Məhkəmə qərarları › İş №3(012)-1753/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1753/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1753/2022 13.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Şəxs MMC-nin direktoru X2 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi, Təhqiqat şöbəsinin rəis müavini gömrük xidməti mayoru X5 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini gömrük xidməti mayoru X8 02 noyabr 2022-ci il tarixdə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə EP ******* saylı protokol tərtib edərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini gömrük xidməti mayoru X5 tərtib eydiyi protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 27ACF439/27BAK23 nömrə nişanlı yük avtomaşınında daxil olmuş plastik kütlədən mebellər yükü **********9343 sorqu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İs materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********9343 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmişdir. Aparılan araşdırma zamanı **********9343 sorqu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin halhazırda Şəxs MMC-nin ünvan 2 ünvanında yerləşən anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, verinin dəvisdirilib-dəvisdirilmədivinin və malların müvəqqəti saxlanc qaydalarına uyqun saxlanılıb-saxlanılmadığının müəyyən olunması məqsədilə qeyd olunan anbara baxış keçirilməsi, baxışın nəticəsinə dair akt tərtib olunmaqla Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Bakı Bas Gömrük İdarəsinin Mobil gömrük şöbəsinə 34/013/023994 nömrəli xx.xx.2022-ci il tarixli raportla sorqu verilmiş, həmin sorğuya cavab olaraq şöbəyə daxil olmuş 34/015/025172 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən **********9343 sorqu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ünvan 3 ünvanında yerləşən anbarda olduğu, müvəqqəti saxlanc qaydalarına uyğun saxlanıldığı müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini gömrük xidməti mayoru X8 protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə Şəxs MMC-nin direktoru X4 bildirdi ki, inzibati xətanı qəbul edir. Belə ki, direktoru olduğu şirkətin əsas fəaliyyəti mətbəx və məişət ləvazimatlarının idxalı, sonradan həmin malların daxili bazarda topdan satışını həyata keçirməkdən ibarətdir, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından mebel yükü daxil olmuş, həmin mallar **********9343 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş, Şəxs MMC-də yaranmış maliyyə problemləri səbəbindən həmin malların rəsmiləsdirilməsinin həyata keçirilməsi mümkün olmamış və həmin mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, sonradan həmin malların rəsmiləşdirilməsi zamanı gömrük ödənişləri qalxdığından, yüksək olduğundan malların rəsmiləşdirilməsi yubanmış, bu səbəbdən də malların müvəqqəti saxlanc müddəti pozulmuşdur. Ona görə də inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 27ACF439/27BAK23 nömrə nişanlı yük avtomaşınında daxil olmuş plastik kütlədən mebellər yükü **********9343 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********9343 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2022-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı Şəxs MMC-nin direktoru, Azərbaycan Respublikasının vətəndaşı X3 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, direktoru olduğu şirkətin əsas fəaliyyəti mətbəx və məişət ləvazimatlarının idxalı, sonradan həmin malların daxili bazarda topdan satışını həyata keçirməkdən ibarətdir, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından mebel yükü daxil olmuş, həmin mallar **********9343 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş, Şəxs MMC-də yaranmış maliyyə problemləri səbəbindən həmin malların rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olmamış və həmin mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, sonradan həmin malların rəsmiləşdirilməsi zamanı gömrük ödənişləri qalxdığından, yüksək olduğundan malların rəsmiləşdirilməsi yubanmış, bu səbəbdən də malların müvəqqəti saxlanc müddəti pozulmuşdur, **********9343 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş sözügedən mallar Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarında olan anbarda yerləşən Şəxs MMC-nin istifadəsində olan anbarda saxlanılır. Aparılan araşdırma zamanı **********9343 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin hal-hazırda Şəxs MMC-nin ünvan 5 ünvanında yerləşən anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdirilibdəyişdirilmədiyinin və malların müvəqqəti saxlanc qaydalarına uyğun saxlanılıbsaxlanılmadığının müəyyən olunması məqsədilə qeyd olunan anbara baxış keçirilməsi, baxışın nəticəsinə dair akt tərtib olunmaqla Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Bakı Baş Gömrük İdarəsinin Mobil gömrük şöbəsinə 34/013/023994 nömrəli xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq şöbəyə daxil olmuş 34/015/025172 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən **********9343 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarında ünvanında yerləşən anbarda olduğu, müvəqqəti saxlanc qaydalarına uyğun saxlanıldığı müəyyən edilmiş və bu barədə müvafiq akt və protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs MMC -nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 390, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar