Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1772/2023 22.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X2 barəsində Azərbaycan Respublikası DİN tərəfindən qəbul edilmiş EQ16761275 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: X2 barəsində Azərbaycan Respublikası DİN tərəfindən qəbul edilmiş EQ16761275 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə olunmuş sənədlər Abşeron rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası DİN tərəfindən qəbul edilmiş EQ16761275 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətçi X1 özünün qeydiyyat yeri Yevlax rayonu, Yevlax şəhəridir, mübahisələndirdiyi EQ16761275 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının DİN-nin hansı idarə və ya şöbəsi tərəfindən qəbul edilməsi nə şikayət ərizəsindən, nə də qeyd edilən qərardan müəyyən edilmir. Halbuki, İXM-nin 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti üzrə aidiyyatı müəyyən etmək mümkün olmadığından onun şikayəti geri qaytarılsın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: X2 barəsində Azərbaycan Respublikası DİN tərəfindən qəbul edilmiş EQ16761275 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ şikayətçiyə izah edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1772/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1772/2023
22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver