LTD.ŞTİ” şirkəti ilə bağlanmış TR/QT-1 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə əsasında ümumi dəyəri təxmini 410000 manat iri buynuzlu malların təsərrüfatda saxlanılması üçün avadanlıqlar 2021-ci ilin sentyabr və oktyabr avlarında 31NBA15/31NBA16, 31MAJ79/31NM270, 31NFP06/31NFP07 və 31 N6631/31 N6632 nömrəli nəqliyyat vasitələri ilə idxal edilmişdir. X16 gömrük postundan daxil olmaqla ölkə ərazisinə gətirilmişdir. Mallara dair mal-müşayiət sənədləri, yəni invovs sənədi, qarşı tərəflə bağlanan müqavilə, cmr sənədi, mənşə sertifkatı və və s. sənədlər elektron poçt vasitəsilə göndərilib. Tərəflərindən gömrük bəyannaməsi tərtib edilməsi üçün "xxxx" MMC ilə 050/21 nömrəli 31 avqust 2021-ci il tarixli gömrük təmsilçiliyi üzrə xidmət göstərilməsi barədə müqaviləsi bağlanmışdır. Mal müşayiət sənədləri və ixrac bəyannaməsi broker şirkətinə təqdim edilərək, Şəxs MMC-nin adından, MMC-nin mənafeyi üçün "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə **********0258 sorqu nömrəli, xx.xx.2021-ci il tarixdə **********0991 sorqu nömrəli, xx.xx.2021-ci il tarixdə **********6924 sorğu nömrəli və **********6892 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Bəyannamələr mal- müşayiət sənədləri əsasında tərtib edilmişdir. Bəyannamə sənəd məmuru tərəfindən emal edilərkən, malların XİF MN kodu müəyyən edilməsi üçün X4 İdarəsinə müraciət edilmiş, alınmış cavab rəyinə əsasən idxal edilən avadanlıqların bəziləri kənd təsərrüfatı məhsulları hesab edilmir və ümumi olaraq dörd gömrük bəyannaməsi ilə əlavə gömrük ödənişləri yaranır. X11 izahatının davamında qeyd etmişdir ki, 31NBA15/31NBA16, 31MAJ79/31NM270, 31NFPQ6/31NFP07 və 31 N6631/31 N6632 nömrəli nəqliyyat vasitələri idxal etdikləri mallar kənd təsərrüfatı təyinatlı olaraq iri buynuzlu malların saxlanılması üçün nəzərdə tutulmuşdur, su vannası(sululuq), ventilyatorlar və rezin döşəklər istisna olmaqla digər mallara görə vergi və rüsumlar tutulmamalıdır. Lakin hər bir bəyannamə üzrə müəyyən gömrük ödənişləri ödənilmişdir. Malların buraxılışına dair Şəxs MMC tərəfindəb Bakı Bas Gömrük İdarəsinə ərizə(öhdəlik) müraciət edilmişdir. İdxal etdikləri avadanlıqlar Şəxs MMC-və məxsus Abşeron rayonu Güzdək $TQ, Hevdərov(Güzdək qəsəbəsi) fermada quraşdırılmışdır. Malların XİF MN kodları hər bir invoysda göstərilmişdir. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 düzgün qeyd olunması ilə əlaqədar nə onun, nə bəyannaməni tərtib etmiş dolayı təmsilçinin, nə də şirkətin heç bir əməkdaşının təqsiri olmamışdır. Çünki malların kodunu ixracatçı müəyyən edərək sənədlər tərtib edir, bu sənədlər əsasında xarici ölkənin mənşə sertifikatı verən orqanı müvafiq sertifikat verir, hətta xarici dövlətin gömrük orqanı ixrac bəyannaməsini emal edir və bundan sonra ölkədən çıxarılmasına icazə verir. Ona görə də həmin sənədlərin mötəbərliyinə sübhə etmədiklərini və orada yazılan kodlar əsasında malları bəyan etdiklərini bildirmişdir. Malların fərqli kod altında sinifləsdirilməsi nəticəsində yaranan əlavə gömrük ödənişlərinin ödənilməsi ilə bağlı verilən suala cavab olaraq X17 oglu yaranan əlavə gömrük ödənişlərinin ödəmək niyyətlərinin olmadığını bildirmişdir. 09 mart 2022-ci il tarixdə Abşeron rayonu, Güzdək ŞTQ, Hevdərov köhnə qoyunçuluq sovxozunun yanı ünvanında qeydiyyatda olan Şəxs rəhbərliyinə 1400-013/0xx-xx/001453 nömrəli məktubla Şəxs tərəfindən 4 gömrük bəyannaməsi üzrə ümumilikdə 53964,84(əlli üc min doqquz yüz altmış dörd manat 84 qəpik) manat məbləğində əlavə ödənilməli olan gömrük ödənişləri barədə bildiriş göndərilmişdir. Aparılan araşdırma ilə əlaqədar Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X6 11 mart 2022-ci il tarixdə yenidən izahatı alınmışdır. MMC-nin nümayəndəsinə təqdim olunan 09 mart 2022-ci il tarixli, 1400- 013/0xx-xx/001453 saylı bildirişdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 4 gömrük bəyannaməsi üzrə ümumilikdə 53964,84(əlli üç min doqquz yüz altmış dörd manat 84 qəpik) manat məbləğində əlavə gömrük ödənişlərinin ödənilməli olduğunu və qeyd olunan 4 gömrük bəyannaməsi üzrə ödənilməli olan gömrük ödənişlərini ödəyib-ödəməmələri barədə sual verilmişdir. Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi cavab olaraq Şəxs MMC tərəfindən ölkə ərazisinə idxal olunan avadanlıqların bilavasitə kənd təsərrüfatı təyinatlı olduğu üçün vergi və gömrük qanunvericilyinin tələblərinə uyğun olaraq həmin avadanlıqlara görə gömrük ödənişlərini ödəməli olmadıqlarını və belə bir niyyətlərinin olmadıqlarını bildirmişdir. 14 mart 2022-ci il tarixdə araşdırma zərurəti ilə əlaqədar X8 İdarəsinin Ekspress diaqnostik tədqiqat bölməsinin rəisi vəzifəsində işləyən X9 izahatı alınmışdır. Tədqiqatı aparan ekspert X23 oqlu izahat verərək bildirmişdir ki, Bakı Bas Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasında qeydiyyatda olan “X18 X24. Mak.İns.San ve Tic.LTD. Sti" şirkətindən 31NBA15/31NBA16, 31MAJ79/31NM270,31NFP06/31NFP07, 31 N6631/31 N6632 nömrə nişanlı avtomaşınlarla daxil olmuş və **********0258, **********0991, **********6924, **********6892 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən malların XİFMN üzrə kodunun müəyyənləşdirilməsi üçün 02 oktyabr 2021-ci il tarixli, 1400-012/0xxxx/006706 saylı, 13 oktyabr 2021-ci il tarixli, 1400-012/0xx-xx/007028 və 1400- 012/0xx-xx/0067032 saylı sorğular daxil olmuşdur. Qeyd olunan sorğularda malların XİF MN üzrə təsnifat kodunun və Vergi Məcəlləsinin 164-cü maddəsinə aid olubolmamasının müəyyən edilməsi sorusulmuşdur. Həmin məktublar üzrə 15 oktyabr 2021-ci il tarixdə Şəxs MMC-nin yerləşdiyi fermada mallara tərəfimdən Şəxs MMC-nin nümayəndələrinin iştirakı ilə bütün mal mövqeləri üzrə baxış keçirilmişdir. xx.xx.2021 -ci il tarixli, 2005-2701 nömrəli invovs üzrə 1-ci mal mövqeyində qevd olunan “Markim’’ markalı mallar yığılmamış halda avtomatik süd sağım sistemi, 2-ci və 3-cü mal mövqeyində 1000 və 5000 litr həcmli soyuducu(R404A) qurğusu olan süd soyutma üçün tutumlar, 4-cü mal mövqeyində “MARKİM” makalı qara metaldan heyvanlar üçün 75 litr həcmli su qabı olduğu müəyyən edilmişdir. 2005-2701 nömrəli çəki vərəqi üzrə 1ci mal mövqeyində “MARKİM” markalı süd isitimə avadanlığı, 2-ci mal mövqedə “Toinak” markalı iribuynuzlu heyvanlar üçün tərəzi, 3-cü mövqedə heyvanların dırnaqlarının müayinəsi üçün təkərli masa, 4-cü mövqedə “Markim” markalı traktora qosula bilən gübrə qarışdıran qurqu, 5-ci mövqedə fermalarda istifadə olunan ventelvator, 6-cı mövqedə buzovların saxlanılması üçün plastikdən məmulatlar, 7-ci mövqedə qara metaldan heyvanlar üçün yem kilid dəsti olduğu müəyyən edilərək XİF MN üzrə sinifləşdirilmişdir. xx.xx.2021-ci il tarixli, 2005-2701 nömrəli invovsun 1-ci mal mövqeyində avtomatik peyin sıyırıq qurqu, 2-ci mal mövqeyində “MARKİM” markalı 240 litr həcmli heyvanlar üçün su qabı, 3-cü mal mövqeyində qara metaldan heyvanlar üçün yem kilid dəsti, 4-cü mövqedə qara metaldan heyvanların saxlanılması üçün baryer olduğu müəyyən edilərək XİF MN üzrə sinifləşdirilmişdir. xx.xx.2021-ci il tarixli, SHY**********084 nömrəli invovs üzrə 1-ci mal mövqeyində qevd olunan “MARKİM” markalı avtomatik fırça, 2-ci mal mövqeyində ventilyator, 3-cü mal mövqeyində ölçüləri 110x190 sm olan rezindən lövhələr, 4-6-cı mal mövqeyində gücü 7.5kvt və 15 kvt olan nasoslar, 7-ci mövqedə “İzelmak” markalı, tipi SX120-TK, həcmi 12 kubmetr olan traktora qosula bilən yem qarışdırıcı və paylayıcı avadanlıq olduğu müəyyən edilərək XİF MN üzrə sinifləşdirilmişdir. xx.xx.2021-ci il tarixli, 1400-012/0xx-xx/006706 saylı, məktuba 22 oktyabr 2021-ci il tarixdə 2200-017/0xx-xx/005462 nömrəli, 13 oktyabr 2021-ci il tarixli, 1400-012/004- 25/007028 saylı məktuba 21 oktyabr 2021-ci il tarixdə 2200-017/0xx-xx/005423 nömrəli. 13 oktyabr 2021-ci il tarixli, 1400-012/0xx-xx/0067032 saylı məktuba 21 oktyabr 2021-ci il tarixdə 2200-017/0xx-xx/005422 nömrəli, rəylərlə cavab verilmişdir. Verilən bu rəylərə əsasən xx.xx.2021-ci il tarixli, 2005-2701 nömrəli invovsun yalnız 1-ci mal mövqeyində olan “MARKİM” markalı yığılmamış halda avtomatik süd sağım sistemi X12 azaddır. Həmin invoysda qeyd olunan digər mallar X12 azad deyil. xx.xx.2021-ci il tarixli, 2005- 2701 nömrəli çəki vərəqi üzrə 1-ci mal mövqeyində “MARKİM” markalı süd isitimə avadanlığının idxal rüsum dərəcəsi 0% dərəcəsindən 5 % dərəcəsinə dəyişmişdir. Həmin çəki vərəqinin 3-cü mal mövqeyində qevd olunan heyvanların dırnaqlarının müayinəsi üçün təkərli masanın kodu dəyişdiyi üçün idxal rüsum dərəcəsi 0% dərəcəsindən 15% dərəcəsinə dəyişmişdir. xx.xx.2021-ci il tarixli, 2005-2701 nömrəli çəki vərəqinin yalnız 4-cü mal mövqeyində olan “MARKİM” markalı gübrə qarışdıran qurğu X12 azaddır. Həmin çəki vərəqində qevd olunan digər əlavə dəyər vergisinə cəlb olunurlar. xx.xx.2021-ci il tarixli, 2005-2701 nömrəli invoysun 1-ci mal mövqeyində olan avtomatik peyin sivirıcı qurğu ƏDV-dən azaddır, 2-ci və 3-cü mal mövqeləri üzrə idxal olunan mallar ƏDV-dən azad deyil. xx.xx.2021-ci il tarixli, SHY**********084 nömrəli invoysun 7-ci mal mövqeyi üzrə idxal olunan “İzelmak” markalı tipi SX120-TK, həcmi 12 kubmetr olan traktora qosula bilən yem qarışdırıcı və paylayıcı avadanlıq X12 azaddır və kənd təsərrüfatı təyinatlıdır. SHY**********084 nömrəli invovsun 1-ci mal mövqeyində qeyd olunan “MARKİM” markalı avtomatik fırçaların və 3-cü mal mövqeyində qeyd olunan ölçüləri 110x190 sm olan rezindən lövhələrin faiz dərəcələri 0 % dərəcəsindən 15% dərəcəsinə dəyişilmişdir. Şəxs MMC tərəfindən **********0991, **********6892, **********0258 və **********6924 sorğu nömrəli gömrük bəyannamələrində qeyd edilən mallara görə ƏDV üzrə ödənilməli olan 43986,22(qırx üç min doqquz yüz səksən altı manat 22 qəpik) manat, idxal vergisi üzrə 9978,62(doqquz min doqquz yüz yetmiş səkkiz manat 62 qəpik) manat 4 gömrük bəyannaməsi üzrə ümumilikdə 53964,84(əlli üç min doqquz yüz altmış dörd manat 84 qəpik) manat məbləğində əlavə gömrük ödənişlərini ödənilməsi məqsədi ilə 09 mart 2022-ci il tarixdə 1400- 013/0xx-xx/001453 nömrəli məktubla bildirişlər göndərilmiş, lakin, Şəxs MMC tərəfindən 53964,84 manat məbləğində gömrük ödənişlərinin ödənilməsi təmin edilməmişdir. Araşdırma zamanı ‘‘Güzdək Ferma” MMC tərəfindən **********0991, **********6892, **********0258 və **********6924 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən mallara görə ödənilməli olan 53964,84 manat məbləğində gömrük ödənişlərinin ödənilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci maddəsinə əsasən, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma, yəni ödənilməmiş gömrük ödənişlərinin məbləği iyirmi min manatdan yuxarı, lakin, iki yüz min manatdan artıq olmayan məbləğ həmin cinayətin tərkib əlamətlərini yaratdığından, cinayət hadisəsinin törədilməsinə dair kifayət qədər əsaslar və səbəb mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci maddəsində göstərilən əməlin törədildiyi nəzərə alınaraq aşkar olunan fakt üzrə toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Bas İdarəsinə göndərilməsi barədə 16 mart 2022-ci il tarixdə müvafiq qərar qəbul edilmiş və toplanmış material 1400-013/0xx-xx/001645 nömrəli 16 mart 2022-ci il tarixli məktubla aidivvatı üzrə göndərilmişdir. Lakin, qevd olunan material Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsindən ötrü 1000-154/1xx-xx/018849 nömrəli xx.xx.2022-ci il tarixli məktubla geriyə qaytarılmışdır. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş 1000-154/1xx-xx/018849 nömrəli xx.xx.2022-ci il tarixli məktubun icrası ilə əlaqədar Bakı Bas Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində aparılan 34/013/024976 nömrəli raport üzrə 00100- 2252/22 saylı inzibati xəta haqqında işin araşdırılması zamanı, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X20 X25.Mak.İnş. San ve Tic.LTD.Şti” şirkətindən daxil olmuş və **********0258. **********0991. **********6924 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən malların Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq-Bas İdarəsi. İstintaq və Təhqiqat İdarəsi, İstintaq Şöbəsinin cinayət isi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən ‘‘Güzdək Ferma” MMC tərəfindən 3 gömrük bəyannaməsi üzrə ümumilikdə 9978,62(doqquz min doqquz yüz yetmiş səkkiz manat 62 qəpik) manat məbləğində idxal gömrük rüsumu üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği aşağıda göstərilən qaydada müəyyən edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Şəxs MMC-nin nümayəndəsi Vəkil inzibati xətanı qəbul etmədi və bildirdi ki, protokolda qeyd olunan məbləğlə razı deyillər, mal gömrüyə daxil olarkən gəlir vergisi hesablanmaqla ödənilmişdir, sonradan gömrük orqanı öz daxili eskpertiza rəyinə əsasən gəlir vergisini yenidən hesablamışdır. Hazırda onlar gəlir vergisinin düzgün hesablanmaması ilə bağlı Sumqayıt İnzibati məhkəməsinə müraciət etmişlər. Güman ki orada mühasibatlıq ekspetizası təyin ediləcək. Ona görə də BBGİ-keçirdiyi ekspert rəyi ilə razı deyil və Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Ekspertiza İdarəsində verginin yenidən hesablanmasını xahiş edir. Bildirir ki, əgər digər məhkəmədə gəlir vergisinin düzgün hesablanmaması müəyyən edilərsə, hazırki inzibati xətanın da hüquqi əsası olmayacaqdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək və ekspertizanın keçirilməsinə etiraz etdi. Məhkəmədə iş üzrə ekspert qismində dindirilmiş X15 iş materiallarında olan ekspert rəyini müdafiə etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, "GÜZDƏK FERMA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən idxal edilmiş və xx.xx.2021-ci il tarixli **********0258 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********0991 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli **********6892 sorğu nömrəli və xx.xx.2021-ci il tarixli **********6924 sorğu nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş "avtomatik peyin sıyırıcı qurğu , qara metaldan heyvanlar üçün yem kilid dəsti”, “qara metaldan heyvanların saxlanılması üçün bariyer (yataq duraq dəmir dəsti)”, “heyvanlar üçün su qabı”, rezin örtük, “markim” markalı heyvanlara qulluq üçün avtomatik fırçalar”, "ventilyator (havalandırma pəri)”, '7.5 kw və 15 kw elektrik gərginliyinə hesablanmış nasoslar”, “İzelmak” markalı traktora qoşula bilən yem qarışdırıcı və paylayıcı avadanlıq”, “Markim” markalı yığılmamış halda avtomatik süd sağım sistemi, "1000 və 5000 litr həcmli soyuducu qurğusu olan süd soyutma üçün tutumlar (çənlər)”, “Markim” markalı qara metaldan heyvanlar üçün 75 litr həcmli su qabı”, “Markim” markalı süd isitmə avadanlığı”, “Toinak” markalı iri buynuzlu heyvanlar üçün tərəzi”, “heyvanların dırnaqlarının müayinəsi üçün təkərli masa”, “Markim” markalı traktora qoşula bilən gübrə qarıştıran qurğu" və “buzovların saxlanılması üçün plastikdən məmulatlar” adlı mal və avadanlıqlar bilavasitə kənd təsərrüfatı təyinatlı olduqları təsdiq olunmuşdur. İş materialları ilə o da sübuta yetirilmişdir ki, “Güzdək Ferma“ MMC tərəfindən malların bəyan edildiyi 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində qüvvədə olan Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq olunmuş malların ƏDV-dən azad olunduğu nəzərdə tutulmuşdur. Bununla da, “Güzdək Ferma“ MMC tərəfindən idxal edilmiş və 2021 -ci ilin sentyabr və oktyabr ayları ərzində bəyan edilmiş sözügedən mal və avadanlıqların 2022-ci ilin 1 yanvar tarixinə qədər qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə uyğun olaraq X12 (ƏDV-dən) azad olduqları müəyyən edilmişdir.İş üzrə Bakı Baş Gömrük İdarəsindən daxil olmuş təhqiqat materialları və raportlarla “Güzdək Ferma“ MMC tərəfindən bəyan edilmiş sözügedən mal və avadanlıqlara dair əlavə ödənilməli olan gömrük ödənişlərinin məbləği-əlavə dəyər vergisi üzrə 43986,22 manat, idxal gömrük rüsumları üzrə 9978,62 manat olmaqla, ümumilikdə, 53964,84 (53 min 964 manat 84 qəpik) manat təşkil etmişdir. Toplanmış sübutlarla “Güzdək Ferma" MMC tərəfindən bəyan edilmiş sözügedən mal və avadanlıqlara dair hesablanmış 43986,22 manat X12 cəmiyyətin azad olunduğu müəyyən edildiyindən, əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumları üzrə 9978,62 manat təşkil etmişdir. Lakin qeyd olunan əməldə cinayət yox inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir İş materiallarında olan X8 İdarəsindən verilmiş 2200-013/003- 25/005423 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş ekspertiza rəyində **********0258 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 1 -ci mal mövqeyində qeyd olunan “X13“ (avtomatik peyin sıyırıcı qurğu), 2200- 013/0xxxx/005422 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş ekspertiza rəyində **********0991 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 7-ci mal mövqeyində qeyd olunan “Yem Karma ve Dağıtma Römorku 12M Y-A” (“İzelmak” markalı traktora qoşula bilən yem qarışdırım və paylayıcı qoşqu), 2200- 017/0xx-xx/005462 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əlavə olunmuş ekspertiza rəyində **********6892 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 1 -ci mal mövqeyində qeyd olunan "X22 Sistemi” (“Markim” markalı avtomatik süd sağım sistemi) və **********6924 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2021-ci il tarixli invoysun 4- cü mal mövqeyində qeyd olunan “X21 Gübre Karıştırma makınesinin” (“Markim" markalı traktora qoşula bilən gübrə qarışdıran qurğunun) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164-cü bəndinin 164.1.34-cü yarımbəndinə aid olduqları yəni, X12 (ƏDV-dən) azad olduqları qeyd olunmuşdur. Geri qalan malların isə kənd təsərrüfatı təyinatlı olmadıqları göstərilmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 İdarəsinin əməkdaşı Əli Abbasov izahat və ifadələrində idxal olunmuş malların kənd təsərrüfatı təyinatlı olduqları yaxud kənd təsərrüfatı təyinatlı olmadıqlarını həmin malların həm kənd təsərrüfatında həm də digər sahədə istifadə edilə bilməsi ehtimalı əsasında yuxarıda göstərilən qaydada arayış verdiyini bildirmişdir. Bundan başqa, iş materiallarından görünür ki, X8 idarəsi tərəfindən verilmiş arayışlarda qeyd olunan mal və avadanlıqların bir hissəsinin kənd təsərrüfatı təyinatlı olduqları, qalan hissəsinin isə kənd təsərrüfatı təyinatlı olmadıqları göstərilmişdir. X8 İdarəsinin arayışlarını tərtib etmiş və müvafiq rəy vermiş əməkdaşı Əli Abbasov izahat və ifadələrində idxal olunmuş malların kənd təsərrüfatı təyinatlı olduqları yaxud kənd təsərrüfatı təyinatlı olmadıqlarını həmin malların həm kənd təsərrüfatında həm də digər sahədə istifadə edilə bilməsi ehtimalı əsasında yuxarıda göstərilən qaydada arayış verdiyini bildirmişdir. Lakin, istintaq zamanı idxal olunmuş sözügedən mal və avadanlıqların digər sahədə istifadəsi yaxud satış məqsədilə gətirilməsi öz təsdiqini tapmamış, bilavasitə kənd təsərrüaftında istifadə məqsədilə fermada quraşdırıldığı və istifadə olunduğu müəyyən edilmişdir. İş materiallarında olan 12 oktyabr 2022 -ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla Şəxs MMC barəsində Azərbaycan Respbulikası CM-nin 209.1 -ci maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respbulikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi,Şəxs MMC-nin əməlində az miqdarda gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə bağlı İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan, müvafiq sənədlərin surətləri ayrılaraq inzibati tənbeh tətbiq edilməsi üçün aidiyyəti üzrə təhqiqat orqanına- BBGİ-nin Əməliyyat və Təhqiqat idarəsinə göndərilməsi qərara alınmışdır. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində protokol tərtib olunan şəxsin nümayəndəsinin izahatını iş materiallarında olan ekspert rəyləri və protokollarla təkzib olunduğundan əsaslı və inandırıcı hesab etmir. Bundan başqa məhkəmədə barəsində protokol tərtib olunan şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeydinə əsasən gəlir vergisinin ödənilməsi təklif olunmuşdur. Lakin Şəxs MMC-nin nümayəndəsi gəlir vergisini ödəmək niyyətində olmadıqlarını bildirmişdir. Ona görə də məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, iş materiallarında olan sübutları və hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinin 70 faizi məbləğində cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraqməhkəmə, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək gəlir vergisinin 70 faizi məbləğində, yəni 6985,04 (altı min doqquz yüz səksən beş manat dörd qəpik) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar