Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1747/2022 01.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X11 katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişləri X6 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs "xxxx" firmasının direktoru X7 Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə xx.xx.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" firmasının direktoru X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin 23 may 2022-ci il tarixli MN ******* salı inzibati tənbeh vermə haqqında Qərarı ilə o, inzibati xəta törətməkdə,Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəmdə inzibati iş başlanmış və sözügedən qərar ilə 5000 manat məbləğində cərimə olunmuşdur. O, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati iş başlanmış X13 xx.xx.2019-cu il tarixdən daxili əmrlə "xxxx" Firmasının direktoru kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 23 may 2022-ci il tarixli MN ******* saylı qərarın və protokolun tərtib olunmasına səbəb vaxtı ilə "xxxx" firmasında çalışmış vətəndaş X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işə cəlb olunması olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət etmiş və bildirmişdir ki, guya onunla əmək müqaviləsi bağlamadan onu "xxxx" Firmasında işə cəlb ediblər, o işdə olarkən xəsarət alıb, çalışdığı müəssisə ona xəstə oluduğu müddətə dair bülleten pulunu ödəməmiş və s. Belə ki, şikayətçi X4 ərizəsinin surətindən görünür ki, ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət etmiş , ərizə aidiyyatı üzrə X9 Xidmətinin Sumqayıt Reqional Ərazi Şöbəsinə baxılması üçün göndərilmiş, ərizə Sumqayıt Regional Ərazi Şöbəsinin icraatına xx.xx.2022-ci il tarixində daxil olmuş və icraata başlanmışdır. 17 may 2022-ci il tarixində MN ******* saylı Protokol tərtib olunmuş, 23 may 2022-ci il tarixində MN ******* saylı Qərar qəbul edilmişdir. Onun barəsində inzibati xəta haqqında X9 Xidmətinin Sumqayıt Regional Şöbəsində icraat aparılsa da, o, iş üzrə icraata dəvət olunmamışdır, bu barədə məlumatlandırılmamışdır, bu səbəbdən də protokolu imzalamamış, iş materialları ilə onu tanış etməmişlər. X12 Xidmətinin Sumqayıt Regional Şöbəsi həmin şikayət əsasında da rəhbəri olduğu "xxxx" Firması barəsində də protokol tərtib etmişlər və baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərmişlər. Firmasının 20000 manat cərimə cəzası ilşə cəzalandırılması qərara alınmışdır. Qərardan onlar narazı olduqları üçün şikayət etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron rayon Məhkəməsinin Qərarını protokol tərtib olunarkən müddətin ötürülməsi əsasları ilə ləğv etmiş, inzibati işin icraatına xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılarkən X9 Xidmətinin Sumqayıt Regional Şöbəsinin nümayəndəsi hazırki, qərarın surətini məhkəməyə təqdim edərkən ona məlum olmuşdur ki, barəsində 23 may 2022-ci il tarixində qeyd olunan protokol və qərar qəbul edilmişdir. Lakin qeyd etmək istəyir ki, ona qeyd olunan qərarın surəti təqdim olunmamış və göndərilməmişdir. Məhkəmə baxışında X12 Xidmətinin Sumqayıt Regional Şöbəsinin nümayəndəsi ona qeyri rəsmi olaraq vermişdir. Təqdim etdiyi sənədlərin surətindən görünür ki, şikayətçi X4 ərizəsinin surətindən görünür ki, ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət etmiş, ərizə baxılması üçün aidiyyatı üzrə X9 Xidmətinin Sumqayıt Reqional Ərazi Şöbəsinə baxılması üçün göndərilmiş, ərizə Sumqayıt Reqional Ərazi Şöbəsinin icraatına xx.xx.2022-ci il tarixində daxil olmuş və icraata başlanmışdır. Bundan 45 gün sonra 17 may 2022-ci il tarixində MN ******* saylı Protokol tərtib olunmuş, 50 gün sonra 23 may 2022-ci il tarixində MN ******* saylı Qərar qəbul edilmişdir. Qanunvericiliyin tələblərinin pozulması ilə tərtib olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin 17 may 2022-ci il tarixli MN ******* saylı protokolu və 23 may 2022-ci il tarixli MN ******* saylı Qərar qanunsuz və əsasız olduğundan məhkəmə qaydasında ləğv olunmalı,barəmdə başlanmış inzibati işin icraatına xitam verilməlidir. Sonda o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin 17 may 2022-ci il tarixli MN ******* saylı protokolunun və 23 may 2022-ci il tarixli MN ******* saylı Qərarın və ondan irəli gələn nəticələrin ləğv olunması, barəsində başlanmış inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin baş əmək müfəttişləri X14 bildirdi ki, vətəndaş X4 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə ünvanladığı müraciətinə aidiyyəti üzrə X9 Xidmətininin Abşeron-Xızı regional şöbəsində baxılmış va aşkar olunmuş qanun pozuntularına görə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 23 may 2022-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən inzibati məsuliyyətə cəlb olunaraq 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Sonda o, "xxxx" firmasının direktoru X7 Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətin təmin edilməməsini xahiş etdi. "xxxx" firmasının direktoru X13 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" firmasının direktoru X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan vətəndaş X4 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən 17.12.221-ci il tarixədək "xxxx" firmasında fəhlə vəzifəsində işləyir. İşlədiyi dövrdə əmək haqqına hər ay 1300 manat (gündəlik 50 manat) olmaqla əlbəəl formada almışdır. Ona həmin dövrdə əmək haqqı kartı verilməmişdir.xx.xx.2021-ci il tarixində xəbərdarlıq edilmədən ərizə ilə, ərizə olmadan onu guya ki, öz xahişi ilə işdən azad etmişlər.Ona istifadə etmədiyi məzuniyyət günlərinin haqqını verməmişlər. Daha sonra onu "xxxx" firmasının direktoru X13 qəbul etmişdir. Onunla yazılı əmək müqaviləsi bağlanmışdır. Əmək haqqı kartı ona verilməmişdir. Yenə də ona hər ay 1300 manat (gündəlik 50 manat) olmaqla əlbəəl formada Ayaz Salahov tərəfindən ona əmək haqqı verilirdi.xx.xx.2022-ci il tarixdə işdə olarkən iş vaxtı gecə saat 01:00-02:00 radələrində metalı sobaya qəbul edərkən sağ ayağım yanıq xəsarəti almışdır.Həmin vaxt müəssisəsinin nümayəndəsi Şəmistan adlı şəxs onu müəssisəsinin Niva minik markalı avtomobili ilə Bakı şəhəri 5 nömrəli xəstəxanay apardı. Şəmistan həkimə onun öz evində yanıq xəsarəti aldığını dedi və bütün müalicə pullarının və məzuniyyət pulunun firma tərəfindən ödəniləcəyinə söz verdi. Buna görə də o da xəsarəti iş zamanı aldığını həkimə deməmişdir. Buna görə də o, xəstəlik vərəqəsi açılması üçün həkimə müraciət etmədim. O, öz hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix aralıqlarında müalicə almışdır.Firma tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir.xx.xx.2022-ci il tarixdə o, firmaya getmiş, müalicə və məzuniyyət pulunun ona ödənilməsini xahiş etmişdir. X15 pulu veriləcəyini və buna görə də heç bir orqana şikayət verməməyi tapşırdı. İndiyə qədər ona firma tərəfindən pul verilməmişdir. O, bu haldan şikayətçidir, müraciətinə baxılmasını və işəgötürən barədə müvafiq tədbirlərin görülməsini tələb edir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 fəhlə vəzifəsinə təyin olunmuşdur. İşin müəyyən edilmiş hallarından da görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs "xxxx" firmasının direktoru X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 46-cı maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. - 7-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə yuxarıdakılara əsasən hesab edir ki, "xxxx" firmasının direktoru X13 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. Buna görə də, "xxxx" firmasının direktoru X13 haqlı və düzgün olaraq səlahiyyətli orqan tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 192.1-ci maddəsinin məzmununa görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yananıq Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, şikayət rədd edilməli, "xxxx" firmasının direktoru X13 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət rədd edilsin. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs "xxxx" firmasının direktoru X7 Azərbaycan Respublikası ƏƏSMN yanında X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1747/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1747/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver