Məhkəmə qərarları › İş №3(012)-1761/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1761/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1761/2022 15.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1984-cü il tarixdə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli rayonu rayonu, Buludlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala e81104/2022-27-6 saylı icra işi ilə birlikdə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-176/2022 saylı icra vərəqəsinə əsasən borclu iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-ci il tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0117 ha torpaq sahəsinin 0.0046 ha (46 kv.metr) hissəsində cavabdeh X4 və 0,0016 ha (16 kv.metr) hissəsində X5 tərəfindən inşa edilmiş özbaşına tikililər onların öz vəsaitləri hesabına sökülməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin 10 manatının cavabdeh Şəxs və 10 manatının X1 tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-176/2022 saylı icra vərəqəsinə əsasən iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-ci il tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0117 ha torpaq sahəsinin 0.0046 ha (46 kv.metr) hissəsində cavabdeh X4 və 0,0016 ha (16 kv.metr) hissəsində X5 tərəfindən inşa edilmiş özbaşına tikililər onların öz vəsaitləri hesabına sökülməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin 10 manatının cavabdeh Şəxs və 10 manatının X1 tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Şəxs hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs hərəkətləri nəticəsində qətnaməni tam icra etmək mümkün olmamışdır. Tələbkar müxtəlif orqanlara şikayət edərək, qətnamənin icra edilməsini, qanunsuz olaraq tutulmuş torpaq sahəsinin boşaldılmasını tələb etsə də borclu müxtəlif bəhanələrlə torpaq sahəsini boşaltmaqdan və qanunsuz tikilinin sökülməsindən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, uzun müddətdir ki həmin evdə yaşayır, maddi vəziyyəti qətnaməni icra etməyə imkan vermir. Tələbkarla dəfələrlə razılaşmaq istəsə də, digər borclu olan qardaşı Saməddin Hüseynov razılaşmaq istəmir. Məhkəmədən qanunu qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 bildirdi ki, Şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etməkdən yayınır. Borcluya dəfələrlə imkan yaratsa da qətnamənin icrasından yayınır. Buna görə də onun barəsində ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. “İcra Haqqında”Qanunun 43.1.2-ci maddəsində tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri kimi göstərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-176/2022 saylı icra vərəqəsinə əsasən borclu iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-ci il tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0117 ha torpaq sahəsinin 0.0046 ha (46 kv.metr) hissəsində cavabdeh X4 və 0,0016 ha (16 kv.metr) hissəsində X5 tərəfindən inşa edilmiş özbaşına tikililərin onların öz vəsaitləri hesabına sökülməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin 10 manatının cavabdeh Şəxs və 10 manatının X1 tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-176/2022 saylı qətnaməsi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq barədə qərar qəbul edilmiş və borclulara könüllü icranın təmin edilməsilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmədə həmçinin borcluya torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi üçün vaxt verilməsinə baxmayaraq tərəflər arasında razılıq əldə olunmamış və qətnamə icra olunmadan qalmışdır. Məhkəmə həm də qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamənin icra olunmaması icra məmurunun hərəkətsiz qalmaqla məcbur icra tədbirləri görməməsi ilə bağlıdır. Ona görə də məhkəmə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)- 176/2022 saylı qətnaməsi üzrə borclu Şəxs şəxsiyyətini, işin yuxarıda qeyd olunan hallarını və icra işinin xarakterini nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə cəza təyin edilməsi onun vəziyyətini daha da ağırlaşdırar. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar