Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1751/2025 15.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2 və 327.7-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi verərək Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron DYPŞ-in əməkdaşı tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 100 manat cərimə olunmuşdur. Abşeron DYPŞ-in əməkdaşı tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli qərar ləğv edilməlidir. Belə ki, onun xx.xx.2025-ci il saat 19:35radələrində Abşeron rayon Xırdalan şəhər ərazisində X9 minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı maşını idarə edərkən yol ayrıcı keçmə qaydalarının pozulması, bu məcəllənin 327.1-1, 327.1-2, 327.2, 327.6, 327.8, 328 2, 328. 3. 328.4, 331, 333 1, 333- 1.1, 3427, 343.1, 343-1.1 va 346.2-346.9-cu maddələtində müəyyən edilmiş halla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən 1 (bir) il ərzində 20 və daha çox bal toplamimasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. Şikayətdə qeyd olunur ki, o, yol ayrıcına daxil olmuş və hərəkəti davam etdirməzdən əvvəl həm soldan, həm də sağdan gələn nəqliyyat vasitələrinə yol vermişdir. Sağdan gələn qadın sürücü ona əl işarəsi ilə yol verdiyini bildirmiş və yolu keçməyinə şərait yaratmışdır. Həmin vaxtı qadın sürücü kimi qarşı tərəfin jesti ilə hərəkət etsə də, yol polisi buna obyektiv qiymət verməmiş onu bilərəkdən il ərzində cərimə balının yüksək olduğunu bilərək qarşı tərəf olan qadın sürücünün yol verməsini nəzərə almamış və barəsində protokol tərtib etmişdir. Bu səbəbdən 1 (bir) ərzində iyirmidən çox bal toplanmış və 1 (bir) il ərzində sürücülük hüququndan məhrum edilmişdir. Ağdam rayonundan olan məcburi köçkündür, avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Yeganə qazanc yeri avtomobil ilə sərnişin daşımaqdır. Şikayətində bildirmişdir ki , 1 (bir) il müddətində sürücülük hüququndan məhrum edilməyi, maddi durumunun ağırlaşmasına səbəb olacaqdır. Yol polisi əməkdaşı onun sözlərinə məhəl qoymamış və protokolu tərtib etmişdir. Ona görə də Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2025-ci il tarixli qərarı ilə razı deyil, qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir, lakin hadisənin videogörüntüsünü məhkəməyə təqdim etmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X6 barəsində Abşeron rayon Pİ-in DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsinə əsasən inzibati qaydada 100 manat məbləğində cərimə inzibtati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib, Protokol tərtib edən tərəfin məhkəməyə təqdim etdiyi videogörüntüsünü nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı və şikayətverən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN Abşeron rayon Pİ-in DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin İ-ci hissəsinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). İİ hissəsinə əsasən yol nişanları 7 qrupdan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəcik) Həmin Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Qanunun 65-ci maddəsinin İ-ci hissəsinin tələbinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. 4.3 nömrəli dairəvi hərəkət olan yol nişanı məcburi hərəkət istiqamətini bildirən yol nişanları qrupuna daxildir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Qanunun 79-cu maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi məsuliyyətə səbəb olan pozuntu hesab edilir. Qanunun 81-ci maddəsinə əsasən həmin qanunun 79-80-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və ya mülkihüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə «X9” minik markalı, 77SG50 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 rayonu, Xırdalan şəhəri ərazisində yolayrıcını keçmə qaydalarını pozmuşdur.Azərbaycan Respublikasının İXM-nin 327.1-1,327.1-2, 327.2-327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanması İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş tərkibi formalaşdırır. Qeyd olunan pozuntu ilə əlaqədar həmin ərazidə xidmət aparan Abşeron rayon Pİ-in DYPŞ-in inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qanunvericiliyin tələblərinə müvafiq olaraq səlahiyyətli şəxs tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir.İşin məhkəmə baxışında videgörüntüyə baxarkən qərarın qanuniliyi bir daha təsdiq olunmuşdur. Şikayətçi şikayətində özünü təqsirli bilməyərək onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olmadığını göstərərək, iki sürücünün öz aralarında anlaşaraq hərəkət etməsi səbəbindən heç bir yol hərəkəti qaydasının pozuntusu olmadığını bildirəsi onun formal mülahizəsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməli, qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məcəllənin 327.7-ci maddəsinə əsasən İXM-nin 327.1-1,327.1-2, 327.2-327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanması İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş tərkibi formalaşdırır. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; Həmin Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 barəsində qəbul edilmiş Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunidir və şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron rayon Pİ-in DYPŞ-in xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1751/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1751/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver