Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1749/2022 12.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddsi ilə nəzərdə tutulan inzibati daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon RPİnin İTŞ-nin sahə rəisi, polis kapitanı X3 bildirdi ki, xx.xx.2022-ci il tarixində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Al Marketdən 40 manat dəyərində Ankhor yağını oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Qobu qəsəbəsində avtomobilin salonundan saxlanc yerindən 70 manat pul oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evdən qapı kilidini sındırmaqla 50 manat dəyərində samovarı oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus təmirsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 60 manat olan 72 metr uzunluğunda armaturları oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Hökməli kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus yanmış fərdi yaşayış evindən 30 manat dəyərində olan su radiatorları, qapı və hamam aksesuarlarını oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evində su sayğacını oğurlamaqla 40 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 20 radələrinədək olan müddət ərzində Abşeron rayonu, Hökməli qəsəbəsi, R.Rza küçəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evinin zirzəmisinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 40 manat olan 4 ədəd ev quşunu gizli yolla oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 20 dən xx.xx.2022-ci il tarixdə saat 20 radələrinədək olan müddət ərzində Abşeron rayonu, Hökməli qəsəbəsində Zərərçəkmiş şəxs10 fərdi yaşayış evində bir ədədinin qiyməti 10 manat olmaqla 5 ədəd ev quşunu oğurlamaqla ona 80 manat dəyərindəziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində kirayədə yaşadığı evə daxil olaraq oradan 10 manat dəyərində su tərəzisini, 20 manat dəyərində elektrik mişarını və 60 manat dəyərində samovarı gizli talamaqla 90 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində X4 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə daxil olaraq saxlanc yeri hesab edilən mənzildə daxılın işərisindəki 90 manat miqdarında qəpik oğurlamaqla ona maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evindən 60 manat dəyərində geyim və 30 manat dəyərində ehtiyat hissələrini gizli yolla talamaqla ona 90 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs15 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid hasarın çöl tərəfində quraşdırılmış qaz sayğacını oğuralamaqla ona 100 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs16 Əkram oğlunun idarə etdiyi Hyundai H100 markalı yük avtomobilinin matorxanasından 1 ədəd akkumlyatoru oğuralamaqla ona 90 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 00.05 radələrindən 05.30-dək olan müddət ərzində Zərərçəkmiş şəxs17 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan 1 ədəd su mühərrikini hidraforu ilə birlikdə oğuralamaqla ona 90 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə saat 12 radələrindən saat 17 radələrinədək olan müddət ərzində Abşeron rayonu, Qobu qəsəbəsində Zərərçəkmiş şəxs20 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhəllədə fərdi yaşayış evinin pəncərəsinin açmaq yolu ilə daxil olaraq yataq otağında əl çantasından 27 manat pul və 20 manat dəyərində oan 1 ədəd gümüş qolbağı oğurlamaqla ona 47 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs21 məxsus ümumi dəyəri 50 manat olan su mühərrikini oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən X2 məxsus ümumi dəyəri 80 manat olan su nasosunu və su qızdırıcısını oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs23 məxsus 30 manat dəyərində 2 ədəd işlənmiş taxta kəsən, 20 manat dəyərində 1 ədəd laqondanı və 15 manat dəyərində drelini oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evin həyətinə daxil olaraq ordan 4 ədəd hər biri 5 manat dəyərində qranit kleyini, 20 manat dəyərində 4 ədəd laqonda daşını və 50 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilini oğurlamaqla 90 manat ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs26 məxsus Abşeron rayonu Nübar qəsəbəsində yerləşən evin həyətindəki 1 ədəd 24 manat olan 4 ədəd qapı kilidlərini gizli yolla oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli kəndində yerləşən Zərərçəkmiş şəxs25 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 90 manat olan 1 ədəd su qızdırıcını və 1 ədəd su mühərrikini hidroforla birlikdə talamaqla hamamdan 100 manat dəyərində su qızdırıcını oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Hökməli kəndində yaşayan Zərərçəkmiş şəxs27 məxsus fərdi yaşayış evindən ümumi dəyəri 90 manat olan 1 ədəd su qızdırıcını və 1 ədəd su mühərrikini hidroforla birlikdə talamaqla hamamdan 100 manat dəyərində su qızdırıcını oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs28 Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı evin həyətindən 40 manat dəyərində od samovarını və 50 manat dəyərində plastik qapını gizli yolla talamaqla ümumilikdə 90 manat ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evinin həyətində olan 23 ədəd dəmir armaturları, 1 ədəd su kranını, xamıtları gizli yolla talamaqla ona 90 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən yarımtikili evinin həyətindən 100 manat dəyərində armaturları gizli yolla talamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət əzində Zərərçəkmiş şəxs18 məxsus Abşeron rayonu, Qobustan rayonunda yerləşən fərdi yaşayış evinin içərisində olan 1 ədəd böyük laqonda və 1 ədəd 26-lıq velosipedi gizli yolla talamaqla ona 100 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət əzində Zərərçəkmiş şəxs18 Fəzrəddin oğluna məxsus Abşeron rayonu, Nübar qəsəbəsində təmiri yekunlaşmamış evinə dəmir barmaqlığı sındırma yolu ilə daxil olaraq oradan ümumi dəyəri 80 manat olmaqla 3 ədəd 60 manat dəyərində boya qatqısını və 20 manat dəyərində divara çəkilmiş elektrik naqilini gizli olaraq talamış və evin dəmir barmaqlığını sındırmaqla ona 20 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Zərərçəkmiş şəxs25 məxsus Abşeron rayonu Hökməli qəsəbəsi, Atyal yaşayış massivində yerləşən evin həyətindəki hamamdan 100 manat dəyərində su qızdırıcını oğurlamışdır. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə müəyyən edilmişdir ki, 23 epizod üzrə Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində nəzərədə tutulan inzibati məsuliyyətə cəlb etmə müddətləri keçmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin 23 xırda talama epizodu üzrə inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Tutma protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 01:20 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 23 (iyirmi üç) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli xx.xx.2022-ci il tarixdə 01:20-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1749/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1749/2022
12.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver