Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1759/2021 12.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati protokol tərtib etmiş şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1975-ci il tarixdə Göygöl rayonu, Haça Qaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum, Göygöl rayonu, Haça Qaya kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən 11.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 11.11.2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(006)-401/2016 saylı, 30.03.2016-cı il tarixli və 2(066)-826/2019 saylı, 14.08.2019-cu il tarixli icra sənədləri üzrə borclu Şəxs X5 ödənilməmiş 4950 manat aliment borcu vardır. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(006)-401/2016 saylı, 30.03.2016-cı il tarixli və 2(066)- 826/2019 saylı, 14.08.2019-cu il tarixli icra sənədləri üzrə borclu Şəxs X5 ödənilməmiş 4950 manat aliment borcu var. Borcu ödəməkdən yayındığı üçün Göygöl RM rayon Məhkəməsinin 1(066)-29/2021 saylı, 16.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, daimi olaraq Göygöl rayonunda yaşamış, daha sonra iş tapa bilmədiyi üçün Xırdalan şəhərinə müvəqqəti olaraq köçmüşdür. Bir müddət "xxxx" MTK-da kafel ustası kimi işləmiş, işi daimi olmadığı üçün maddi imkanı zəif olmuşdur. O, tutduğu əməldən peşmandır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin maddi imkanının zəif olmasını nəzərə alıb onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron RM-nin 16.09.2021-ci il tarixli “bir neçə icra sənədinin ümui icraatda birləşdirilməsi barədə” qərarından görünür ki, Göygöl rayon məhkəməsinin 2(066)826/2019 saylı 14.08.2019-cu il tarixli icra sənədinə əsasən 17.05.2003-cü şil təvəllüdlü X8 yetkinlik yaşma çatanadək saxlanması üçün borclu Şəxs tələbkar X4 xeyrinə tutulan 80 manat təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilsin və Göygöl rayon məhkəməsinin 2(066)401/2016 saylı 30.03.2016-cu il tarixli icra sənədinə əsasən Şəxs 20.07.1998-ci il təvəllüdlü X7 və 17.05.2003-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün X4 eyrinə tutulan alimentin miqdarı 01.02.2016-cı il tarixdən artırılaraq hər ay sabit pul məbləğdə 80 manat, cəmi 160 manat müəyyən edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Göygöl rayon məhkəməsinin 1(066)-29/2021 saylı, 16.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cəza müddəti ərzində onun üzərinə, yaşayış yerini saat 23-00-dan, saat 07-00-dək tərk etməsinə və yaşadığı Göygöl rayonunun ərazi hüdudlarını tərk etməsinə və yaşadığı Göygöl rayonun ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmuşdur. Daha sonra Göygöl rayon məhkəməsinin 7(066)-05/2021 saylı, 19.05.2021-ci il tarixli qərarı ilə Şəxs Göygöl rayon Məhkəməsinin 1(066)- 29/2021 nömrəli, 16.03.2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası üzrə üzərinə qoyulmuş vəzifələr qismən (yaşadığı ərazi üzrə dəyişdirilsin və onun yaşayış yeri Bakı şəhəri ünvan 2 ünvanı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmuruna verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.2.-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Məhkəmə qanunvericiliyin tələblərinə əsaslanaraq belə hesab edir ki, Göygöl rayon məhkəməsinin 1(066)-29/2021 saylı, 16.03.2021-ci il tarixli hökmü ilə Şəxs təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı ona inzibati tənbeh kimi verilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmamalı, məhkəmə qərarı barədə Sumqayıt Probasiya Şöbəsinə məlumat verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbil edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12.11.2021-ci il tarixdən, saat 10:00-dan hesablansın. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.2.-ci maddəsinə əsasən Göygöl rayon məhkəməsinin 1(066)-29/2021 saylı, 16.03.2021-ci il tarixli hökmü ilə Şəxs təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı ona inzibati tənbeh kimi verilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmasın. Qərarın surəti Abşeron rayon İcra və Probasiya Şöbəsinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Sumqayıt Probasiya şöbəsinə məlumat üçün göndərilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1759/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1759/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver