Məhkəmə qərarları › İş №3(012)-1778/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1778/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1778/2023 25.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis kapitanı, X2 və Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, 28 May küçəsi, dalan 1, ev 17 A-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına Abşeron RPİ-si tərəfindən Şəxs barəsində xırda talamaya görə, İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞnin sahə rəisi polis kapitanı, X2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14/5-də yaşayan Zərərçəkmiş şəxs6 yaşadığı evinə aid 1 ədəd 150 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14/5-də yaşayan X23 eyni məzmunlu ərizə ilə yaşadıqlaı evlərinə aid 1 ədəd 150 manat dəyərində su sayğacının oğurlanması ilə bağl DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs6 və X24 dəymiş ziyan 150 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın RPİ-nin İTŞ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 5 D-də yaşayan Zərərçəkmiş şəxs10 yaşadığı evin hasarına çöl tərəfdən quraşdırılmış 1 ədəd 88 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs10 oğluna dəymiş ziyan 88 manat olduğundan xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın RPİ-nin İTŞ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi, Xırdalan küçəsi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs1 ona məxsus olan Abşeron rayonu, Qurtuluş 93, Baxçalı evlər 22 A, mənzil 18-ə aid 1 ədəd 88 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və RPİ-nə ərizə ilə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs1 dəymiş ziyan 88 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalı Evlər MTK-yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı binanın dəhlizində quraşdırılmış evinə aid 1 ədəd 88 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs2 dəymiş ziyan 88 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİ-nə verilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, y/k, bina 90-da yaşayan X16 yaşadığı mənzilə aid binanın dəhlizində quraşdırılmış 1 ədəd 90 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə X6 dəymiş ziyan 90 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİ-nin İTŞ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Bağçalı evlər y\k, bina 106/3-də yaşayan X25 yaşadığı binanın giriş blokunda quraşdırılmş 1 ədəd 85 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə X9 dəymiş ziyan 85 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİ-nin İTŞ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k, bina 22-də yerləşən 35 nömrəli evdə yaşayan X26 yaşadığı mənzilə aid 1 ədəd 100 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə X17 dəymiş ziyan 100 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİ-nin İTŞ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k, ev 22, mənzil 26-da yaşayan Zərərçəkmiş şəxs3 yaşadığı mənzilə aid 1 ədəd 96 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs3 dəymiş ziyan 96 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİ-nin İTŞ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k, ev 22 A, mənzil 14-də yaşayan Zərərçəkmiş şəxs5 qız yaşadığı binanın blokuna quraşdırılmış evinə aid 1 ədəd 60 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs5 oğluna dəymiş ziyan 60 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİ-nin İTŞ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k, ev 90, mənzil 97-də yaşayan X27 yaşadığı evinə aid 1 ədəd 40 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə X18 dəymiş ziyan 40 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİnin İTŞ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, ev 1, mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı evinə aid 1 ədəd 88 manat 58 qəpik dəyərində su sayğacının oğurlanması ilə bağlı DİNnin 102 xidmətinə və ərizə ilə RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs7 dəymiş ziyan 88 manat 58 qəpik olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİnin İTŞ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 4, mənzil 34-də yaşayan Sadıqova X15 şəhəri, Köhnə bazar adlı ərazidə yerləşən özünə məxsus iaşə obyektindən 1 ədəd 80 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs8 Hüsey qızına dəymiş ziyan 80 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİ-nin İTŞ-nə göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı Şossesi, ev 32-də yaşayan X28 yaşadığı evin hasarına çöl tərəfdən quraşdırılmış 1 ədəd 88 manat dəyərində su sayğacının oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə və ərizə ilə RPİ-nə müraciət etmişdir. Həmin müraciət əsasında Abşeron RPİ-də toplanmış material üzrə X19 dəymiş ziyan 88 manat olduğundan xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPİ-nin İTŞ-nə göndərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində qeyd olunan hadisələr üzrə Şəxs şübhəli olması müəyyən edilmişdir. Bu səbəblə Şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və sonuncunun izahatı alınan zaman hər şeyi etiraf etmişdir. Bu səbəblə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və sonuncu barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında digər protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru X10 RPİ-nin İTŞ-nin sahə rəisi polis polis kapitanı X1 izahatına oxşar, eyni məzmunlu izahat verərək, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, maddi ehtiyacı olduğu üçün su sayğaclarını oğurlamşdır. Oğurladığı həmin əşyaları müxtəlif vaxtlarda sataraq pul əldə etmiş və pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, maddi imkanı pis olduğu üçün zərərçəkmiş şəxslərə dəymiş ziyan tərəfindən ödənilməmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş, eləcə də hazırda da heç bir məbləğdə pul ödəmək imkanı yoxdur. Törətdiyi inzibati xətalardan peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X11 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k, ev 90, mənzil 97-də yaşayan X18 məxsus evin su sayğacanın oğurlanması nəticəsində sonuncuya 40 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Bağçalı evlər, y/k, ev 106/3, mənzil 73-də yaşayan X9 məxsus evin su sayğacanın oğurlanması nəticəsində sonuncuya 85 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs8 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 4, mənzil 34-də yaşayan Zərərçəkmiş şəxs8 məxsus evin su sayğacanın oğurlanması nəticəsində sonuncuya 80 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93, y/k, bina 90-da yaşayan X6 məxsus evin su sayğacanın oğurlanması nəticəsində sonuncuya 90 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalı Evlər MTK-yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı binanın dəhlizinə quraşdırılmış su sayğacının oğurlanması nəticəsində sonuncuya 88 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X12 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k, ev 22 A, mənzil 35-də yaşayan X17 məxsus evin su sayğacanın oğurlanması nəticəsində sonuncuya 100 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin su sayğacının oğurlanması nəticəsində sonuncuya 88 manat 58 qəpik məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k, ev 22 A, mənzil 14-də yaşayan Zərərçəkmiş şəxs5 məxsus evin su sayğacanın oğurlanması nəticəsində sonuncuya 60 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k, ev 22, mənzil 26-da yaşayan Zərərçəkmiş şəxs3 məxsus evin su sayğacanın oğurlanması nəticəsində sonuncuya 96 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8 və X20 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİnin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14/5-də yaşayan X13 məxsus evin su sayğacanın oğurlanması nəticəsində sonuncuya 150 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs7 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 20-ci məhəllə, ev 1, mənzil 2-də yaşayan Zərərçəkmiş şəxs7 məxsus evin su sayğacanın oğurlanması nəticəsində sonuncuya 88 manat 58 qəpik məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X14 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Şamaxı şossesi, ev 32-də yaşayan X21 məxsus evin su sayğacanın oğurlanması nəticəsində sonuncuya 88 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs10 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, Z.Tağıyev küçəsində yerləşən Zərərçəkmiş şəxs10 məxsus evin su sayğacının oğurlanması nəticəsində sonuncuya 88 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli, AZA ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:20-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X24 məxsus su sayğacını oğurlayaraq ona 150 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs7 məxsus su sayğacını oğurlayaraq ona 88 manat 58 qəpik məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs8 məxsus su sayğacını oğurlayaraq ona 80 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs10 məxsus su sayğacını oğurlayaraq ona 88 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs1 Əlihüsey oğluna məxsus su sayğacını oğurlayaraq ona 88 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs2 məxsus su sayğacını oğurlayaraq ona 88 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X6 məxsus su sayğacını oğurlayaraq ona 90 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X9 məxsus su sayğacını oğurlayaraq ona 85 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X17 məxsus su sayğacını oğurlayaraq ona 100 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs3 məxsus su sayğacını oğurlayaraq ona 100 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs5 oğluna məxsus su sayğacını oğurlayaraq ona 60 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X18 məxsus su sayğacını oğurlayaraq ona 40 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X19 məxsus su sayğacını oğurlayaraq ona 88 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş Zərərçəkmiş şəxs10 məxsus su sayğacını oğurlayaraq ona 88 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə tənbeh təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində 21.09.23-cü il tarixli barəsində tutma protokoluna əsasən bir gün tutulduundan barəsində təyin edilmiş inzibati həbs müddətindən 01 gün çıxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 06 saat olmaqla, cəmi 36 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 müddətə inzibati həbs edilsin, tutulduğu bir gün çıxılsın, üzərində qəti olaraq 09 gün inzibati həbs saxlanılsın. Həbsdə saxlama müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Abşeron RPİ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 06 saat olmaqla, cəmi 36 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar