Məhkəmə qərarları › İş №3(012)-1768/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1768/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1768/2025 12.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində protokol tərtib olunmuş şəxs Şəxs iştirakları ilə xx.xx.1975-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru Əliyev Ramil tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materiala görə Şəxs xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında vətəndaş X4 məxsus mobil telefonu və planşeti sındırmaqla ona 450 manat ziyan vurmuş, “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə” növündə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunan şəxs Şəxs izahatında bildirmişdir ki, qeyri-rəsmi münasibətdə olduğu X5 ilə idarə etdiyi avtomoildə aralarında mübahisə yaranmış və idarə etdiyi avtomaşında X4 məxsus mobil telefonunu və planşetini sındırmış və nəticədə ona 450 manat maddi ziyan vurmuşdur. Hal-hazırda aralarında razılaşma olmuşdur, əməlindən peşmandır göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra o, hazırda zərərçəkmiş şəxslə barışdığını və ondan heç bir şikayət və tələb olmadığını nəzərə alaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, qeyrirəsmi münasibətdə olduğu Şəxs ilə avtomoildə aralarında mübahisə yaranmış və Şəxs ona məxsus mobil telefonunu və planşetini sındırmış və nəticədə ona 450 manat maddi ziyan vurmuşdur. Hal-hazırda aralarında razılaşma olmuşdur, heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. X5 tərəfindən verilmiş ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən törədilmiş inzibati xəta nəticəsində zərərçəkmiş şəxs X4 dəymiş maddi zərər aradan qaldırılmış, onlar barışmışdır, zərərçəkmiş şəxs X1 Qalib Vaqif oğlunun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar