Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-179/2022 29.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İnzibati xəta haqqında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİnin Saray PB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, vəkil X5 iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Füzuli rayonu, Qərbənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Qərbənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 8-ci mikrorayon, 27/13, mənzil 3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokollar və toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan və toplanmış materiallardan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə günorta saatlarında Saray qəsəbəsinin ərazisində S. Adiyevə məxsus yarı tikilidən 70 manat dəyərində elektrik naqillərini oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə, gecə saatlarında Saray qəsəbəsi M.R. Zərbəli küçəsi 11 ünvanında yerləşən R. Süleymanova məxsus olan M. Məmmədov 80 manat dəyərində qazan, tava, qab-qacaq dəstlərini oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Saray qəsəbəsində yerləşən M. Həbibillayeva məxsus fərdi evin 80 manat dəyərində elektrik naqilini M. Məmmədov oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Saray qəsəbəsində yerləşən K. Kazımova məxsus fərdi evin 80 manat dəyərində elektrik naqillərin və antenna kabellərini M. Məmmədov oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə gecə saatlarında Saray qəsəbəsi üzümlük ərazisində yaşayan Ş. Təhməzova məxsus həyətdən M. Məmmədov 70 manat dəyərində 05 ədəd toyuqları oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Novxanı kəndində X2 məxsus ümumi dəyəri 100 manat olan 02 ədəd çöl quşunu və 01 ədəd ev quşunu M. Məmmədov oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Novxanı kəndində X15 məxsus dəyəri 100 manat olan su sayğacını M. Məmmədov oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Novxanı kəndində X7 evindən 38 manat dəyərində gödəkcəsini M. Məmmədov oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində 100 manat dəyərində peyk antenasını oğurlamışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Novxanı kəndində yaşayan X8 məxsus dəyəri 95 manat olan inşaat avadanlıqlarını, Məmmədov oğurlamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Novxanı kəndində X3 40 manat ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə Novxanı kəndində X1 evindən 50 manat dəyərində 01 ədəd təsbeki M. Məmmədov oğurlamışdır. İnzibati xəta haqqında protokolları tərtib etmiş Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi X10 izahatında göstərdi ki, Şəxs yuxarıda göstərilən oğurluq əməllərini etmişdir. Onun barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra qanuna uyğun şəkildə inzibati qaydada tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək etdiyi əməldən peşman olduğunu, bir də belə halların baş verməsinə yol verməyəcəyini bildirdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X11 hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və bu zaman həmin Məcəllənin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 28 yanvar 2022-ci il tarixdən, saat 23:00-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsənov
Məhkəmə qərarları › İş №3(012)-179/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-179/2022
29.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver