Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1780/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 05 iyul 2024-cü ildə saat 00:10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 12-ci kilometrində idarə etdiyi MAZ 643008 yük markalı 99JK967 dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaldıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almağın mümkün olması üçün sürətdən və hərəkət şəraitindən asılı olaraq düzgün ara məsafəsi seçməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, qarşısında hərəkətdə olan avtomobillə toqquşmamaq üçün sağa manevr edərək avtomobil səki üzərinə çıxıb bir qədər hərəkət etdikdən sonra piyada keçidində yolu soldan sağa doğru keçən piyadalar Zərərçəkmiş şəxs və X2 avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs və Sahibə Nəhmətliyə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə sağlamlıqlarına yüngül zərər vurmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 05 avqust 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 05 iyun 2024-cü il tarixdə günorta saatlarında Bakı-Şamaxı yolunun Bakı şəhəri istiqamətində olan hissəsindən piyada zolağında qızı Sahibə ilə yolu soldan-sağa doğru normal yerişlə keçərkən sağ tərəfdən bir yük avtomobilinin səki üzərindən onlara tərəf gəldiyini görmüş, lakin həmin vəziyyətdən yayına bilməmiş, ilk olaraq avtomobil onu, daha sonra isə qızını vuraraq, asfaltın üzərinə yıxmışlar. Hadisə zamanı xəsarət aldığı üçün həmin avtomobilin sürücüsü Şəxs tanışlarından biri onu və qızı Sahibəni xəstəxanaya çatdırmışılar. Hadisə nəticəsində aldığı xəsarətin dərəcəsi ilə bağlı razı deyil. Hadisədən sonra onun və qızının səhhətində problemlər yaranmış, lakin sürücü bir dəfə belə onlarla maraqlanmamışdır. Şəxs şikayətçidir Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq digər proses iştirakçıları məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” sxemə əsasən hadisə Bakı- Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 12-ci kilometrində baş vermişdir. Şəxs idarə etdiyi, MAZ 643008 yük markalı 99JK967 dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaldıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almağın mümkün olması üçün sürətdən və hərəkət şəraitindən asılı olaraq düzgün ara məsafəsi seçməli olduğu halda bunu etməyib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, qarşısında hərəkətdə olan avtomobillə toqquşmamaq üçün sağa manevr edərək avtomobil səki üzərinə çıxıb bir qədər hərəkət etdikdən sonra piyada keçidində yolu soldan sağa doğru keçən piyadalar Zərərçəkmiş şəxs və X2 avtomobilin ön hissəsi ilə vurmuşdur. “Hyundai Tukson” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan idarəetməni itirməsi nəticəsində əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşı hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs oğlununidarı etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Volsvagen Passat” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 4816 saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:25-də müayinə olunan Şəxs sidik analizində narkotik vasitənin qəbulu faktı aşkarlanmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-114528/2024 saylı məktubuna əsasən Baş X7 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən xx.xx.1965-ci il təvəllüdl Şəxs xx.xx.2021-ci il tarixdə BB305071 nömrəli, “BC, BE, CE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Abşderon rayon şöbəsinin 26 iyul 2024-cü il tarixli, 8/1993 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs oğlunun “MAZ 64300” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqıpda» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərində uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Abşderon rayon şöbəsinin 03 avqust 2024-cü il tarixli, 1537 saylı rəyinə əsasən S.İ.Nəhmətlinin bədənin aşkar edilmiş xəsarətlər - sağ əl barmaqlarında açma və bükmə hərəkətlərinin məhdudlaşması ilə nəticələnin sağ mil-biək oynağı və sağ said nahiyəsinin arxa səthini əhatə edən iri ölçülü qançır-şişkinliyi, sağ bazu nahiyəsinin qançırı, sol dirsək oynağı və sağ said nahiyəsinin sıyrıqları bərk küt əşyanın əşyalarından təsirindən törənmişdir, qərarın təsvir hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşla vurulması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 Abşderon rayon şöbəsinin 03 avqust 2024-cü il tarixli, 1536 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol baldır nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki dirsək oynağı, sağ diz oynağı nahiyələrinin sıyrıqları, sağ diz nahiyəsinin qançırı bər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsvir hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşla vurulması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 05 avqust 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi müəyyən edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolla, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatı, həmçinin müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1780/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1780/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver