Məhkəmə qərarları › İş №3(012)-1763/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1763/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1763/2023 18.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, barəsində 04 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X4 tərəfindən tərtib edilmiş 29 avqust 2023-cü il tarixli MN ******* saylı protokol əsasında həmin şöbənin rəisi X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə MN № ******* saylı qərar qəbul edilmişdir. O, 04 sentyabr 2023-cü il tarixli MN № ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1800 (min səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində qəbul edilən qərar tam qanunsuzdur və o özümü qərarda öz əksini tapan həmin maddə ilə təqsirli bilmir. "xxxx" MTK-nın keçmiş işçisi X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə tam şəkildə əməl edilməklə xitam verilmişdir. X9 Xidməti X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə əməl edilərək xitam verilməsini təsdiq edən sənədlər tərəflərindən təqdim olunduğu halda inzibati xətanın tam olaraq nədən ibarət olduğunu əsaslandırmamış, əsassız olaraq onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X4 öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 04 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Şikayət ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi "xxxx" MTK-da gözətçi peşəsində çalışan keçmiş işçi X14 əmək funksiyasını və əmək müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəliklərə riayət etməmişdir. Həmçinin törətdiyi pozuntularla əlaqədar olaraq Ülvi.Əliyev dəfələrlə xəbərdar edilməsinə baxmayaraq o yenə də müqavilə üzrə öhdəliklərini pozmağa davam etmişdir. 04 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3 rəisi X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə qəbul edilmiş MN № ******* saylı qərarın ləğv edilməsi və barəmdə İXM-in 192.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 etibarnamə üzrə nümayəndəsi X8 şikayətin əsassız olduğunu qeyd edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qanunidir. Belə ki, X12 əmək qanunvericiliyinin tələbləri pozularaq işçi X14 ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bununla da, X12 tərəfindən iki inzibati xətanın törədilməsi aşkar olunmuşdur. Bunlardan biri əmək haqlarının verilməməsinə görə, digəri isə xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə xitam verilməsinə görədir. X12 barəsində tətbiq edilmiş cərimə şərti tətbiq edilmiş, ona yol verdiyi pozuntuları aradan qaldırması üçün 30 gün vaxt təyin edilmiş, lakin həmin şəxs həmin pozuntuları aradan qaldırmamış, X14 işə bərpa edilməmişdir. X7 barəsində protokol tərtib olunduqdan sonra həmin şəxsə protokola baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, lakin həmin şəxs iştirakını təmin etməmişdir. Sözügedən qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən, məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MTK-in direktoru A.İ.Qurbanovun 18 №-li xx.xx.2023-cü il tarixli əmrində göstərilir ki, X14 xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarında göstərilir ki, "xxxx" MTK-da işləyən X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Nəticədə MTK-in direktoru X12 tərəfindən İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X12 tərəfindən İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1800 manat cərimə olunsun, inzibati cərimə şərti olaraq tətbiq edilsin və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30(otuz) gün müddət müəyyən olunsun. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa inzibati cərimə ödənilmir. Əks təqdirdə qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin, inzibati orqanın nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MTK-in direktoru A.İ.Qurbanovun xx.xx.2023-cü il tarixli 18 saylı əmri ilə gözətçi vəzifəsində işləyən X14 ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin, "xxxx" MTK-in direktoru A.İ.Qurbanov Əmək Məcəlləsinin tələblərinə əsasən X6 əmək stajına uyğun olaraq onunla bağlanmış əmək müqaviləsi ləğv edilməzdən ən azı 04 təqvim həftəsi əvvəl həmin şəxsi rəsmi xəbərdar etməli olduğu halda, bunu etməmiş, həmin şəxsə iş axtarmağa imkan yaradılmamış və bununla da, Əmək Məcəlləsinin yuxarıda göstərilən tələbləri pozulmuşdur. Bundan başqa, işçi ilə əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyin tələbləri pozulduğuna görə "xxxx" MTK-in direktoru A.İ.Qurbanov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə İXM-in 192.6-cı maddəsinə əsasən 1800 manat cərimə olunmuş, lakin cərimə şərti müəyyən edilmişdir. Həmin qərardan sonra "xxxx" MTK-in direktoru A.İ.Qurbanovun adından MTK-in həmkarlar ittifaqı komitəsinə təqdimat verilməmişdir. Həmkarlar ittifaqının iclasında MTK-in direktorunun xx.xx.2023cü il tarixli 18 nömrəli əmrə münasibət bildirilməmişdır. Qeyd edildiyi kimi qanunun tələbinə görə işəgötürənin tərəfindən Əmək Müqaviləsinin 70-ci maddəsinin “C” bəndində göstərilən əsaslarla işçi ilə əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını aldıqdan sonra ləğv edilə bilər. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürənin əmrinə (sərəncamına) həmkarlar ittifaqı təşkilatında münasibət bildirilməsi qanuna müvafiq deyil. Həmçinin X9 Xidmətinin Mərkəzi Abşeron Regional şöbəsinin “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə törədilmiş hüquqpozmanın aradan qaldırılması barədə 30 gün müddət verilməsinə baxmayaraq, "xxxx" MTK-in direktoru A.İ.Qurbanov həmin pozuntunu aradan qaldırmamış, 01 təqvim həftəsi əvvəl həmin şəxsi rəsmi xəbərdar etməklə kifayətlənmişdir. Odur ki, məhkəmənin qənaətinə görə "xxxx" MTK-in direktoru A.İ.X2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin yuxarıda göstərilən tələblərini pozmaqla onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) törədilmişdir, həmin şəxsin əməli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X4 tərəfindən düzgün olaraq həmin maddə ilə tövsif edilərək barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Eyni ilə məhkəmə şikayət ərizəsində göstərilmiş digər dəlillə də razılaşmır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X4 tərəfindən baxıldığı zaman barəsində protokol tərtib olunmuş "xxxx" MTK-in direktoru A.İ.Qurbanovun iştirakı təmin edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 nümayəndəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 3-17-5/2-32434/2023 saylı bildirişdən müəyyən olunur ki, "xxxx" MTK-in direktoru A.İ.Qurbanova inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması ilə bağlı şəxsən məlumatlandırılmışdır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin şikayətində qeyd barəsində inzibati xəta haqqında iş etdiyi dəlillər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X3 məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar hərəkətsizlik formasında törədilən inzibati xətalara aiddir. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X4 X7 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş, iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin Şöbənin gəldiyi nəticələr işin faktiki hallarına tam uyğundur. Həmin inzibati xətaya yol vermiş X12 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X7 şikayəti təmin edilməməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131-134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar