Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-174/2025 03.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 3(012)-174/2025 nömrəli qərarı ilə icraata xitam verilmişdir, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli “İnzibati xəta haqqında işin baxılmağa hazırlanması” qərardadı və 16 yanvar 2025-ci il tarixli, 3(012)-174/2025 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs 1600 manat məbləğində ödənişlər edilsədə icra məmuru tərəfindən həmin ödənişlər nəzərə alınmamış və icra qeydi ilə tutulması nəzərdə tutulmuş 14152(on dörd min yüz əlli iki) manat məbləğində borcun tamamının ödənilməməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Bakı şəhəri 19 saylı Notariat kontorunun 8İ-3141 nömrəli xx.xx.2018-ci il tarixli icra qeydi üzrə borcun məbləği dəqiq müəyyən edilməmiş,ödənilmiş məhkəmədən kənar 1600 manat məbləğində vəsait borcdan çıxılmamış və inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə uyğun tərtib edilməmişdir. Bundan başqa icra məmuru zəruri icra tədbirləri görüldüyünü, Şəxs adına heç bir əmlak aşkar edilmədiyini bildirsədə iş materiallarında olan EMİS-dən çıxarışdan, Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərarından və borclunun əmlakının axtarılması barədə 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs məxsus “Mercury Mariner” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan olunmaqla cərimə meydancasına yerləşdirilməsi qərara alınmış və həmin Qərar icra edilməsi üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Göründüyü kimi borcluya məxsus sözügedən avtomobilin üzərinə həbs qoyulsa da icra məmuru tərəfindən qərarın icra vəziyyəti ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Bakı şəhəri 19 saylı Notariat kontorunun 8İ-3141 nömrəli xx.xx.2018-ci il tarixli icra qeydi üzrə borcun məbləği dəqiq müəyyən edilməli, ödənilmiş məhkəmədən kənar vəsaitlər borcdan çıxılmalı, borclunun avtomobili üzərinə qoyulmuş həbs qərarının icra vəziyyəti öyrənilməlidir Bu səbəbdən də həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və topanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Abşeron rayon İcra və probasiya şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Abşeron rayon İcra və probasiya şöbəsinə qaytarılsın. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-174/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-174/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver