Məhkəmə qərarları › İş №3(012)-1781/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1781/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1781/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, X1 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş protokoldan görünür ki, Abşeron rayonu, Bakı-Şamaxı şossesi ünvanında yerləşən “Dam örtükləri” adlı obyektin sahibkarı X4 binada ümumi sahəsi 0,70 x 1,10 x 24 ədəd; 18,48 m2 olan reklam daşıyıcıları açıq məkanda icazə sənədi olmadan yerləşdirmiş və yayımlamaqdadır. Bu əmələ görə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Habil Məmmədov barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X3 12 sentyabr 2024-cü ildə iştirak etdiyi məhkəmə iclasında protokolu müdafiə edərək bildirmişdir ki, Habil Məmmədova rəsmi xəbərdarlıq etsələr də, hər hansı bir nəticəsi olmamışdır. Habil Məmmədov barəsində aparılan inzibati icraat barədə məlumatlandırılmışdır, lakin iştirak etməmişdir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdirlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04 iyun 2024-cü il tarixli, 000093 saylı “Akt”dan görünür ki, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları C.Ağazadə və S.Mirzəyev tərəfindən Abşeron rayonu, Bakı-Şamaxı şossesi ünvanında yerləşən obyektin sahibkarı X4 fəaliyyət göstərdiyi “Dam örtükləri” adlı sahibkarlıq obyektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin tələblərini pozaraq açıq məkanda fasad reklamları 0,7 x 1 x 4 ədəd; ayrıcadayaqlı 4,5 x 0,7 x 2ədəd; 1,9 x 0,8 x 23 ədəd qanunsuz olaraq müvafiq icazə olmadan yerləşdirib və yayımlamaqdadır. Bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq “Dam örtükləri” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan X4 barəsində xx.xx.2024-cü il tarixdə akt tərtib olunmuşdur. Fotoşəkillərdən görünür ki, X4 “Dam örtükləri” adlı obyektində açıq məkanda reklam yerləşdirmişdir; 12 iyun 2024-cü il tarixli “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldlrılması barədə” yazılı göstərişdən görünür ki, Abşeron rayonu, Bakı Şamaxı şosesi ünvanında yerləşən “Dam örtükləri, Düsseldorf technology Germany” adlı sahibkarlıq obyektində açıq məkanda yayımlanan reklamların yayımının dərhal dayandırılması və reklam haqqında Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün göstərişi aldığı vaxtdan 5 gün müddətində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinə müraciət etməyiniz tələb olunur. Bu tələblər yerinə yetirilmədikdə tərəfindən müvafiq reklamın yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində İXM-in 428.7-ci maddəsinə uyğun bəndi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi bildirilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinə ünvanlandığı arayışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olan məktubun icrası ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı Abşeron rayonu, Bakı Şamaxı şosesi ünvanında yerləşən “Düsseldorf technology Germany” adlı təsərrüfat subyektində fiziki şəxs X4(VÖEN **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası “Reklam haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 17-ci maddəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, müqavilə bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsi bu səlahiyyətə istinad edərək X2 icazə müqaviləsinin bağlanılması barədə yazılı göstəriş vermiş, sonuncu isə müqavilə bağlamadan icazəsiz reklam yayımını davam etdirmişdir. Bununla da o, İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə barəsində inzibati icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edildiyindən, X4 İXM-in 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş vəzifəli şəxslər üçün aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova İş № 3(012)-320/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs X1 iştirakları ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala 28 mart 2024-cü il tarixdə, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 09:40-da açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Sədrlik edən inzibati xəta haqqında material üzrə məhkəmə iclasının audivideoyazı aparılaraq keçirilməsi barədə proses iştirakçılarını xəbərdar edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Röyanə Vəliyeva gəlmiş, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi barədə Röyanə Vəliyevanın fikrini soruşur. Röyanə Vəliyeva:- İşə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmirəm. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Barəsində inzibati icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair daxil olmuş materiala Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılsın. Sədrlik edən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Röyanə Vəliyevaya izahat vermək üçün söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Röyanə Vəliyevanın izahatı: -Möhtərəm hakim, mən daimi olaraq qeyd etdiyim ünvanda 4 nəfər ailə üzvləri ilə yaşamamışam, lakin son zamanlar işsizlik ucbatından çox acınacaqlı vəziyyətdə yaşayıram və Bakı Baş Gömrük İdarəsinin bəzi işçilərinin qanunsuz hərəkətlərindən süründürməçiliyə məruz qalmışam. Mənim həyat yoldaşımın uzun müddətdir ki, səhhətində bəzi ciddi problemlər olduğundan heç bir yerdə işləmir. Himayəmdə 2 məktəbli övladım vardır, özümündə təhsilim olmadığından və son illər özündə də sinir, təzyiq və bəzi xəstəliklərdən əziyyət çəkdiyim üçün heç bir yerdə işləmirəm . Bildirirəm ki, mən 4 nəfər ailə 4 nəfər ailə üzvülərini dolandırmaqdan ötrü ilk dəfə idi ki, məcbur olub 2023-cü ilin noyabr ayında bəzi tanışlarımın vasitəsilə ailəmin və özümün normal yaşayışım üçün köməklik məqsədilə İran İslam Respublikasından tam qanun çərçivəsində onlaynla sifariş verməklə və əvvəlcədən pulu ödənilməklə Bakı Baş gömrük idarəsinin tərtib etdiyi inzibati xəta haqqında adı keçən protokolda adları qeyd edilmiş əşyaların mənim daimi yaşadığım ünvana göndərilməsini xahiş etmişəm. Belə ki, həmin mallar bəyan olunmamış kargo şikayətinə verilmir. Mən həmin malların hamısın bəyan etdirmişəm. Həmçinin onu da əlavə edirəm ki, həmin malların qiyməti ekspert rəyində göstəriləndən 4-5 dəfə aşağıdır. Barəmdə ədalətli qərar qəbul edilməsini xahiş edrəm. Sual daxil olmadı. Sədrlik edən iş üzrə sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı proses iştirakçısından etirazının olub – olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etiraz olmadı. Çıxış üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Röyanə Vəliyevaya söz verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Röyanə Vəliyevaya: - Möhtərəm hakim, məhkəmənin mülahizəsinə buraxıram. Çıxışlar başa çatdı. Sədrlik edən iş materiallarını nəzərdən keçirib müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 28 mart 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclasının katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar