Məhkəmə qərarları › İş №3(012)-1780/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1780/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1780/2025 25.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X4 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilən materiallara işin məhkəmdə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib Müəyyən etdim: X2 DİN BDYPİ tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ seriyalı 26076302 nömrəli qərarın ləğv olunması barədə şikayəti və ona əlavə olunmuş materiallar Abşeron Rayon Məhkəməsinə təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki,şikayətə əlavə edilmiş qərarın surətindən görünür ki,X4 tərəfindən mübahisələndirilən xx.xx.2025-ci il tarixli EQ seriyalı 26076302 nömrəli qərar həmin şəxsin barəsində deyil, X3 barəsində qəbul edilmişdir. Şikayət isə, barəsində qərar qəbul edilən şəxs tərəfindən verilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 12 mart 2015-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət-Prosessual Məcəllənin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Konstitusiya və qanunlar ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə, bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin maddəni təhlil edərkən ilk növbədə, Konstitusiyanın 60-cı maddəsi, habelə cinayət-prosessual münasibətlərin xüsusiyyəti baxımından şikayət vermək hüququ olan subyektlərin dairəsini geniş şərh etmişdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin qeyd edilən maddəsində “digər şəxslər” ifadəsi şikayət vermək hüququ olan subyektlərin geniş şərh edilməsinə imkan yaratmışdır. İnzibati xətalara dair işlər üzrə icraat cinayət prosesinə nisbətən sadələşmiş və qısamüddətli olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi məhdud və konkret göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Qeyd olunduğu kimi, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququ olan şəxslərin dairəsi imperativ qaydada göstərilmişdir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.2 və 130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət vermək hüququnu və şikayət vermək müddətini müəyyən etmişdir. X2 mübahisələndirilən qərardan şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu zaman o, qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş on gün müddəti buraxdığı halda, bunun üzrlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə müddətin bərpasına dair vəsatət də şikayət ərizəsinə əlavə etməmişdir. Ona görə bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş həmin tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Həmçinin şikayətçi X4 DİN BDYPİ tərəfindən qəbul olunmuş İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli EQ seriyalı 26076302 nömrəli qərarından şikayət verdiyi halda işdə belə bir qərar mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, şikayət vermək hüququ olan subyekti tərəfindən verilmədiyinidən, həmçinin qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar müəyyən edilmədiyi halda isə, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsi həll olunmadığından işin mahiyyəti üzrə baxılmasına keçid edilə, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayət icraata qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 DİN BDYPİ tərəfindən qəbul olunmuş İnzibati tənbeh verilməsi haqqında xx.xx.2025-ci il tarixli EQ seriyalı 26076302 nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Səfiyeva Cəmilə AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ AZ-0100 Xırdalan şəhəri, Kalyubeya küç., 5Tel: Tel: (012) 342-07-07, Faks: Faks: (012) 342 www. Elektron ünvan Elektron ünvan xx.xx.2025-ci il № 3(012)-1595/2025 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı RETSİ-yə «FLARM”MMC barəsində Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə olan inzibati protokol Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Sizə qaytarılır. Qoşma: inzibati protokol və ona əlavə edilmiş sənədlər « » vərəqədə, qərardadın surəti _______ vərəqədə Məhkəmənin hakimi: Səfiyeva Cəmilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar