Məhkəmə qərarları › İş №3(012)-1776/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1776/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1776/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlu X1 barəsində qəbul edilmiş EQ 29237792 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsindən aidyyəti üzrə daxil olmuş şikayət ərizəsini məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Şikayət və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X2 qaytarılmalıdır Belə ki, hazırki iş üzrə X3 tərəfindən verilmiş şikayət ərizəsinə barəsində qəbul edilmiş qərarın surəti əlavə edilmədən məhkəməyə göndərilməmişdir. Belə olan halda isə ləğv edilməsi nəzərdə tutulmuş qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa ləğv edilməsi nəzərdə tutulmuş qərar iş materiallarına əlavə edilmədiyindən törədilmiş inzibati xəta hadisəsinin harada və hansı tarixdə baş verməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, X3 tərəfindən ləğv edilməsi nəzərdə tutulmuş EQ 29237792 saylı inzibati xəta haqqında qərar məhkəməyə təqdim edilmiş şikayət ərizəsində mövcud olmadığından, həmçinin yuxarıda qeyd olunan natamamlıqlarla birlikdə şikayətə məhkəmədə baxılması mümkün olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə, ona əlavə olunmuş sənədlərlə birlikdə sonuncuya qaytarılmalı və qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqları aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində qəbul edilmiş EQ 29237792 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə sonuncuya geri qaytarılsın. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ X2 izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar