Məhkəmə qərarları › İş №3(012)-1746/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1746/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1746/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Sumqayıt regional Ədliyyə Şöbəsinin nümayəndəsi X4 və Abşeron rayonu, Masazır Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 549.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 549.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Sumqayıt regional Ədliyyə Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri Şəxs vətəndaş Validə Ağamalıyevanın müraciətinin araşdırılması üzrə çağırışlara gəlməkdən imtina edir, izahat verməkdən yayınır və tələb olunan arayışı təqdim etməməklə qərəzli olaraq müraciətin araşdırılmasına maneçilik törədilir. Əvvəlki məhkəmə proseslərində iştirak etmiş Abşeron rayonu, Masazır Bələdiyyəsinin nümayəndəsi inzibati xətanın olmasını qəbul etmədi və bildirdi ki, qeyd olunan məsələ ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılmış və Sumqayıt regional Ədliyyə Şöbəsinə bu barədə yazılı məlumat verilmişdir. Sumqayıt regional Ədliyyə Şöbəsinin nümayəndəsi X7 protokolla eyni məzmunlu izahat verdi və protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXMnin 549.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan İş materiallarında olan Masazır kənd bələdiyyəsindən Sumqayıt regional Ədliyyə Şöbəsinə ünvanlanan məktubdan görünür ki, Masazır kənd bələdiyyəsinin sədri Şəxs Masazır bələdiyyəsinin binasında X6 və əri Ağamalı Ağamalıyevi təhqir etməsi, bələdiyyənin əməkdaşlarının onları itələyərək dəhlizə çıxarmaları və sair barədə müraciəti əsasında Abşeron rayon prokurorluğunda toplanmış material üzrə aparılan araşdırma başa çatmışdır. Aparılmış araşdırma zamanı Masazır kənd bələdiyyəsinin sədri Rüfət X1 və əri Ağamalı Ağamalıyevi təhqir etməsi, bələdiyyə işçilərinin onları itələyərək dəhlizə çıxarmaları barədə müraciəti və izahatında göstərilənlər öz təsdiqini tapmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Sumqayıt regional Ədliyyə Şöbəsinin Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri Şəxs ünvanlandığı müraciətdən görünür ki, X3 bələdiyyə sədri Şəxs onun təhqir etməsi ilə əlaqədar Sumqayıt Regional Ədliyyə idarəsinə daxil olmuş müraciətinin araşdırılması üçün xx.xx.2022-ci il tarixdə idarənin inzibati binasına dəvət edilmiş, müraciəti üzrə izahatı alınmış və izahatında Kəlbəcər Rayon məktəbinin yanında məktəb üçün ayrılmış 42 sot torpaq sahəsinin Masazır bələdiyyəsi tərəfindən qanunsuz satılmasını bildirmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixli, 05/1547 saylı məktubla sizə müraciət olunaraq Sumqayıt Regional Ədliyyə İdarəsinə gəlməyiniz bildirilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Sumqayıt Regional Ədliyyə idarəsinə gəlmədiyindən və təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli arayışda işin halları ilə bağlı ətraflı məlumat verməməsiniz. Nəticədə müraciətin ətraflı araşdırılması mümkün olmamışdır. Təkrar müraciət edilərək məktubu aldığı tarixdən 2 gün müddətinə Sumqayıt Regional Ədliyyə İdarəsinə gəlməsi bildirilir. Əks təqdirdə barənizdə İXM-nin 549.1-ci maddəsi üzrə məhkəməyə müraciət olunacaqdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəlləilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin tələblərinə əsasən, Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri Şəxs vəzifəli şəxsdir. Buna görə də o, vəzifəli şəxs kimi inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən, Abşeron rayonu, Masazır Bələdiyyəsinin sədri Şəxs törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Abşeron rayon Masazır Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 549.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ ___________________________________________________________________ _ AZ 0100, Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5 Telefon: (+994 12) 342 07 07; faks: (+994 12) 342 11 44; e-mail: mailto:court@azdata.netElektron ünvan xx.xx.2022-ci il № 3(012)-1555/2022 Sumqayıt regional Ədliyyə Şöbəsinə Abşeron rayonu, Masazır Bələdiyyəsinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti _______ vərəqədə Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar