Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-175/2024 15.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair EP ******* nömrəli, 16 yanvar 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş protokol ilə "xxxx" Azərbaycan ASCnin 20 dekabr 2021-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs ******* (bir milyon bir yüz iyirmi iki min bir yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 20 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 259989,91 (iki yüz əlli doqquz min doqquz yüz səksən doqquz dollar doxsan bir) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 izahatında qeyd etmişdir ki, cəmiyyət barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs 20 dekabr 2021-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs ******* (bir milyon bir yüz iyirmi iki min bir yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 20 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmin köçürməyə əsasən də xarici partnyorlardan almış olduqları mal Azərbaycan Respublikasına idxal olunmuşdur. Bu halı tədiq edən Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Şəxsnə ünvanlanmış 16/992 saylı, 01 oktyabr 2018-ci il tarixli məktubunu məhkəməyə təqdim edirlər. Göründüyü kimi Şəxsnə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Digər tərəfdən, cəmiyyətin Şəxs idxal etdiyi mallar müdafiə və milli təhlükəzsizlik ehtiyacları üçün nəzərdə tutulduğundan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd qaydalara əsasən dövlət sirri təşkil etdiyi üçün banka təqdim olunmur. Göründüyü kimi bu halda Şəxsnə istinad edilən inzibati xəta tərkibi yoxdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Buna görə də əgər mallar idxal edilmişdirsə, işlər görülmüşdürsə və ya xidmətlər göstərilmişdirsə, həmçinin bu hallar mövcud olmadıqda ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmışdırsa, lakin bu barədə sübutun təqdim edilməməsi və ya məlumatın verilməməsi inzibati xəta kimi müəyyən edilməmişdir. Hazırda müəyyən edilir ki, iş materiallarında olan inzibati xəta haqqında protokolda göstərilən Şəxs ******* (bir milyon bir yüz iyirmi iki min bir yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 20 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin hazırda məhkəməyə təqdim edilmiş və iş materiallarında olan sənədlərdən görünür ki, köçürmə sənədində göstərilən məbləğdə mal pulun xaricə köçürüldüyü vaxtdan 02 (iki) il keçməmiş, yəni 22 dekabr 2023-cü il tarixdə ölkəyə idxal edilərək aidiyyəti dövlət qurumuna təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən 02 (iki) il ərzində müvafiq mallar idxal edilmişdirsə, işlər görülmüşdürsə və ya xidmətlər göstərilmişdirsə, həmçinin bu hallar mövcud olmadıqda ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmışdırsa bu halda inzibati məsuliyyət yaranmır, bu hallar inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslardır. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsinin inzibati xəta tərkibi “Valyuta tənzimi qaydalarının pozulması”nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mərkəzi X2 45/128 saylı, 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbayacan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikasına idxal olunan mallar və xidmətlər müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 4.3.1-ci yarımbəndində göstərilən köçürmələrin icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra edilir. İş materiallarında olan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Şəxsnə ünvanlanmış 16/992 saylı, 01 oktyabr 2018-ci il tarixli məktubundan görünür ki, Şəxs Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti üçün idxal etdiyi mallar müdafiə və milli təhlükəzsizlik ehtiyacları üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti üçün idxal etdiyi mallar müdafiə və milli təhlükəzsizlik ehtiyacları üçün nəzərdə tutulduğundan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədini qaydalara əsasən dövlət sirri təşkil etdiyi banka təqdim olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-175/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-175/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver