Məhkəmə qərarları › İş №3(012)-1789/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1789/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1789/2023 11.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Nuriyeva Nüşabə Ələddin qızının katibliyi ilə, X1 tərəfindən daxil olmuş şikayətvermə müddətinin bərpası barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş EQ830919 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə ərizə təmin edilməməli şikayət və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Belə ki, göründüyü kimi X1 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul edilmiş EQ830919 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayəti qanunla nəzərdə tutulan 20 günlük müddət ərzində deyil, müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, inzibati xəta barədə qərardan şikayət vermə müddətini ötürmüş, müddətin bərpası barədə vəsatətini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN BDYP tərəfindən qəbul eidlmiş edilmiş EQ830919 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətvermə müddətinin bərpası barədə ərizəsi təmin edilməsin,ərizə ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Qərardan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar