Məhkəmə qərarları › İş №3(012)-1753/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1753/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1753/2023 13.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsi "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı regional şöbəsinin nümayəndəsi X6 bildirdi ki, vətəndaş X2 Şəxsndə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanladığı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. X4 ilə bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz) və 71 -ci maddəsinin (əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər) tələbləri pozularaq xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Eyni zamanda, bu Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. Bildirilir ki, X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 27 nömrəli xitam əmrinin ləğv edilməsi və nəticəsi barədə xx.xx.2023-cü il tarixli, 3-17-5/2-29542/2023 nömrəli icrası məcburi olan göstəriş məktubu alındığı tarixindən 20 (iyirmi) iş günü ərzində X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi tələb olunmuşdur. Lakin, bütün bunlara baxmayaraq, X4 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair işəgötürən tərəfindən heç bir əsas və təsdiq edici sənədlər təqdim edilməmişdir. X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli 3-17- 5/2-29542/2023 nömrəli icrası məcburi olan göstərişi yerinə yetirilmədiyinə görə hüquqi şəxs kimi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1ci (əmək qanunvericiliyinin, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Eyni zamanda bildirir ki, tərəflərindən Şəxs MMC-yə xx.xx.2023-cü il tarixli 3-17-5/2-34264/2023 nömrəli (SS864980364AZ) məktubla inzibati xəta haqqında iş üzrə icraatın başlanması tarixi, yeri, vaxtı qeyd edilməklə və səlahiyyətli nümayəndənin iştirakının təmin olunması ilə bağlı rəsmi müraciət olunmuş, rəsmi müraciət məktubu (bildiriş) xx.xx.2023-cü il tarixində Şəxs MMC-yə çatdırılmış, lakin tərəflərindən inzibati xəta haqqında protokol tərtib olunarkən iştirak edən olmamışdır. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Şəxs MMC-nin işinə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmışdır. Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol və İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli Qərardad xx.xx.2023-cü il tarixli 3-17-5/2- 35846/2023 nömrəli məktubla Şəxsnə məlumat üçün göndərilmişdir.Sonda o, "xxxx" MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. "xxxx" MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında MMC-nin səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməmə səbəbi barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, məhkəmə iclasının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən DƏMX-nin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2023cü il tarixli, 3-17-5/2-29542/2023 nömrəli icrası məcburi olan göstərişi yerinə yetirilməmişdir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən DƏMX-nin Abşeron-Xızı regional şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli, №200/54 saylı məktubdan görünür ki, X4 AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci bəndini pozduğuna görə 3-cü bəndində göstərildiyi qaydada dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq Əmək Məcəlləsinin 72-ci maddəsinin c,e və ə bəndlərini-əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Buna uyğun olaraq AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndini və 186-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi İlə əmək müqaviləsi ləğv edilmişdir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən DƏMX-nin Abşeron-Xızı regional şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli №200/49 saylı məktubdan görünür ki, sürücü X2 xx.xx.2022-cü il tarixli işə qəbul ərizəsinə uyğun olaraq şirkət tərəfindən №04 nömrəli əmrlə beynəlxalq sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi vaxtlar ərzində sürücüyə bir cox xəbərdarlıqlar etməyinə baxmayaraq sürücü bağlanmış əmək müqaviləsinin şərtlərinə riayət etməmiş, şirkətə məxsus əmlaka ziyan vurmuş və şirkətin kassasına ödənilməli pulu ödəməmişdir. Belə hallardan biri Türkiyə Respublikasından Mongolustan Resapublikasına şirkətin daşıdığı 21 ton mandarin yükünü daşıma və yüklənmə qaydalarına uyğun hərəkət etməyərək nəqliyyat vasitəsini idarə etməli tərzdə idarə etməmiş, müştəriyə 13000 usd dəyərində ziyan vurmuşdur. Müştərinin onlara ödəyəcəyi daşıma haqqı olan 6000 usd qalıq məbləğini müştəri şirkətə ödəməmişdir.Bundan əlavə olaraq Monqolustan Respublikasından İran İslam Respublikasına geri ət məhsulları daşıyarkən daşıyarkən daha bir başqa hal baş vermişdir.Belə ki,sürücü X1 İslam Respublikasında yükü boşaltdıqdan sonra 5000 usd ya yaxın daşıma haqqının qalıq məbləğini almışdır. Bundan sonra Türkiyə Respublikasına səfər etmiş, oradanda yenidən Qazaxıstan Respublikasına getmək qaysı yükü yükləmişdir. Sürücü Azərbaycan Respublikasına gəldiyində yolda hesab və məsrəfləri şirkətə təqdim etməmiş, aldığı şirkətə məxsus qalıq daşıma haqqını şirkətin kassasına təhvil verməmişdir. Bunun səbəbi soruşulduqda ailəsinin xəstə olduğunu bildirərək 3000 usd dan yuxarı məbləği yolda olduğu müddətdə ailəsinə göndərdivini bildirmişdir.Bu hallardan öncə sürücü işə qəbul olarkən ailəsinin vəziyyətinin ağır olduğunu bildirmiş,rəhbərlik tərəfindən 2 ay sonranın maaşı avans olaraq ödənmişdir.Bunu bank çıxarışlarında da görmək mümkündür. Dəfələrlə olunan köməklik və xəbərdarlıqlara baxmayaraq sürücü əmək müqaviləsinin şərtlərinə əməl etməmiş,göstərilən əmək müqaviləsinin müvafiq maddəsi ilə işdən azad edilmişdir. Yuxarıda qeyd edilən hallar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sürücü X4 əmək müqaviləsinin şərtlərinə riyayət etmədiyi üçün AR Əmək Məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-cİ maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən tutduğu vəzifədən peşədən N 927 nömrəli əmrlə azad edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli №27 saylı əmrin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixindən “70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən tutduğu vəzifədən/peşədən azad edilsin və onunla bağlanmış son əmək haqqı xərcləri mühasibatlıq tərəfindən normalara uyğun hesablanaraq ödənilsin. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmir. Belə ki, İXM-nin 539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir] Qeyd: Bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın] Həmin Məcəllənin 192.6.maddəsinə görə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görəvəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Belə ki, işin hazırkı halında "xxxx" Publik Hüquqi şəxsin əməlində İXM-nin 192-ci maddəsinin tələbləri pozulmuşdur.O halda, müvafiq icra orqanı onun barəsində İXM-nin 192-ci maddəsinin tələblərinin pozuntusu olmuşdur. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edildi ki, inzibati məsuliyyətə cəlbetmə müddəti ötdüyündən "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilə bilməz və barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş materiallardan müəyyən edildi ki, inzibati xəta xx.xx.2023-cü il tarixdə törədilmiş, hazırda inzibati xətanın baş verdiyi tarixdən yeddi aydan artıq vaxt keçdiyindən "xxxx" Publik Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz və barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta İnzibati Xətalar Məcəlləsinin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yerləşir və qeyd edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.1-ci maddəsinə əsasən dörd aydır. Belə olan halda, inzibati xəta haqqında protokolda "xxxx" MMC-nin istinad olunan inzibati xətanın xx.xx.2023-cü il tarixdə törədilməsi nəzərə alınsa, həmin əməlin törədilməsinə görə qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyi müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53.0.6, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar