Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1748/2023 20.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Abşeron RPİ-dən daxil olmuş İXM-nin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində metallik rəngli “VAZ 2104’’ markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə manevr etmə qaydalarını pozaraq Abşeron rayonu, Xırdalan şəhəri, İlham Cəfərov küçəsində fərdi evlərdən birinin qarşısında piyada dayanmış 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyyatsızlıq edərək vurmaqla, nəticədə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarət yetirməklə nəticələnən yol- nəqliyyat hadisəsi baş vermişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron DYP Təbliğat üzrə polis kapitanı X4 tərəfindən xx.xx.2023-cü il tarixli. İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs etdiyi əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə X3 etdiyi müraciətlə tanış olmuşdur. Belə ki, metallik rəngli “VAZ 2104” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında "BCD” kateqoriyalı sürücülük vəsiqəsi əsasında özü idarə edir. xx.xx.2023-cü il tarixdə söz gedən avtomaşınla Xırdalan şəhərinə şəxsi işləriylə bağlı gəlmiş, saat təxminən 16 radələrində Xırdalan şəhəri, İlham Cəfərov küçəsində saatda təxminən 10-20 km/sürətlə hərəkətdə olarkən həmin küçədə yaşayış evlərinin birinin qarşısında geri dönmə hərəkəti edib qayıdarkən sonradan adını bildiyi Əliməmməd Cəfərov ona tərəf gəldiyini və əl işarəsi ilə maşını saxlamağını göstərmiş, o da dərhal avtomobili kənara verib saxlamışdır. Həmin şəxs ona yaxınlaşıb onu avtomaşınıyla vurduğunu demiş, o isə onu vurmadığını və yalandan ona şər atdığını söyləmişdir. Bundan sonra, həmin şəxs hay-küy salmağa başlamış, o, mübahsinin böyüməməsi üçün avtomaşınını sürüb çıxıb getmişdir. Bundan sonra, orada nə baş verdiyini bilməmişdir. X1 göstərdiklərinin yalan olduğunu, onu avtomaşını ilə vurmadığını, onun bu cür qərəzli şikayət etməsinin səbəbini bilmədiyini, avtomobili idarə edərkən spirtli içki qəbul etmədiyini, ümumiyyətlə spirtli içki qəbul etmədiyini, həmin vaxt avtomobilində başqa şəxsin olmadığını göstərmişdir. Sonda o, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə "VAZ 2104" markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən Xırdalan şəhərində vurularaq xəsarət almağı barədə məlumatı özü vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Xırdalan şəhərində İlham Cəfərov küçəsində yaşadığı evin qarşısında səhhətiylə bağlı hava alıb dayandığı vaxt anidən süd rəngli "VAZ 2104” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil “119" adlanan ərazidən gəlib onların küçəsindən, yəni İlham Cəfərov küçəsindən geri dönmə əməliyyatı edərkən ehtiyatsızlıqdan avtomaşının arxa hissəsindən onun qarın nahiyəsinə vurmuş və dərhal maşını oradan sürüb çıxıb uzaqlaşmışdır. Təxminən 50-60 metr getdikdən sonra həmin tanımadığı sürücü avtomaşını saxlamış, o gedib ona çataraq ondan nəyə görə onu vurduqdan sonra saxlamayıb sürüb getdiyini soruşmuş, həmin sürücü isə ona heçnə olmadığını deyib yenidən avtomobilini idarə edib çıxıb getmişdir. O, da telefonla DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hər hansı şikayəti, tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron DYP-nin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4cü maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 12 radələrində metallik rəngli “VAZ 2104’’ markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə manevr etmə qaydalarını pozaraq Abşeron rayonu, Xırdalan şəhəri, İlham Cəfərov küçəsində fərdi evlərdən birinin qarşısında piyada dayanmış 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyyatsızlıq edərək vurmaqla, nəticədə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarət yetirməklə nəticələnən yol- nəqliyyat hadisəsi baş vermişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından onun barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixdə verilmiş 808 nömrəli rəyindən görünür ki, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bud çanaq oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol sağrı nahiyəsinin iç-bayır hissəsindən sol budun yuxarı 1/3-nin ön-bayır hissəsinə qədər olan sahənin dərialtı hematoması, qarının ön divarının sol yarısının qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023- cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində metallik rəngli “VAZ 2104’’ markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə manevr etmə qaydalarını pozaraq Abşeron rayonu, Xırdalan şəhəri, İlham Cəfərov küçəsində fərdi evlərdən birinin qarşısında piyada dayanmış 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyyatsızlıq edərək vurmuş və sonuncu sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almış, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, özünün, zərərçəkən şəxsin izahatları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəıtanı törətməkdə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1748/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1748/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver